Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-763/2025 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili vəkil2, iddiaçının nümayəndəsi X11, cavabdehin vəkili X8 və cavabdehin nümayəndəsi X12 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. ünvan 5 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178.1 kvadrat metr olan fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki şəhəri, 26-cı rayon, Ə.Qarayev küçəsi, * nömrəli evdə yaşayan, 4 nəfər ailə üzvlü, Aqrofirmada ekspeditor işləyən İddiaçı istifadəsinə həmin ünvanda qardaşı X3 istifadəsində olan 998,6 kv.metr torpaq sahəsindən 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində iki otaqlı ev tikməyə icazə verilmişdir. Evə giriş yolu birinci evin arxasından, evdən sərhəd divarına qədər məsafədə saxlanılmışdır. Iddiaçı İddiaçı ona məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikilinin (tövlə) cavabdehin öz vəsaiti hesabına sökülməsi; evə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikilinin (tövlə) cavabdehin öz vəsaiti hesabına sökülməsi; evə gedişgəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhər Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli ** saylı iclasının qərarı ilə ünvan 3 saylı ünvanda qardaşı Yavər Məmmədovun istifadəsində olan 998,6 kv m torpaq sahəsindən 400 kv.m ona ayrılmışdır. Həmin torpaq sahəsində o öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmişdir. Həmin torpaq sahəsi və ona bitişik sahələr mərhum atasından qalan miras əmlaklardır. Həmin torpaq sahəsindən küçəyə olan gediş-gəliş yolu ümumi istifadədir və həmişə həmin yoldan istifadə etmişlər. Lakin kiçik qardaşı Cavabdeh ##.##.2024-cü il tarixdə məhkəmədən geri qayıdaraq məhkəmənin nəticəsinin onun xeyrinə olduğunu bildirərək gediş-gəliş yolunu bağlayaraq həmin yoldan istifadəyə maneə yaratmışdır. O, yaşlı adamdır, hətta azyaşlı nəvələri dərsə gedə bilmək üçün nərdivan vasitəsilə qonşuların həyətinə keçərək oradan küçəyə çıxa bilirlər. Bu isə onun Konstitusiyada nəzərdə tutulan mülkiyyət hüquqlarını pozur. Ona görə də müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməklə gedişgəlişlərinə yönələn maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-**(***)-**/**** saylı qərardadı ilə ona məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün yaradılan maneələr ## #### 2024-cü il tarixədək cavabdeh Cavabdeh qadağan edilmişdir. Lakin cavabdeh etirazlar edərək narazılıq bildirmiş və öz qanunsuz əməllərini davam etdirəcəyini bildirmişdir. Ona görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdehin qanunsuz olaraq inşa etdiyi qeyri-yaşayış sahəsi onların özünə məxsus evə gedib-gəlməyinə maneə yaradır. Hesab edir ki, həmin qanunsuz tikili cavabdehin vəsaiti hesabına sökülməli və gediş-gəliş yolu açılmalıdır. Qeyd olunanlardan aşkar görünür ki, cavabdeh qanunvericiliyin tələblərini kobud surətdə pozur, tətbiq edilən xəbərdarlıqlardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsinin zəruri olduğunu düşünür.
4. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi göndərmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ona qarşı məhkəmədə qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və yolun verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ona məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikili (tövlə) cavabdehin öz vəsaiti hesabına sökülməsi; evə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O həmin iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı arxa tərəfdən yolu ola-ola X1la onu və ailəsini dəfələrlə hədələyərək polisə şikayət edib ki, tövləni sök, ona oradan yol ver. Halbuki, o və ailəsi hal-hazırda heç yerdə işləmir. Həmin yardımçı təsərrüfatda (tövlə) nəsli kəsilməkdə olan 4 baş böyük, 4 bala olmaqla camış malına baxır. Ildə dövlətə 1200 kq ət verir. Həmin tövləni atası 1977-ci ildə tikib və həmin ildən də orada heyvana baxırlar. O bununla dolanır, qeyd etdiyi kimi heç yerdə işləmirlər, dövlətdən də müavinət, əmək haqqı və ya pensiya almırlar. İddiaçı heç bir arxiv sənədi olmadan yalan, saxta sənəd çıxarıb ki, guya onun buradan yolu var. Halbuki, Şəki şəhər Icra Hakimiyyəti həmin sənədi ləğv edib. X1 qapının qabağında maşın saxlayır, gediş- gəlişinə mane olur, onları təhqir edir, zor gücünə alacağını deyir. Onlar 102 xidmətinə müraciət etmiş, lakin Anar onları da saymamışdır. İddiaçı məhkəmənin hakimi Pərviz Hacıyevə yanlış məlumat verib, evin arxa tərəfini qeyd edib, evin qabaq hissəsində yerləşən qapını açdırıb. Onlar buna narazılıq etmiş, məhkəmə qərarı ilə bir ay müddətində qapı açılmalı idi. Onlar yenidən qapını bağlasa da, Anar və Süleyman qapılarına təpik vurur, kilidini sındırır, qapını dağıdır. Həmçinin Nazirlər Sovetinin ## ##### 1989-cu il tarixli Sərəncamı ilə olan, evin arxa tərəfindəki yolu hazırda Süleyman hasar çəkərək bağlamışdır. Qeyd edir ki, Şəki şəhər XDS IK-nin ## ##### 1989-cu il tarixli * saylı iclas protokolu , Arxiv arayışında qeyd olunur ki, evin giriş yolu evin arxasından evdən sərhəd divarına qədər olan məsafədə saxlanmalıdır. Eyni zamanda bu arayış İddiaçı və onun qardaşı X3 şamil olunur. Beləliklə, həyətə giriş Cavabdeh məxsus böyük darvazadan deyil, evin arxasında olan 2-ci böyük darvazadan olan Süleyman və Yavər Məmmədovlara məxsus 2-ci yolun gediş-gəlişindən gedir. Ona görə də, cavabdeh Cavabdeh özünəməxsus həyətyanı torpaq sahəsi var, o da AR MM-nin 153-cü maddəsinə əsasən, həmin mülkiyyətin subyekti olmaqla daşınmaz əmlakda olan münasibətdə bu hüquqdan yararlanır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. AR MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin torpaq sahəsinə Dövlət Reyestri Xidmətindən Çıxarış verilmiş və Cavabdeh həmin torpaq sahəsinə münasibətdə həm sahiblik, həm istifadə, həm də sərəncam hüququ yaranmışdır. Digər tərəfdən İddiaçı 50 ildən çoxdur ki, arxa yolunun darvazasından istifadə edir. Ona görə də, iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı İddiaçı ona qarşı məhkəmədə qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və yolun verilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsini və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, torpaq digər qardaşının adınadır.O, yolunu ona verib. Ənvər də yolu bağlayıb. Ənvərin tövlə tikdiyi yer zəbt torpağıdır və Ənvərə məxsus olmamışdır. Iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Iddianın təmin olunması barədə qətnamə çıxarılmasının xahiş edir. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, o, iddianı qəbul etmir. ## ##### 1989-cu ildə evin arxa tərəfindən, yəni dalandan Süleyman sənəd almışdır. Bu sənədi o, icraya apardıqda, ona yol verildiyi bildirilmişdir. 2017-də həmin yeri Süleyman hasarla bağlamışdır. Atası tək evi qardaşının adına çevirmişdir. Həmin torpağın sənədi olmuşdur. Atasından qalan həmin torpağı dövlətə vermişdir. Evin arxa tərəfi dalandır və onunla Yavərə məxsusdur. O, torpağı şimal tərəfdən satmışdır. Torpaq sahəsi atasının adına olmuşdur. Tövlə qanuni olaraq 1977-ci ildə tikilmişdir. Tövlənin altındakı torpaq çıxarışla ona məxsusdur. 2013-cü ildə imtina ərizəsi verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X10 izahat verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, lakin müddəti ötürmüşdür. Təxminən 90-cı illərdə tərəflər arasında bölgü aparılmışdır. Həmçinin buna dair çıxarışlar var.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı ona məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikilinin (tövlə) cavabdehin öz vəsaiti hesabına sökülməsi; evə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin Mülki Məcəllənin 180-ci maddəsindən də aydın görünür ki, cavabdehin həmin tikiliyə gözlənilən mülkiyyət hüququnun olması, eyni zamanda cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən evinə hər hansı formada zərər yetirməsinə və həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə hər hansı formada maneçilik törətməsi iş materialları ilə sübuta yetirilmir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
9. Şəki Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi”, “evinə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ01360100000000003944) köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8, 158.2, 158.4, 166.3, 180.1, 180.2 və 180.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 48 və 82-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## ###### 2021-ci il tarixdə verilmiş, 404013073762-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; ## ##### 2023-cü il tarixli, *-**-DA-**/F/*/M-***/**** nömrəli arxiv çıxarışı; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## ######## 2023-cü il tarixdə verilmiş, ************ nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayış; X6 tərəfindən notarial qaydada yazılmış ərizə; İddiaçı tərəfindən yazılmış ərizə; X4 tərəfindən notarial qaydada yazılmış ərizə; X16 tərəfindən notarial qaydada yazılmış ərizə; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/*** nömrəli ekspert rəyi.
12. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki şəhər Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli ** saylı iclasının qərarı ilə ünvan 3 saylı ünvanda qardaşı Yavər Məmmədovun istifadəsində olan 998,6 kv m torpaq sahəsindən 400 kv.m ona ayrılmışdır. Həmin torpaq sahəsində o öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmişdir. Həmin torpaq sahəsi və ona bitişik sahələr mərhum atasından qalan miras əmlaklardır. Həmin torpaq sahəsindən küçəyə olan gediş-gəliş yolu ümumi istifadədir və həmişə həmin yoldan istifadə etmişlər. Lakin kiçik qardaşı Cavabdeh ##.##.2024-cü il tarixdə məhkəmədən geri qayıdaraq məhkəmənin nəticəsinin onun xeyrinə olduğunu bildirərək gedişgəliş yolunu bağlayaraq onların həmin yoldan istifadəsinə maneə yaratmışdır. O, yaşlı adamdır, həIə azyaşlı nəvələri dərsə gedə bilmək üçün nərdivan vasitəsilə qonşuların həyətinə keçərək ordan küçəyə çıxa bilirlər . Bu isə onların Konstitusiyada nəzərdə tutulan mülkiyyət hüquqlarını pozur. Ona görə də müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməklə gediş-gəlişlərinə yönələn maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e**(***)-**/**** saylı qərardadı ilə ona məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün yaradılan maneələr ## #### 2024-cü il tarixədək cavabdeh Cavabdeh qadağan edilmişdir. Lakin cavabdeh etirazlar edərək narazlıq bildirmiş və öz qanunsuz əməllərini davam etdirəcəyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdehin qanunsuz olaraq özünə aid olmayan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsi onların özlərinə məxsus evə gedib-gəlmələrinə maneə yaradır. Hesab edir ki, həmin qanunsuz tikili cavabdehin vəsaiti hesabına sökülməli və onların gediş-gəliş yolu açılmalıdır. Qeyd olunanlardan aşkar görünür ki, cavabdeh qanunvericiliyin tələblərini kobud surətdə pozur, tətbiq edilən xəbərdarlıqlardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. 35 ildən çox istifadə etdikləri yolu qərəzli şəkildə bağlayaraq onların hüquqlarını ciddi şəkildə pozmuş olmasına baxmayaq məhkəmənin də dəstəyi ilə öz qanunsuz əməllərini davam etdirir. O, yaşlı adamdır və pensiya ilə dolanır. Ona nə düşüb ki, bu qədər xərc çəkərək yolun açılmasında maraqlı olsun? Əgər onun yolu varsa nə ehtiyac ola bilər ki bu yaşında məhkəmələrdə gəzsin? Bu suallar heç də məhkəməni maraqlandırmamışdır. HəIə sonuncu məhkəmə iclasında ona yalnız yolun veriləcəyi halda tövlənin sökülməsində marağı olmadığını da bildirməsinə baxmayaraq onların öz evlərinə gediş-gəlişini hansı formada edəcəklərinə məhkəmə əhəmiyyət etmədi. Hansı ki, hakim özü tərəflərin və ekspertin iştirakı ilə yerində baxış keçirən zaman onun və ailə üzvlərinin evlərinə getmək üçün alternativ yolunun olmadığını müəyyən etdi. Lakin yenə də onlara məlum olmayan səbəblərdən iddialarını təmin etmədi. Onu da qeyd edir ki, ümumiyyətlə cavabdehin bağladığı yol heç ona məxsus deyil və onun qanunsuz hərəkəti aşkar görünür. Lakin yolu o, bağladığı üçün o, ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir.
14. Ona görə də, Şəki Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərərək Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsini ləğv etmədən və dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı, iddiaçının vəkili vəkil2 və iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X8 və cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh Cavabdeh, üçüncü şəxs qismində cəlb edilmiş Şəki Icra Hakimiyyəti Başçısının * nömrəli Sahə Inzibati Ərazi Dairəsi və üzrə nümayəndəliyinin nümayəndəsi və Şəki Şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 11.1, 11.2-ci maddələrinə əsasən, bələdiyyə torpaqlarının ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Iddiaçı Şəki Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, əsassız və reallığa uyğun olmayan araşdırma ilə hazırki nəticəyə gəlmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 13-cü bəndində sadalanan hallardan ibarətdir. Iddiaçı apellyasiya şikayətində ünvan 3 saylı ünvanda yerləşən torpaq sahəsindən küçəyə olan gediş-gəliş yolunun ümumi istifadədə olduğunu və həmişə həmin yoldan istifadə etdiklərini, lakin kiçik qardaşı Cavabdeh gediş-gəliş yolunu bağlayaraq onların həmin yoldan istifadəsinə maneə yaratdığını, cavabdehin qanunsuz olaraq özünə aid olmayan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onların özlərinə məxsus evə gedib-gəlmələrinə maneə yaratdığını qeyd etmiş, həmin qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməli və onların gediş-gəliş yolunun açılmalı olduğunu, onun və ailə üzvlərinin evlərinə getmək üçün alternativ yolunun olmadığını vurğulamışdır. Lakin apellyasiya şikayətində qeyd edilən cavabdehin mübahisəli torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onların özlərinə məxsus evə gedib-gəlmələrinə maneələr yaratması ilə bağlı müddəalar sübuta yetirilməmiş, iddiaçının evinə getmək üçün alternativ yolunun olmaması məsələsi işdə olan sənədlərlə təkzib edilmişdir.
28. Işin hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178.1 kvadrat metr olan fərdi yaşayış evi Cavabdehnın adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki şəhəri, 26-cı rayon, Ə.Qarayev küçəsi, * nömrəli evdə yaşayan, 4 nəfər ailə üzvlü, Aqrofirmada ekspeditor işləyən İddiaçı istifadəsinə həmin ünvanda qardaşı X3 istifadəsində olan 998,6 kv.metr torpaq sahəsindən 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində iki otaqlı ev tikməyə icazə verilmişdir. Evə giriş yolu birinci evin arxasından, evdən sərhəd divarına qədər məsafədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## ######## 2023-cü il tarixdə verilmiş, ************ nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ əsasında X3 adınadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/*** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndis-inventarlaşdırıcısı Ə.Nəbiyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, sözügedən tövlə həyət tikilisidir, cavabdehin mülkiyyətidir. Həmin tikilinin yəni həyət tikililərinin tikintisi üçün heç bir layihə və ya esgiz tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** saylı sərəncamına əsasən mülkiyyətçilərin sənədlərində göstərilmiş əlavə torpaq sahələrində onların mülkiyyəti hesab olunur. Həmin ərazidən gediş-gəliş yolu ayrılmamışdır. Həmin yol yeri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tövlə tikilisinin iddiaçı İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gedən gediş-gəliş yoluna maneçilik törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir.
29. ## ######## 2025-ci il tarixində məhkəmə kollegiyası iddiaçı İddiaçı, Cavabdeh, Şəki Icra Hakimiyyəti Başçısının * nömrəli Sahə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Şəki Şəhər Bələdiyyəsinin nümayəndəsi X7 iştirakları ilə ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan evə cavabdeh Cavabdeh tərəfindən gediş-gəliş üçün maneələrin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi ilə bağlı yerli müayinə keçirmişdir. Müayinə keçirilərkən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh istifadəsində olduğu bildirilən zəbt olunmuş sahədə əsas darvazadan girəndə təqribi 3 metr enində iddiaçının yaşadığı evə doğru uzanan gediş-gəliş yolu var. Yolun solunda talvar, sağında sanuzel və tövlə tikilib. Iddiaçı İddiaçı istifadəsində olduğu yaşayış yerinə doğru gedən yolun solunda yarım tikili, yolun sağında isə xəndək mövcuddur. X3 evinin arxasından iddiaçı İddiaçı evinə tərəf istiqamətdə olan gediş-gəliş üçün istifadə edilən yolun üzərində çıxıntılı əlavə tikili tikilməklə həmin hissədə piyada yolu saxlanılmışdır.
30. Mütəxəssis rəyinin şərh edilməsi məqsədi ilə mütəxəssis X5 məhkəmə kollegiyasının iclasına dəvət edilmiş, o, ## ######## 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyi ilə bağlı izahatında bildirmişdir ki, sözügedən tövlə həyət tikilisidir, cavabdehin mülkiyyətidir. Həmin tikilinin, yəni həyət tikililərinin tikintisi üçün heç bir layihə və ya eskiz tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** saylı sərəncamına əsasən mülkiyyətçilərin sənədlərində göstərilmiş əlavə torpaq sahələri də onların mülkiyyəti hesab olunur. Həmin ərazidən gediş-gəliş yolu ayrılmamışdır. Həmin yol yeri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tövlə tikilisinin iddiaçı İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gedən gediş-gəliş yoluna maneəçilik törədib-törətməməsi müəyyən edilməmişdir. Bundan əlavə qeyd etmişdir ki, Süleymanın həyətinə giriş öz evinin arxasındandır. Həmin qeyd edilən torpaq və üzərində tikilmiş tövlə isə Cavabdeh istifadəsindədir.
31. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvаlə edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsinin mütəxəssislərinin və məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Şəki şəhər XDS Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli ** saylı iclasının qərarı ilə İddiaçı istifadəsinə verilmiş 400 kv.metr torpaq sahəsində hansı ölçülərdə, hansı koordinatlarda və hansı ünvanlı ev tikilmişdir?
2. Həmin qərarla İddiaçı tikməsinə icazə verilmiş yeni tikiləcək evə sənəd üzrə hansı ölçülərdə və hansı koordinatlarda gedib-gəlmək üçün yol nəzərdə tutulmuşdur? Tutulmuşdursa, həmin yolun üzərində gediş-gəlişə maneə olan hansı tikililər mövcuddur və kimin istifadəsindədir?
3. Həmin qərarla X3 istifadəsində saxlanılmış 598.6 kvm torpaq sahəsi və İddiaçı istifadəsinə verilmiş 400 kvm torpaq sahəsi Şəki rayon Kirov adına kolxozun ## ### 1971-ci il tarixli * nömrəli iclasının qərarı ilə Məmmədov Yaşar Cabbar oğluna ev tikməsinə icazə verilməsi barədə Ə.Qarayev küçəsi No-9 da ayrılmış 600 kvm torpaq sahəsinin verilməsini təsdiq edən Şəki şəhər ZDS Icraiyyə Komitəsinin ## #### 1973-cu il tarixli ** saylı iclasının qərarında göstərilən torpaq sahələri hər hansı koordinatlarda və ya ölçülərdə üst-üstə düşürmü?
4. Üst-üstə düşmə varsa, hansı ölçülərdədir?
5. Iddiaçı İddiaçı ona məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikilinin(tövlə) cavabdeh Cavabdeh öz vəsaiti hesabına sökülməsi; evə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsi 404013073762-***** reyestr nömrəli çıxarışla ünvan 5 ünvanında olması qeyd edilən ½ hissədə Cavabdeh paylı mülkiyyəti kimi qeydiyyata alınmış fərdi yaşayış evinin və torpaq sahəsinin kənarındakı 632 kvm zəbt olunmuş torpaq sahəsində yerləşən liter İ, II, III, V və B olan obyektlərdir. Həmin obyektlərlə iddiaçı İddiaçı Şəki şəhər XDS Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli ** saylı iclasının qərarı ilə ev tikmək üçün ayrılmış 400 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsinə gedən yolun üzərindəki tikililər hansı koordinatlarda və hansı ölçülərdə kəsişir? Kəsişirsə hansı ölçülərdə kəsişir, kəsişmirsə bir-birindən hansı aralıqda yerləşirlər?
6. 404013073762-***** reyestr nömrəli çıxarışla ünvan 5 ünvanında olması qeyd edilən ½ hissədə Cavabdeh paylı mülkiyyəti kimi qeydiyyata alınmış fərdi yaşayış evinin və torpaq sahəsinin kənarında liter İ, II, III, V və B olan obyektlərin mövcud olduğu 632 kvm zəbt olunmuş kimi göstərilən torpaq sahəsi kimin mülkiyyətindədir? Ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməsi üçün aşağıdakı sənədlərin qarşılıqlı təhlilinin aparılması bildirilmişdir:
1. Iş materiallarında olan Şəki şəhər XDS Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli ** saylı iclasının qərarından görünür ki, ünvan 3 saylı ünvanda Yavər Məmmədovun istifadəsində olan 998,6 kv m torpaq sahəsindən 400 kv.m torpaq sahəsi ayrılaraq, İddiaçı ayrılmış torpaq sahəsində 2 otaqlı ev tikməyə icazə verilməsi qərara alınmışdır. ( İ cild, i/v 12)
2. Iş materiallarında olan Milli Arxiv Idarəsi Respublika Dövlət Arxivinin Şəki Filialının ## ##### 2023-cü il tarixli Şəki şəhər XDS Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli ** saylı iclasının protokolundan çıxarışdan görünür ki, Şəki Şəki şəhəri, 26-cı rayon, Ə.Qarayev küçəsi * saylı evdə yaşayan, 4 nəfər ailə üzvlü, aqrofirmada ekspeditor işləyən İddiaçı istifadəsinə həmin ünvanda qardaşı X3 istifadəsində olan 998,6 kv metr torpaq sahəsindən 400 kv.metr torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsində 2 otaqlı ev tikməyə icazə verilməsi, evə giriş yolunun birinci evin arxasından, evdən sərhəd divarına qədər olan məsafədə saxlanılması qeyd edilmişdir.(İ cild, i/v 14)
3. Iş materiallarında olan Şəki şəhəri, Icra hakimiyyəti başçısının aparatının şəhərin baş memarı M.Həsənov tərəfindən imzalanmış ##.##.1998-ci il tarixli, */c-**** nömrəli məktubunda bildirilmişdir ki, Şəki şəhər Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli qərarı ilə İddiaçı qardaşı X3 istifadəsində olan 998,6 kv m torpaq sahəsindən 400 kv.metrində yaşayış evi tikintisinə icazə verilmişdir. Verilmiş torpaq sahəsinə gediş-gəliş yolunun verilməsi üçün hər ikisinin həyətinin cənub hissəsindən eni 4 metr, uzunluğu 48 metr dalan buraxılmışdır. Dalan buraxılan hissəyə düşən və X3 istifadəsində olan tövlə İddiaçı vəsaiti hesabına sökülüb X3 məxsus torpaq sahəsində tikilməli olduğu göstərilmişdir.(İ cild, i/v 13)
4. Iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Respublika Dövlət Arxivinin Şəki Filialının verdiyi ## ### 2019-cü il tarixli *** nömrəli arxiv çıxarışından görünür ki Şəki şəhər ZDS Icraiyyə Komitəsinin ## #### 1973-cu il tarixli ** saylı iclasının protokolundan çıxarışla vətəndaş Məmmədov Yaşar Cabbar oğluna Kirov adına kolxozun ## ### 1971-ci il tarixli 5 nömrə iclas qərarı ilə Ə.Qarayev küçəsi No-9 da ayrılmış 600 kvm torpaq sahəsində yeni ev tikilməsinə icazə verilməsi qərara alınmışdır. Məmmədov Yaşar Cabbar oğlu ## ###### 1987-ci ildə ölmüşdür.
5. Iş materiallarında olan 404013073762-***** reyestr nömrəli çıxarışdan görünür ki ünvan 5 ünvanındakı 0.06 ha torpaq sahəsində yerləşən 178.1 kvm fərdi yaşayış evi ******** qeydiyyat nömrəsi ilə ##.##.2019-cu ildə Məmmədov Yaşar Cabbar oğlunun adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.
6. Iş materiallarında olan ## ####### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ## ###### 1987-ci ildə ölmüş Məmmədov Yaşar Cabbar oğlunun vərəsəsi Cavabdeh ##.##.2019-cu il tarixdə Məmmədov Yaşar Cabbar oğluna verilmiş 404013073762-***** reyestr nömrəli ******** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X9 prospekti 703 ünvanında yerləşən ümumi sahəsi 178.1 kvm olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən ½ pay irs almışdır. Qeyd: mərhum Məmmədov Yaşar Cabbar oğlunun adında ½ hissə açıq saxlanılmışdır.
7. Iş materiallarında olan ## ####### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ## ###### 1987-ci ildə ölmüş Məmmədov Yaşar Cabbar oğlunun vərəsəsi X3 ##.##.2019-cu il tarixdə Məmmədov Yaşar Cabbar oğluna verilmiş 404013073762-***** reyestr nömrəli ******** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X9 prospekti 703 ünvanında yerləşən ümumi sahəsi 178.1 kvm olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən ½ pay irs almışdır.
8. Iş materiallarında olan 404013073762-***** reyestr nömrəli çıxarışdan görünür ki ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak ##.##.2021-ci ildə 3021014753 qeydiyyat nömrəsi ilə ½ hissədə X3, 3021014707 qeydiyyat nömrəsi ilə ½ hissədə Cavabdeh paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. (İ cild, i/v 36)
9. Iş materiallarında olan ##.##.2010-cu il tarixli, *** nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən arayışda qeyd edilmişdir ki, X3 adına inventar No-si 7073 olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2005-ci ildə texniki pasport tərtib edilmişdir. (İ cild, i/v 177)
32. ## ##### 2026-cı il tarixli mütəxəssis rəyində mütəxəssis qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir:
1. Tərtib olunmuş yerquruluşu planında İddiaçı faktiki istifadəsində olan 792 kv m torpaq sahəsi, üzərində yerləşən fərdi yaşayış evi (X9 prospekti ünvanında) və koordinatları göstərilmişdir.
2. ## ##### 2023-cü il tarixli Arxiv çıxarışından göründüyü kimi İddiaçı ayrılmış torpaq sahəsinə gediş- gəliş yolu qardaşı X3 istifadəsində olan evin arxasından sərhəd divarına qədər olan məsafədə saxlanılıb. Tərtib olunmuş yerquruluşu planında həmin hissə, üzərində metal dayaq üzərində inşa edilmiş texniki pasportda liter V və Q kimi işarələnmiş köməkçi tikili göstərilmişdir. Gediş- gəliş yolunun hansı ölçüdə və hansı koordinatlarda yerləşməsi ilə bağlı məlumat yoxdur. V və Q kimi işarələnmiş köməkçi tikililər X3 və ailə üzvlərinin istifadəsindədir.
3. X3 və Cavabdeh ümumi birgə mülkiyyətində olan 404013073762-***** reyestr nömrəli çıxarışda göstərilən 600 kv.m torpaq sahəsi ilə İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi üstüstə düşmür.
4. Üst-üstə düşmə faktiki vəziyyətdə yoxdur.
5. Yerquruluşu planında V və Q kimi işarələnmiş köməkçi tikililərin koordinatları göstərilmişdir.
6. Ştrixlənmiş hissədə yerləşən İ, II, III, V və B olan tikililər Şəki bələdiyyəsinin mülkiyyətində olmaqla özlərinin istifadəsindədir. Faktiki gediş-gəliş yolu kimi istifadə olunan torpaq sahəsi üzərində yerləşən V və Q tikililəri 404013073762-***** reyestr nömrəli çıxarışla xüsusı mülkiyyətdə olan ərazidir. Hal-hazırda X3 və ailə üzvləri tərəfindən istifadə olunur.
33. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin Mülki Məcəllənin 180-ci maddəsindən də aydın görünür ki, cavabdehin həmin tikiliyə gözlənilən mülkiyyət hüququnun olması, eyni zamanda cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən evinə hər hansı formada zərər yetirməsinə və həmin qeyri yaşayış sahəsindən istifadə etməsinə hər hansı formada maneçilik törətməsi iş materialları ilə sübuta yetirilmir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında öz təsdiqini tapmadığından, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin olunmamalıdır.
34. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi mövqeyini gözlənilən mülkiyyət hüququnun müddəalarına bağlamaqla və həmin normadan irəli gələn maddələrə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi təkcə cavabdeh Cavabdeh deyil, həm də X3 torpaq sahəsinə bitişik sahədir. Həmin hal iş materiallarında olan yerquluşu planında öz əksini tapmışdır.( III cild, i/v 146) Tələb yalnız cavabdeh Cavabdeh qarşı irəli sürülmüş, tələbin yalnız cavabdeh Cavabdeh qarşı irəli sürülməsini iddiaçı bununla əsaslandırmışdır ki, maneələr ancaq cavabdeh tərəfindən yaradılır. Lakin işdə olan sənədlərlə, ekspert rəyləri ilə cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tövlə tikilisinin iddiaçı İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gedən gediş-gəliş yoluna maneəçilik törədib-törətməməsi müəyyən edilməmişdir.
35. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslara aiddir.
37. Işin hallarından göründüyü kimi gözlənilən mülkiyyət hüququ ilə bağlı normalara istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, həmçinin hazırki qətnamənin 33-cü bəndində qeyd edilənlər bunu deməyə əsas verir ki, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və sübut edilməmişdir. Bununla da maddi hüquq normaları ilə yanaşı prosessual hüquq normalarının da pozuntusuna yol verilmişdir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən, iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikilinin (tövlə) cavabdehin öz vəsaiti hesabına sökülməsi; evə gedişgəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə iddiası rədd edilməlidir.
39. Məhkəmə xərclərinə gəldikdə isə Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 95 manat pul iddiaçının özünə aid edilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikilinin (tövlə) cavabdehin öz vəsaiti hesabına sökülməsi; evə gedişgəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə iddiası rədd edilsin. Iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat pul iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.