Məhkəmə qərarları › İş №2(102)-3877/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3877/2025

10.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3877/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; torpaq və yol üzərindəki tikililərin sökülməsi və torpağa dair hüquqların həyata keçirilməsinə yaranan maneələrin aradan qaldırılması tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızı içəzurəm) hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X4 qarşı “torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran, ikinci qeyri-qanuni qapı və divarların sökülməsi, o cümlədən fərdi yaşayış evinin və torpaq sahəsinin invertarlaşmasına yaranan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-798/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh iddiaçının xx.xx.2020-ci il tarixdə vəfat etmiş qardaşı X10 həyat yoldaşıdır.

2. Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə iddiaçının atası, 01.01 2004-cü il tarixdə vəfat etmiş X12 638.05 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır və hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir.

3. İddiaçı və qardaşı X13 məxsus fərdi yaşayış evləri əvvəllər bir həyətd ə yerləşərək həyətin bir giriş qapısı olmuş, sonradan iddiaçı öz evinə başqa giriş qapısı qoymuş, bundan sonra cavabdehin qoyduğu yeni giriş qapısı ilə torpaq sahəsinə fərdi yaşayış evlərinin yerləşdiyi istiqamətdən gedən yol bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qeyri-qanuni qapının sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu mülkdə daimi yaşayır. X5 01.01 2004-cü il tarixində vəfat etmişdir. Atası vəfat edənə qədər onun adında olan mülkdə həyat yoldaşı və övladları ilə birgə yaşamaqla yanaşı, bu günədək yaşadığı fərdi yaşayış evin və torpaq sahəsinin bütün kommunal xərclərini ödəmişdir. Əlində sübut və dəlil kimi sənədlər mövcuddur. Ona görə də atasının yeganə vərəsəsi sayılır. Amma təəssüflər olsun ki, bu haqda qanuni sənədləri mövcud olsa da, iddia ərizəsində cavabdehlik daşıyan ünvan 2 ünvanda qeydiyyatda olmayan Rusiya vətəndaşı X6, qeyri-qanuni olaraq yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə iddia edir. Halbuki mərhum qardaşının ölümündən sonra Rusiyadan Azərbaycana gələn X4 yaşadığı fərdi yaşayış evin torpaq sahəsindən yer versə də, bu adam fərdi yaşayış evin arxasında yerləşən torpaq sahəsinin yolunu bağlayıb. Belə ki, o qeyri-qanuni olaraq fərdi evin giriş qarısına yeni bir ikinci qapı yerləşdirməklə yolun kəsilməsinə şərait yaradıb. Bu isə ona məxsus olan torpaq sahəsinə gediş- gəlişə mane olur. Vəziyyət o həddə çatıb ki, Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları yaşadığı fərdi yaşayış evi üzərində inventarlaşma işlərinin aparılması üçün baxış keçirmək istəsələr də X3 maneçilik törətməsinə rast gəlmişlər. Bu barədə DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinin bildiriş məktubunda göstərilib. Ona görə də cavabdehlik daşıyan X6 Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrini kobudcasına pozmuşdur.

6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, O, 2002-ci ildən ünvan 3 ünvanında yaşayır. Həyat yoldaşı X16 iddiaçının qardaşıdır. Uzun illər iki qardaş və onların ailəsi dam örtüyü bir olmaqla 2 ayrı evdə yaşamış və hər iki ailə eyni həyət qapısından istifadə etmişdir. Əri, X16 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra İddiaçı ona və ailəsinə qarşı münasibəti dəyişmiş, özünü yaşadıqları fərdi yaşayış evinin və bağ sahəsinin yeganə mülkiyyətçisi kimi aparmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı ona və onun ailə üzvlərindən heç birinə məlumat vermədən ümumi istifadədə olan həyət qapısını sökmüş, həmin qapının yerini dəyişmiş, yalnız öz evinə girib-çıxmaq üçün istifadə olunacaq yerə qoymuşdur. Onun evinin girişi isə qapısız qalmışdır. Həyət qapısının İddiaçı tərəfindən özbaşına söküldüyünü nəzərə alaraq, xx.xx.2024-cü ilədək gözləmiş, öz evinin girişinə qapı qoymamış, həmin qapının İddiaçı tərəfindən qoyulacağını güman etmişdir. Lakin bu vaxta qədər iddiaçı tərəfindən heç bir iş görülməmi ş, onun evinin qarşısına qapı qoyulmamış, onun evi demək olar ki, bayırda qalmışdır. Həyətinin qarşısına qapı quraşdıracağını dedikdə iddiaçı ona hədə-qorxu gəlmiş, qapının qoyulmamasını tələb etmiş, buna görə də həmin əraziyə AR DİN-in sahə müvəkkili çağırılmışdır. İddia ərizəsində qeyd edilən fərdi yaşayış evi və bağ sahəsi İddiaçı mülkiyyətində deyildir. Həmin əmlaklar iddiaçının X5nun mülkiyyətində olmuş, o öldükdən sonra onun mirası ilə bağlı vərəsəlik açılmamışdır. Qeyd edilən ev və bağ sahəsi əri X16 və İddiaçı sahibliyində olmuşdur. İddiaçı öz evindən sahiblik etdiyi bağ sahəsinə gedərkən uzun illər onun evinin qarşısından keçib getmiş, öz bağına girmək üçün evinin qarşısında kiçik əl qapısı da qoymuşdur. Onun və ailəsi tərəfindən ona heç bir maneə törədilməmişdir. İki ailənin istifadə etdiyi böyük qapı iddiaçı tərəfindən xəbərsiz olaraq söküldüyündən onun evinin küçə ilə birbaşa əlaqəsini kəsmək üçün evin qarşısına qapı qoymağına zərurət yaranmışdır. İddiaçı indi də onun evinin qarşısına qoyduğu əl qapısından istifadə edir, ona heç bir maneçilik törədilmir. Evinə getmək üçün hazırda qoyduğu əl qapısı sökülsə, habelə İddiaçı onun həyətindən istədiyi vaxt gediş-gəlişi üçün imkan yaradılsa, onun mülkiyyət hüququ pozulmuş olacaqdır. İddiaçının öz bağına getməsi üçün yeganə yol onun həyəti deyildir. Onun evinə yaxın çay ərazisindən də bağ sahəsinə gedib-gəlmək üçün yol vardır. Ona görə də hesab edir ki, iddiaçının iddiası tamamilə əsassızdır və iddia rədd edilməlidir.

7. Göyçay Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(046) -29/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət olunmuşdur (hakim Gülnaz Qurbanova).

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti – texniki ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 10/8222 saylı rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-4051/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Baxış zamanı mütəxəssisə cavabdeh tərəfindən quraşdırıldığı bildirilən ikinci qapı yerləşən ərazi idarənin elektron baza məlumatlarına təqdim olunan “Göyçay rayonu Göyçay yaşayış məntəqəsinin ərazisində xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiy yətinə verilən torpaqların planında JN-1239A nömrəli konturla üst-üstə düşür. Sözügedən kontur üzərində Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixi 50 nömrəli qərarı əsasında X12 həyətyanı məqsədilə verilmiş 0.06 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********137 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəy yən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən qeyri-qanuni olaraq fərdi evin giriş qarşısına yeni bir ikinci qapı yerləşdirməklə yolun kəsilməsinə şərait yaratmaqla, ona məxsus olan torpaq sahəsinə gediş-gəlişinə mane yaratdığını qeyd etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli rəyi ilə İddiaçı məxsus olduğu bildirilən bağa alternativ gediş-gəliş yolunun mövcud olduğu göstərilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı; Mülki Məcəll ənin 152.1, 152.5, 157.4, 170.2, 171.1, 171.2, 180.1, 180.2 və 180.4-cü; Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci; həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006- cı il tarixli qərarı istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən istinad etdiyi yeganə sübut Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx. 2024-cü il tarixli rəyidir. Həmin rəyə nəzər saldıqda isə görünür ki, həmin rəy həqiqəti əks etdirməməklə formal olaraq tərtib edilmiş, heç bir araşdırma aparılmadan sadəcə mütəxəssis rəyini kopyalamaqla kifayətlənilmişdir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “DaşınmazƏmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cüil tarixli, 3-21-336/2-4051/2024 nömrəli mütəxəssis rəyi də saxta olmaqla həqiqəti əks etdirmir. Belə ki, həmin saxta mütəxəssis rəyində bağa alternativ gediş-gəliş yolunun mövcud olduğu qeyd edilsə də, həmin rəyə əlavə edilmiş sxemdə həmin yolun haradan keçməsi, eni, uzunluğu, həmin yol olduğu qeyd edilən torpaq sahəsinin mülkiyyət növü – yəni şəxsi, bələdiy yə və ya dövlət mülkiyyətində olması, həmin torpaq sahəsinin mülkiyyətçisinin həmin ərazidən yol kimi istifadə edilməsinə razılığının olması, həmin torpaq sahəsinin mülkiyyətçisinin mülkiyyət haqqında sənədinsə həmin torpaq sahəsinin təyinatı, yol olub-olmaması müəyyən edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, ona məxsus torpaq sahəsinə alternativ yol olsa belə heç kimə mübahisəli yolu bağlamaq hüququ vermir. Cavabdeh X6 tərəfindən məhkəməyə ona məxsus torpaq sahəsinə qapı qoymaq və torpaq sahəsinə gediş gəliş yolunu kəsmək hüququnu verən heç bir sənəd təqdim edilməmişdir. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsədə Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və onun öz əmlakına öz istədiyim kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sər əncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gediş gəliş yolunun bağlanması onun mülkiyyət hüququnu kobud şəkildə pozur. İş baxan birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməməklə Azərbаycаn Respublikаsı Konstitusiyаsının 13-cü mаddəsinin İ bəndini və 29-cu maddəsini kobud şəkildə pozmuşdur.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-798/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-29/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilərək iddia tələbinin təmin edilərək cavabdeh X3 vəsaiti hesabına (Göyçay rayon X7 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə X12 verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin üzərində quraşdırılmış) İddiaçı məxsus bağa gediş-gəlişi məhdudlaşdıran qapının sökülməsi, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərcinin cavabdeh X1 tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (Hakimlər- X23 (sədrlik edən və məruzəçi), X8 və X9 ibarət tərkibdə).

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi öz mövqeyi ilə bağlı ilk öncə onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında ola n sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

16. Bununla bağlı kollegiya daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qapının sökülməsi barədə iddia tələbinin rədd edilməsini iddiaçıya məxsus bağa alternativ gediş-gəliş yolunun mövcud olması ilə əsaslandırmışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin apardığı əsaslandırmadan da göründüyü kimi məhkəmə gəldiyi nəticəni iddiaçıya məxsus bağa sahəsinə alternativ gediş-gəliş yolunun mövcud olması ilə əsaslandırsa da, iddiaçının da mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə hüququnun olması, yol kimi istifadə edilməsi nəzərdə tutulan və qapının quraşdırıldığı torpaq sahəsinə dair iddiaçının gözlənilən mülkiyyət hüququnun olması, cavabdehin qapını quraşdırdığı əraziyə hər hansı bir hüququnun olmasına dair heç bir sənədin təqdim edilməməsini nəzərə almamışdır.

18. Kollegiya daha sonra bildirmişdir ki, sözügedən mübahisəli yol 30 il ümumi istifadədə olan yol olmuşdur. Daha sonra tərəflərin izahatları, iş materiallarında olan video və fotoşəkillərdən aydın olur ki, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan-1, ev 22-də olan fərdi yaşayış evinə gedən ümumi piyada yolu cavabdeh X18 tərəfindən dəmir darvaza qoyularaq qanunsuz şəkildə bağlanmışdır. Cavabdeh həmin yolu zəbt etməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən yol onun həyətində yerləşir. İddiaçı ata evinin yerləşdiyi həyətdə yaşayır, o isə qaldığı evi başqa şəxsdən almışdır. Anar İsayevin yol kimi iddia etdiyi torpaq sahəsi hər zaman onun istifadəsində olduğu üçün həyətinin texniki pasportunda da istifadəsində olan torpaq sahəsi kimi qeydə alınmışdır. Həmin sahə bələdiyyə mülkiyyətinə aid olduğundan və texniki pasportda onun istifadəsində olması qeydə alındığından o gələcəkdə həmin sahəni bələdiyyədən alqı-satqı yolu ilə almağı planlaşdırır.

19. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəllənin 5.3, 152.1, 156.1 157.4, 170.2, 180.1 və 560.1-ci; Torpaq Məcəlləsinin 84.1, 84.3 və 111-ci; Mülki Prossesual Məcə lləsinin 14.2, 77.1, 101.3, 372.1, 372.6, 372.7 və 384-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri

20. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-798/2025 saylı qətnaməsini ləğv edib, işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinin tələbləri pozulmuşdur. X2 Göyçay rayon Aqrar Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı əsasında verilmiş həmin torpaq sahəsi üzrə İddiaçı gözlənilən mülkiyyət hüququ olduğu kimi, X3 mərhum həyat yoldaşı X10 da eyni qaydada həmin torpaq sahəsinə dair gözlənilən mülkiyyət hüququ olmuşdur. X16 vəfat etdiyinə görə həmin torpaq sahəsində mərhumun vərəsəsi kimi həyat yoldaşı X3 da İddiaçı dərəcədə mülkiyyət hüququnun olması məhkəmə tərəfindən nəzərə alınmamışdır.

22. MM-nin 152.1, 152.5-ci, 157.4, 170.2, 171.1, 171.2-ci maddələrinin tələbləri pozulmuşdur. X2 Göyçay rayon Aqrar Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı əsasında verilmiş həmin torpaq sahəsi üzrə İddiaç ı gözlənilən mülkiyyət hüququ olduğu kimi, X3 mərhum həyat yoldaşı X10 da eyni qaydada həmin torpaq sahəsinə dair gözlənilən mülkiyyət hüququ olmuşdur. X16 vəfat etdiyinə görə həmin torpaq sahəsində mərhumun vərəsəsi kimi həyat yoldaşı X3 da İddiaçı dərəcədə mülkiyyət hüququnun olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı giriş qapısını çıxarıb,yerini dəyişdirməklə X3 şəxsi mülkiyyətinə girib-çıxması üçün gözlə görünən maneə yaradaraq mülkiyyət hüququnu pozmuşdur. İddiaçı X6 və onun ailə üzvlərindən heç birinə məlumat vermədən ümumi istifadədə olan həyət qapısını özbaşına sökmüş, həmin qapının yerini dəyişmiş, yalnız öz evinə girib-çıxmaq üçün istifadə olunacaq yerə qoymuş, lakin X3 evi demək olar ki, bayırda qalmışdır. Onun evinin girişi isə qapısız qalmışdır. İddiac ̧ı mülkiyyətində olmayan torpaq sahəsi ərazisində giriş qapısının yerinin dəyişdirilməsi ilə qonşuların və üçüncü şəxslərin hüquqlarını pozmuşdur.

23. MPM-nin 77.1, 102-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə özü tərəfdən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə 13 (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsa slardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə r qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

33. Maddə 84 4-cü bəndi Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsin də onlara dəyən zərər tam həcmdə ödənilir.

34. Maddə 111 1-ci bəndi Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

35. Maddə 111 2-ci bəndi Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası m əhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

44. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

45. Kassasiya şikayətində qeyd edilmiş hüquqi məsələlərə apellyasiya məhkəməsi tərəfindən tam və iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq təkrarlanmasını zəruri hesab etmir. Kassasiya şikayətində qeyd edilmiş mad di hüquq normalarının pozulduğu müəyyən edilmir.

46. Cavabdehin mülkiyyət hüququnun pozulduğuna dair kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı iddia iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneənin aradan qaldırılması barədə neqator iddiadır. İddiaçıya miras qalmış bağ sahəsinə gedişgəlişi məhdudlaşdıran qapının sökülməsinə dair iddianın təmin edilməsi cavabdehin öz fərdi yaşayış evindən istifadə etməsinə hər hansı məhdudiyyət yaratmadığından və iddiaçının bağ sahəsinə gediş-gəlişi yolu bağlanmadan öz həyətyanı sahəsinə yeni qapı qoyulmasına əngəl olmadığından mübahisələndirilən qətnamə ilə cavabdehin mülkiyyət hüququnun pozulması müəyyən edilmir.

47. Cavabdehin özünün də həmin torpaq sahəsinə vərəsə kimi gözlənilən mülkiyy ət hüququnun olduğuna dair dəlillə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik hüququ ilə bağlı mübahisə hazırkı məhkəmə baxışının predmeti olmadığından mübahisələndirilən qətnamə ilə bu məsələyə hüquqi qiymət verilə bilməzdi. Bundan əlavə əgər cavabdehin vərəsə kimi torpaq sahəsinə hüququ olduğu müəyyən edilmiş olsaydı belə, MM-nin 157.4-cü maddəsinə əsasən mülkiyyətdən istifadə digər mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneə yaradılmaqla həyata keçirilə bilməz.

48. Kassasiya şikayətinin sübutlara düzgün qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Sübutları qiymətləndirmək səlahiyyəti işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyi yoxlanılır. Hazırkı halda məhkəmə tərəfindən belə pozuntulara yol verildiyi müəyyən edilməmişdir.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instans iyası məhkəməsi Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-798/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar