Məhkəmə qərarları › İş №2(003)-1782/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1782/2022

06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1782/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının” müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X* 04.*2.2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*959-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. Mərhum anası X5 25.05.*925-ci il tarixdə Ukrayina Respublikasında anadan olmuş və 04.*2.2002-ci il tarixdə vəfat etmişdir. Mərhum anası X5 04.*2.2002-cı ildə xəstəliyi ilə bağlı 77 yaşında evdə olaraq qəflətən vəfat etmişdir. Anası vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üzvüləri lazımı qədər bilmədiyindən evə həkim gələnə kimi mərhum anası artıq vəfat etmişdir. Anası vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Bakı şəhəri, Abşeron rayonu,Xırdalan qəsəbəsi qəbirstanlığında dəfn ediblər. Hal-hazırda mənim mərhum anamın ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı mənə lazımdır. Mən bu barədə Maraqlı şəxsnə müraciət etdim sakin orada onlar mənə bu barədə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Ərizəçi anasını qohum və qonşularla birlikdə Xırdalan qəbirsanlıqında dəfn etdi. Hal hazırda mərhum anasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş. Lakin orada onlar ərizəçiyə bu barədə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Yuxarıda qeyd olunanlara əsasən ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum anası X* 04.*2.2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. 2000-ci ildən Ərizəçi tanıyır. X5 2002-ci ilin dekabr dekabr ayında Bakı şəhərində vəfat etmişdir. Mərhum Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Yas mərsimində iştirak edib. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, 2000-ci ildən tanıyır onu. X5 xəstə idi, 2002-ci ilin dekabr ayında Bakı şəhərində vəfat etmişdir. Mərhum Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Yas mərsimində iştirak edib. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. X5 onun anası olub, 04.*2.2002-ci il tarixdə mərhum qocalıqdan rəhmətə gedib. Mərhum Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*959-cu ildə Gürcüstanın Bolnisi rayonunda doğulmuşdur və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev *05 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi atası X7, anası X2. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsinin Ərizəçia ünvanlanmış 22.04.2022-ci il tarixli məktubundan görünür ki, Xətai rayon Qeydiyyat şöbəsi ərizəçinin anası X* ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş XB/077 saylı 20.04.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum anası X5 04.*2.2002-ci il tarixdə vəfat edib və Xırdalan qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum anası X* 04.*2.2002-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. X* 04.*2.2002-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar