Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1785/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, bağ sahəsindən çıxarılma tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, bağ sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi nömrə 1455 ünvanda yerləşən bağ sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, onunla birlikdə yaşayan ailə üzvləri ilə birlikdə həmin bağ sahəsindən çıxarılması və bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi № 1455 ünvanında yerləşən bağ sahəsi 16.05.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hazırda onun mülkiyyətindədir. Çıxarışda əks olunmuş torpaq sahəsinə dair Azərbaycan Respublıikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi № 1455 ünvanında yerləşən bağ sahəsinə baxması üçün bağban olaraq Cavabdeh müvəqqəti bağa nəzarət etməsi üçün razılıq vermişdir. Lakin cavabdeh uzun müddətdir bağ sahəsini zəbt edərək, oradan çıxmaq istəmir. O, bununla bağlı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək, Cavabdeh oradan çıxarılmasını tələb etsə də, cavabdeh yaşamağa heç bir yaşayış sahəsi olmadığından bağ sahəsindən çıxmaq istəmədiyini bildirdiyindən və mübahisə mülki xarakterli olduğundan, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehə dəfələrlə bağ sahəsini təhvil verməsini tələb etməsinə baxmayaraq, bağ sahəsini boşaltmaqdan və təhvil verməkdən imtina edir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, xüsusi mülkiyyətində olan bağ sahəsindən istədiyi kimi istifadə edə, ona sahiblik edə bilməz. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsində göstərilən tələblər saxlanılmaqla, həmçinin Cavabdeh zərərin əvəzi kimi 112.500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi barədə məhkəmə müraciət edərək, 2006-cı ildən 2021-ci ilədək müddətd: (15 il) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı ha sahəsinin abadlaşmasına, yaşayış üçün tikilinin əsaslı təmirinə, mətbəx, hamam və sanitar qovşağın inşasına, eləcə də qaz, su, işığın çəkilməsi zamanı sərf edilmiş vəsait 2.300 manat, eləcə də təbii qazın çəkilmə zamanı 350 manat, içməli suyun çəkilməsi zamanı - 150 manat və işığın çəkilməsi zamanı sərf edilmiş vəsait - 250 manat, cəmi 750 manat, 15 il (180 ay) bağbanlıq-gözətçil xərci - ayda 200 manat (180x200) cəmi 36.000 manat, mənəvi ziyana görə 15.000 manat ümumilikdə yuvarlaq 54.000 manat cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yeganə övladının sağlamlığında (limfa düyünləri və beyin təziqi) narahatlıq yarandığından və həkim məsləhətinə görə 2001-ci il təvəllüdlü qızı və anası ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qalmağa hər hansı bağ evi axtarmalı olmuşlar. Belə ki, həkimin göstərişinə görə qızının həmin ərazidə müalicəsi getdiyindən və Mərdəkan qəsəbəsinin havasının uşağın səhhətinə əlverişli olduğundan həmin ərazidə ev tapıb qalmaqları məsləhət görülmüşdür. Bir nəfər tanımadığı taksi sürücüsü mübahisəli sahənin qonşuluğunda baxımsız, qapısı olmayan, ot və alaq basmış, içində “əl damı” kimi tikilmiş 15 kv.m olan bir otağı olan bağ sahəsini göstərmişdir. Bağ sahəsi təxminən 30 sot olmuş baxımsız olduğundan ətrafda kimin nə zibili var idi həmin bağ sahəsinə boşaltmışdır. Mübahisəli torpaq sahəsinin sahibi kimi özünü təqdim edən Elqar adlı şəxs sahənin qaynanasına məxsus olduğunu bildirmişdir. Elqar demişdir ki, bağ sahəsini təmizləyərək abadlaşdırıb suvarma işləri görüldüyü halda onlar orada qala bilərlər. Həmin bağ sahəsində yaşayış üçün heç bir şəraitin, yəni su, qaz, işığın olmadığını bildirmişdir. Orada yalnız taxta və digər yüngül tikinti materiallarından olan təxminən 15 kv.m nəm çəkmiş bir daşdan inşa edilmiş otaq olmuş, onun dam örtüyü yararsız vəziyyətdə olmuşdur. Elqar bildirdi ki, “mənə maraqlı deyil, ərazini təmizləyib sulayacaqsansa özünə şərait yaradıb bağda qala bilərsən”, bununla bağlı aramızda heç bir yazılı razılaşma olmamışdır. Lakin, Elqar mütəmadi gəlib bağ sahəsinin suvarılmasına və təmizlik vəziyyətinə baxacağını bildirdi. 2006-cı ildən 2015-ci ilədək (9 il) bağda olan 40 metr dərinliyindəki quyudan köhnə “kaçalka” adlanan alətlə su çəkmişdir, 30 sota yaxın bağı sulamaq üçün həftələrlə vaxt getmişdir və xeyli su sərf edilmişdir, qış aylarında isə şaxtalar olan günlərdə ümumiyyətlə sudan istifadə edə bilməmişlər. Daha sonra 2015-ci ildə müasir gidroforlu su nasosu qoşulduqdan sonra suyun normal təziqlə gəlməsi təmin edildi. O vaxtlar qaz xətti olmadığı üçün dizel yanacaqla işləyən qızdırıcı sobadan, işığdan isə ümumi xəttə qoşularaq sayğacsız istifadə edib aylıq ödənişlər etmişdir. Orada olan “əl damı” kimi otağın yanında hamam və sanitar qovşaq tikmişlər, otağın qarşısını bağlatdırmışlar, ümumi dam hissəsini şifer örtükləri ilə yeniləmişlər. Nəhayət çoxsaylı müraciətlərindən sonra 2009-cu ilin iyul ayında bağ sahəsinə işığın çəkilməsini (sayğacla) təmin etmişlər, mülkiyyətçinin kürəkəni Elqar adlı şəxs buna görə yalnız dövlət rüsumu ödəmiş, işığın çəkilməsi prosesində qalan xərclər onun hesabına (əlavə kabel və digər elektrik avadanlıq və materiallar) ödənilmiş, ərazidə 3 usta bir həftə işıq çəkilməsi ilə bağlı işlər görmüşlər, onların qidalanmaları da onun hesabına olmuşdur. İşıq çəkildikdən sonra işıq idarəsindən nəzarətçi gəlib bildirdi ki, bağ sahəsinin 2006-cı ilədək 300 manat işıq borcu qalmış və bildirmişdir ki, bu məbləğ ödənilməzsə işığın verilməsi dayandırılacaqdır. Bununla və digər xərclərlə bağlı Elqara dedikdə o, məsələnin özləri tərəfindən həll edilməsini deyib sonra məbləği onlara qaytaracağına söz vermişdir, lakin heç bir pul məbləği onun tərəfindən bu günə kimi ona qaytarılmamışdır. Daha sonra müraciətləri əsasında bağ sahəsinə 2018-ci ildə qaz xətti çəkilmiş və qaz xəttinin çəkilməsi üçün əlavə borular və digər materialların alınması ilə bağlı ümumi xərcin yarıdan çoxunu, yəni 300 manatını o, verməli olmuşdur. Bağ sahəsinə içməli suyun çəkilməsi ilə bağlı müraciətindən sonra 2019-cu ilin yay aylarında şirin su çəkilmişdir. Suyun çəkilməsi zamanı da, əlavə xərclər tərəfindən ödənilmişdir. Elqara bildirmişdir ki, 30 sota yaxın bağın suvarılmasına hər ay 50 manata yaxın su pulu verilmişdir. 15 ildir qaldıqları bağ sahəsi ilə bağlı xərclər bunlardan ibarət olmuşdur: otağın təmiri ilə bağlı 10 rulon divar kağızı biri 12 manatdan cəmi 120 manat; otağa linoleum 10x15 cəmi 150 manat; işıq kabeli 65 metr cəmi 65 manat; su boruları 50 metr (1 metr 1.20 m.) cəmi 60 manat; kanalizasiya boruları 50 metr (2.50 m.) cəmi 125 manat; elektrik yuvaları 10 ədəd (biri 4 m), “simens” elektrik avtomatı 3 ədəd (biri 10 m.) cəmi 30 manat. Daha sonra hamam tikintisinə: beton, sement, mala cəmi 45 manat, tavana 4x5 kv.m lambir cəmi 20 manat; ventillər cəmi 48 manat; hamam duş komplekt 50 manat, hamam üçün qaz sobası (pitiminutka) 120 manat; bir tonluq su çəni 120 manat; su mühərriki və gidrofor 80 manat. Bunlardan sonra otağın qarşısının bağlanması ilə bağlı reyka 5x7/42x150 cəmi 65 manat; selofan 20 metrə x 3 cəmi 60 manat; dam örtüyü (şifer) 10x8 cəmi 80 manat; sanuzel qurulması ilə bağlı unitaz, boru, əymə cəmi 60 manat + əşyaların daşınması ilə bağlı avtomobil xərci 60 manat, ustaların yeməyinə 80 manat, material cəmi 1400 manat, ustaların zəhmət haqqı cəmi 900 manat, apardığım təmir işləri ilə bağlı ümumi məbləğ 2300 manat təşkil etmişdir. Bundan başqa mövcud işığın və suyun ödəniş qəbzlərindəki məbləğlərdən məlum olur ki, belə bir məbləğ ərazinin uzun müddət nasosla sulanması və 2020-ci ilin yay aylarında bağ evləri olan ərazinin abadlaşması, yəni hasarların əsası təmir- bərpa (gəc, suvaq və “torsovka” vurulması) işlərinin görülməsi ilə bağlı qaldığımız bağ sahəsinin dövlət tərəfindən divarlarının təmiri ilə bağlı hansı bağ sahəsinin hasarı təmir edilirdi həmin sahənin mülkiyyətçisi işıq, su və digər şəraitlə ustaları təmin edərək irəli gələn xərcləri ödəməli idi. Lakin, bu barədə Elqara zəng vurub dedikdə o maraqlanmamış və bağ sahəsinə yalnız hasarların təmiri başa çatandan sonra gəlmiş və təmir vaxtı işıq sərfıyyatı və digər xərclər tərəfindən ödənilmişdir. Əlavə olaraq bağ sahəsinin təmizlənməsi ilə bağlı hər il təxminən 300 manat civarında tərəfimdən otbiçən maşın icarəyə götürülüb həmin bağ sahəsində istifadə edilirdi. Anası 2015-ci ildə elə həmin bağda xəstəlikdən vəfat etmişdir. Belə vəziyyətdə bağ sahəsində tərəfindən yaşayış üçün lazımi şəraitin yaradıldığını görüb İddiaçı onu oradan çıxarıb digər şəxsə kirayə vermək və yaxud tərəfindən qazın, suyun və işığın çəkildiyi, sahənin abad olduğu, özü isə heç bir əziyyət və xərc çəkmədən tərəfindən komunal və yaşamaq üçün şərait yaradıldığı halda əmlakın bazar qiymətinin artdığını başa düşərək payına düşən xərcləri ödəmədən məhkəmə yolu ilə bağ sahəsindən çıxarılmağımı tələb edir. Daha sonra Cavabdeh Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, tələbinə əlavə olaraq qarşılıqlı iddiasında qeyd etdiyi məbləğin əvəzi kimi 15 il müddətində istifadəsində olmuş ümumi sahəsi 30 sota yaxın bağ sahəsinə bağbanlıq gözətçilik etməsi, orada bu illər ərzində təmir və abadlıq işləri aparması nəzərə alınmaqla yaşadığı 15 kv.m otaq, mətbəx və sanitar qovşağı daxil olmaqla 5 sot sahəsinin daimi istifadəsində qalması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi, qarşılıqlı idda tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmədə cavabdeh ilk iddia tələbini etiraf etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, 10-15 ildir ki, Zeynəb sözügedən bağ sahəsində yaşayır. Son iki ildə bilmişdir ki, bağ sahəsi ona məxsus deyildir. Suyun, qazı çəkilməsi vaxtı pulun Zeynəb tərəfindən verilməsinin şahididir. Məhkəmədə şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, Zeynəblə qonşudur. Zeynəb qızının 5 yaşı olandan həmin bağ evində yaşayır. Məhkəmədə şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, Zeynəblə qonşudur. Zeynəbin evində təmir işlərinin görülməsində iştirak etmişdir. Divar kağızını vurub, su çəkən cihazı düzəltdirib. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.05.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* saylı çıxarışınnotarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan ünvanında yerləşən daşınmaz əmlak İddiaçı adına dövlət reystrində qeydiyyata alınmışdır. İş materiallarında olan AB consulting MMC tərəfindən 16.07.2021-ci il tarixdə verilmiş qiymətləndirmə hesabatından görünür ki, ünvan ünvanda görülən təmir-bərpa işlərinə çəkilən xərc 3000 manat, bağbanlıq-gözətçilik 200-300 manat, 15 il müddətinə isə 45 000 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi İddiaçı adına reyestrdə qeydə alınmışdır, onun şəxsi mülkiyyətidir. Odur ki, mülkiyyətindən cavabdehin çıxarılmasını və istifadəsinə qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin iddia tələbinin cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, prosessual qanunveriuciliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar və iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki halda isə iddia tələbində konkret olaraq cavabdehin ailə üzvləri qeyd edilməklə cavabdehlərin dairəsi müəyyən edilməmiş, qeyri-müəyyən şəxslərin evdən çıxarılması qeyd edilmişdir ki, bu halda həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Həmçinin, cavabdeh iddiaçının mülkiyyətinə özbaşına deyil iddiaçının razılığı ilə məskunlaşmışdır. Eyni zamanda müəyyən olunur ki, tərəflər arasında kirayə müqaviləsi və ya bu halla bağlı hər hansı digər razılaşma olmamışdır. Odur ki, iddiaçının zərərin əvəzi kimi 112.500 manat məbləğində pulun tutularaq ona ödənilməsi hissəsində təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Təfərlər arasında nə kirayə nə də tapşırıq müqaviləsi bağlanmamışdır. İddiaçı cavabdehə ünvan nə öz razılığı ilə yaşamaq üçün buraxmışdır. Cavabdeh isə orada yaşamaq üçün müəyyən abadlıq təmir işləri görmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məzmunundan göründüyü kimi Mülki Məcəlləsinin 157.7-ci maddəsində vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Deməli yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. Qarşılıqlı iddiaçı faktiki sahibliyində və istifadəsində olan mübahisəli əmlakla bağlı təmirə çəkdiyi məsrəflərlə bağlı xərcin ödənilməsini tələb edir. Qarşılıqlı iddiaçı tərəfindən edilən yaxşılaşdırmanı (təmir) həmin daşınmaz əmlakdan ayırmaq mümkün olmadığı üçün məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə yuxarıda sadalanan maddi hüquq normaları tətbiq edilməli iddia tələbi həmin hissədə əsaslı olmaqla təmin edilməli, bağ sahəsi ilə bağlı iddia tələbində göstərilən təmir işlərinə görə sərf edilmiş 2300 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.İddia tələbinin gözətçi kimi, qaldığı müddət ərzində pulun tələb edilməsi və yaşadığı 15 kv.m otaq, mətbəx və sanitar qovşağı daxil olmaqla 5 sot sahəsinin daimi istifadəsində qalması hisəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin hissələrdə iddia təmin edilməməlidir. Belə ki, tərəflər arasında belə bir işə götürülmə ilə bağlı hər hansı müqavilə və ya digər razılaşma olması müəyyən edilmir. Burndan əlavə ilkin iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın onun daimi istifadəsinə verilməsi isə mülkiyyətçinin şəxsi iradəsi ilə mümkün ola bilən bir haldır ki, bu halda həmin iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz və mülkiyyətçinin qanunla qorununan mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilə olar. Bu da qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirirb çıxarar. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməklə Cavabdeh ünvan ndən çıxarılmalı, həmin bağ sahəsi İddiaçınun qanuni istifadəsinə qaytarılmalı, qarşılıqlı iddia tələbi qismən təmin edilməklə, İddiaçı 2300 manat alınaraq Cavabdeh ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia iddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan ndən çıxarılsın. ünvan İddiaçı qanuni istifadəsinə qaytarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı 2300 manat alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan ihssədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1785/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1785/2021
22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver