Məhkəmə qərarları › İş №2(003)-18/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-18/2025

12.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-18/2025 12.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Vəliyəddin oğlunun, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması, fərdi yaşayış evindən çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, köhnə Əzizbəyov Rayonu (indiki Xəzər Rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə DƏDRX-nin mütəxəssislərinin baxış keçirərək inventarlaşdırma işlərini aparmalarına yaradılan maneələrinin aradan qaldırılması, cavabdeh X12 Köhnə Əzizbəyov Rayonu (indiki Xəzər Rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən çıxarılması, cavabdeh X21 tərəfindən qeyd edilən torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin boşaldılaraq ona geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdeh X6 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, köhnə Əzizbəyov Rayonu (indiki Xəzər Rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona (İddiaçı Əliabbas qızına) Şüvəlan qəsəbəsində 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində inşa etdirdiyim fərdi yaşayış evinə dair hüquqları xx.xx.1997-ci il tarixdə qeydə alınaraq ona MH seriyalı 109742 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Ünvandakı ona məxsus torpaq sahəsinin üzərində evi ola-ola qaynı və onunla əlbir olan şəxsiyyəti ona bəlli olmayan şəxs tərəfindən torpaq sahəsi qonşu sahələrlə birlikdə ümumi hasara alınaraq zəbt edilmişdir. Hasar hündür olduğundan mülkiyyətində olan evin aqibətindən də məlumatsızdır. Həmçinin bildirir ki, köhnə Əzizbəyov Rayonu (indiki Xəzər Rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-ə də müraciət etmişdi. Lakin ona məxsus həmin torpaq zəbt edildiyindən DƏDRXnın mütəxəssisləri ora baxış keçirərək inventarlaşdırma işlərini apara bilməmişlər. DƏDRXdən ona ünvanlanan **********69 saylı, xx.xx.2022-ci il tarixli məktubda da sözügedən ünvana texniki baxış keçirtməyin və inventarlaşdırma işlərinin aparılmasının mümkün olmadığını bildirilmiş, göstərilən səbəbdən müraciətimin təmin edilməsi mümkün olmamışdır. Nəticə etibarilə hazırda qaynı və onunla əlbir olan şəxsiyyəti ona bəlli olmayan şəxs (və ya şəxslər) tərəfindən ona torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə qəsd vardır. Mülkiyyətinə münasibətdə həyata keçirilən bu hərəkət tamamilə qanunsuzdur və onu mülkiyyət hüququmdan məhrum edir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək - köhnə Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 1200 kv. m. torpaq sahəsinə DƏDKR-nin mütəxəssislərinin baxış keçirərək inventarlaşdırma işlərini aparmalarına yaradılan maneələrinin aradan qaldırılması, Cavabdeh3 Köhnə Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün idddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsindən çıxarılması, Torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçının sahibliyinə qaytarılması, həmin torpaq sahəsindən istifadə etməyi üçün mövcud olan bütün maneələrə Cavabdeh3 tərəfindən son qoyulması, ödənilmiş dövlət rüsumunun Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, köhnə Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 1200 kv. m. torpaq sahəsi üzərində cavabdehlər tərəfindən qanunsuz zəbt və istifadə edilməsi, əsasssız varlanma nəticəsində iddiaçının məhrum olduğu ümumi 612.000 (altı yüz on iki min) manat, həmçinin 612.000 (altı yüz on iki min) manat pulun illik olmaqla 5 %-i həcmində, yəni 520.200 (beş yüz iyirmi min iki yüz) manat miqdarında faiz olmaqla ümumilikdə 1.132.200 (bir milyon yüz otuz iki min iki yüz) manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Vəliyəddin oğlu iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4 bildirdi ki, mübahisəli torpaq Zemfira xanımın torpağının içində olmasına dair heç bir sübut təqdim edilməyib və ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlər - Əzizbəyov Rayonu İcra Hakimiyyətinin 16 iyun 1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün İddiaçı Əliabbas qızına Şüvəlan qəsəbəsində 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. - Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun sürətindən görünür ki, Əzizbəyov Rayonu Şüvəlan qəsəbəsi Sahə küçəsi ev 5/11 İddiaçı Əliabbas qızının mülkiyyətindədir. - MH seriyalı 109742 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsi Sahə küçəsi ev 5/11 mənzil 1 İddiaçı Abas qızının adına xüsusi mülkiyyət hüququ qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********69 saylı, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sözügedən ünvana texniki baxış keçirtməyin və inventarlaşdırma işlərinin aparılmasının mümkün olmadığını bildirilmiş, göstərilən səbəbdən müraciətin təmin edilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, İddiaçı Əliabbas qızının xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edərək keçmiş Əzizbəyov rayonu İcra hakimiyyətinin xx.xx.1994-çü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona 0,12 topaq sahəsi ayrılmış, həmin topaq sahəsi naməlum şəxslər tərəfindən hasara alınaraq zəbt edildiyini bildirməsi və həmin şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etməsi barədə yazdığı ərizə əsasında toplanmış materiallar üzrə Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon Şüvəlan İcra Hakimiyyəti Başçısının Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi Sizin Ne 2-1(003)46/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubun icrası ilə bildiririk ki, iddiaçı X2 məxsus olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/1077 saylı və 4/30 saylı sahədə yerləşən 9000 kvm-lik hasara alnmış ərazi faktiki olaraq kimin sahibliyndə olub-olmamsı haqqında nümayəndəlikdə heç bir məlumat yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6(003)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Məhkəmə nəzarəti qaydasında Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6(003)-11/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmə nəzarəti qaydasında Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilmiş, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X22 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərar ləğv edilmişdir. Bakı şəhəri 7 saylı Dövlət notariat ofisinin 4ə13-389 alqı-satqı müqaviləsinin sürətindən görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi Sahə küçəsi ev 5/11 satıcı X23 tərəfindəb alıcı Cavabdeh3 satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışın sürətindən görünür ki, X16 ondan ötrü ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Sahə 5/10-da mülkiyyətində olan 0.119924 ha torpaq salhəsində yerləşən 1 ədəd 1 mərtəbəli, 4 otaqlı, 206.7 kv.m yaşayış, 149.7kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X13, X14 adlarına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 5684 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın sürətindən görünür ki, X24 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Sahə ünvanında yerləşən 5/10 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının İ Müavininin məktubuna əsasən Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ev 573 ünvanda yaşayan X16 Əzizbəyov rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası onların ərizənizə cavab olaraq bildirir ki, komissiya mərhum anaları X8 tərəfindən ona və azyaşlı qardaşı X17 miras qalmış Şüvəlan qəsəbəsi, 5/10 saylı sahədə yerləşən mənzilin satılmasına etiraz etmir. Bir şərtlə ki, azyaşlı qardaşı X13 payına düşən hissə onun özünə sərf olunsun. Doğum haqqında arayışın sürətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X13 atası uradov Rüstəm əhməd oğlu, anası isə X3r. X24 tərəfindən yazılmış ərizələrəin sürətindən görünür ki, mərhum anaları X8 tərəfindən ona və azyaşlı qardaşı X17 miras qalmış Şüvəlan qəsəbəsi, 5/10 saylı sahədə yerləşən mənzilin satılmasından əldə olunan məbləğ azyaşlı qardaşı X13 payına düşən hissə onun özünə sərf ediləcək. X24 və tərəfindən yazılmış ərizənin sürətindən görünür ki, Şüvəlan qəsəbəsi, 5/10 saylı sahədə yerləşən mənzildə heçkimin qeydiyyatda olmadığını yazılı bildirmişdir. 13 sentyabr 2007-ci il tarixli Daşınmaz Əmlakın ******* nömrəli Alqı-satqı Müqaviləsindən görünür ki, Bakı şəhəri keçmiş Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi 4/1077 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi satıcı X24 və X23 tərəfindən alıcı Cavabdeh3 satılmışdır və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyətindədir. X24 və X23 tərəfindən yazılmış ərizənin sürətindən görünür ki, Şüvəlan qəsəbəsi, 5/10 saylı sahədə yerləşən mənzili Cavabdeh3 12765,0 manata satılmasına icazə vermişlər. xx.xx.2007-ci il tarixli qəbzin sürətindən görünür ki, Cavabdeh3 DNK-7 hesabına 25530,0 manat köçürmüşdür. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun 294 saylı xx.xx.2007-ci il tarixli məktubunun sürətindən görünür ki, Cavabdeh3 Adl qızının notariat qaydasında təstiq ediləcək alqı-satqı müqaviləsi ürə ödənilməli olan 25530,0 manat məbləğində pulun X24 və X17 verilməsi üçün "xxxx" ASC-də olan **********00 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir. 13 sentyabr 2007-ci il tarixli Daşınmaz əmlakın ******* nömrəli Alqı-satqı Müqaviləsindən görünür ki, Bakı şəhəri eçmiş Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi 4/1077 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi satıcının etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən alıcı Cavabdeh3 satılmışdır və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyətindədir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın sürətindən görünür ki, X11 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Sahə ünvanında yerləşən 4/30 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın sürətindən görünür ki, X11 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Sahə ünvanında yerləşən 4/30 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. ünvan 2 ünvanlanmış ərizədən görünür ki, X11 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Sahə ünvanında yerləşən 4/30 nömrəli fərdi yaşayış evinin satılmasına etiraz etmir. Cavabdeh1 ərizəsindən görünür ki, o, Cavabdeh3 ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Sahə ünvanında yerləşən 4/30 nömrəli fərdi yaşayış evinin 12254,0 manata satılması barədə razılığa gəlmişdir. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun 294 saylı xx.xx.2007-ci il tarixli məktubunun sürətindən görünür ki, Cavabdeh3 Adl qızının notariat qaydasında təstiq ediləcək alqı-satqı müqaviləsi ürə ödənilməli olan 12254,0 manat məbləğində pulun Cavabdeh1 verilməsi üçün "xxxx" ASC-də olan **********00 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir. 13 sentyabr 2007-ci il tarixli Daşınmaz əmlakın ******* nömrəli Alqı-satqı Müqaviləsindən görünür ki, Bakı şəhəri eçmiş Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi Gülçülük sovxozu küçəsi 57c nömrəli evin satıcının etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən alıcı Cavabdeh3 satılmışdır və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyətindədir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın sürətindən görünür ki, X11 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi 57c nömrəli evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın sürətindən görünür ki, X18 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi 57C fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. X25, X15, X9 tərəfindən ünvanlanmış ərizədən görünür ki, X5 adına qeydiyyata alınmış Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi 57c nömrəli evin satılmasına etiraz etmir. Cavabdeh1 ərizəsindən görünür ki, o, bildirmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi 57c nömrəli evində passport qeydiyyatda heç kim yoxdur, əks təqdirdə bütün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh3 ərizəsindən görünür ki, o, Cavabdeh1 ilə ona məxsus əmlakın 31657,0 manata satılması barədə razılğa gəlmişlər. Cavabdeh1 ərizəsindən görünür ki, o, Cavabdeh3 ilə ona məxsus əmlakın 31657,0 manata satılması barədə razılğa gəlmişlər. xx.xx.2007-ci il tarixli qəbzin sürətindən görünür ki, Cavabdeh3 DNK-7 hesabına 31657,0 manat köçürmüşdür. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun 291 saylı xx.xx.2007-ci il tarixli məktubunun sürətindən görünür ki, Cavabdeh3 Adl qızının notariat qaydasında təstiq ediləcək alqı-satqı müqaviləsi ürə ödənilməli olan 31657,0 manat məbləğində pulun Cavabdeh1 verilməsi üçün "xxxx" ASC-də olan **********00 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir. 13 sentyabr 2007-ci il tarixli Daşınmaz əmlakın ******* nömrəli Alqı-satqı Müqaviləsindən görünür ki, Bakı şəhəri eçmiş Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi 4/1077 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsini satıcının etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən alıcı Cavabdeh3 satılmışdır və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyətindədir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın sürətindən görünür ki, Bakı şəhəri eçmiş Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi 4/1077 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın sürətindən görünür ki, X18 Bakı şəhəri eçmiş Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi 4/1077 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. X4 tərəfindən ünvanlanmış ərizədən görünür ki, X5 adına qeydiyyata alınmış Bakı şəhəri eçmiş Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi 4/1077 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinin satılmasına etiraz etmir. Cavabdeh3 ərizəsindən görünür ki, o, Cavabdeh1 ilə ona məxsus əmlakın 12254,0 manata satılması barədə razılğa gəlmişlər. Cavabdeh1 ərizəsindən görünür ki, o, Cavabdeh3 ilə ona məxsus əmlakın 12254,0 manata satılması barədə razılğa gəlmişlər. xx.xx.2007-ci il tarixli qəbzin sürətindən görünür ki, Cavabdeh3 DNK-7 hesabına 12254,0 manat köçürmüşdür. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun 293 saylı xx.xx.2007-ci il tarixli məktubunun sürətindən görünür ki, Cavabdeh3 Adl qızının notariat qaydasında təstiq ediləcək alqı-satqı müqaviləsi ürə ödənilməli olan 12254,0 manat məbləğində pulun Cavabdeh1 verilməsi üçün "xxxx" ASC-də olan **********00 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X45 1 Saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, iddiaçının nümayəndəsi və Xəzər rayon məhkəməsinin nümayəndələri ilə əraziyə vizual baxış keçirilmişdir. Sahəyə daxil olmaq mümkün olmamışdır. İddiaçı Ümumi (9000.0 kv.m təxmini) hasarlanmış sahənin 1200.0 kv.m-ni iddia edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda sahənin qeydiyyatı barədə bazada məlumat yoxdur. Bu səbəblərdən sözügedən sahənin ümumi hasarlanmış 9000.0 kv.m torpaq sahəsinin bir hissəsi olub-olmamasını təyin etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, mütəxəssis X19 mübahisəli torpaq sahəsinin naturada koordinatlarını müəyyən etdi. Koordinatlar 431735x-4481162y, 431704x-4481149y kimi müəyyən edildi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X45 1 Saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqğıdır. Həmçinin qeydiyyatı barədə məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45ninməktubunun sürətindən görünür ki, Cavabdeh3 adına qeyd olunan çıxarışların verilib-verilməməsi haqqında məlumatın təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X45nın 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır və xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Bakı şəhəri. Əzizbəyov (indiki ünvan 3 ünvanında olan ferdi yaşayış evi və onun yerləşdiyi 0,48 ha torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır və xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxanş tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubikasının MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı öz iddia tələbində, 16 iyun 1994-cü il tarixli, 628/8 saylı sərəncama istinad etməklə, ona Şüvəlan qəsəbəsində 1200 kv.m. torpaq sahəsinin ayrıldığını və cavabdehlər tərəfindən həmin torpaq sahəsinin qanunsuz zəbt olunduğunu, nəticədə onun mülkiyyət və faktiki istifadə hüquqlarının pozulduğunu iddia edərək mülki hüquqlarının bərpasını, maneələrin aradan qaldırılmasını, zəbt olunmuş sahədən çıxarılmanı, maddi və mənəvi zərərin, eləcə də əsassız varlanmaya görə əvəz və faizlər daxil olmaqla ümumilikdə 1132200,0 manatın ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı da iddiaçıya torpaq ayıran Xəzər(Əzizbəyov) rayon İcra hakimiyyəti tərəfindən torpaq sahəsinin yerdə quruluş sxemi olan plan-sxemi və kordinatları təqdim edilmədiyindən sahənin naturada yeri müəyyən edilə bilməmiş, mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilmədiyindən və ekspertizanı keçirilməsi də bu səbəbdən baş tutmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45n 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi rəsmi məktuba əsasən, iddia edilən torpaq sahəsi üzrə elektron kadastr bazasında hüquq təsbit edən heç bir qeyd yoxdur. Həmin ərazi dövlət mülkiyyəti torpaqları kateqoriyasına daxildir və mübahisələndirilən sahə üzrə nə mülkiyyət, nə icarə, nə də istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Xəzər rayon Şüvəlan Qəsəbə İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, iddiaçının həmin sahəyə faktiki sahibliyi və ya istifadəsi haqqında rəsmi qeydlər mövcud deyil. Nümayəndəlik sözügedən sahə ilə bağlı əmlak subyekti barədə məlumatsız olduğunu bildirmişdir. İddiaçı tərəfindən istinad edilən xx.xx.1994-cü il tarixli 628/8 saylı sərəncamı ilə ayrılan torpaq sahəsinin plan sxemi və ya fərdi yaşayış evinin texniki pasportunda kordinatları iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmədiyindən iddiaçının naturada iddia etdiyi torpaq sahəsinə subyektiv hüququ müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəməyə iddia ilə müraciət etmək üçün subyektiv hüququn və ya qanuni marağın olması vacibdir. İddiaçı bu tələbi irəli sürmək üçün lazımi hüquqi statusa malik deyil. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Həmçinin, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin faktiki halları ilə müəyyən olunur ki, mübahisə predmetinə aid olan ünvanda yerləşən torpaq sahəsi üzərindən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, iddiaçı torpaq sahəsinin naturada yerinin müəyyən olunması üçün torpağın plan sxemi və ya kordinatlarını təqdim edə bilməmişdir Göründüyü kimi, mübahisə predmetinə aid olan torpaq sahəsinin naturada yerinə dair iddiaçı öz subyektiv hüquqlarını təsdiq edə bilmədiyindən torpaq sahəsinə mütəxissislərin baxış keçirilməsi üçün maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılması və maddi ziyan tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının naturada iddia etdiyi topraq sahəsinə dair hər hansı subyektiv hüququ müəyyə edilmədiyindən onun iddiası əsaslı hesab edilə biləməz. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisə predmetinə aid olan torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir və o həmin əmlaka faktiki sahiblik etmir. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələb üzrə subyektiv hüquqnu təsdiq edə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinə dair subyektiv hüququ yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Həmçinin məhkəmə iddia tələbinin “Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin 16 iyun 1994cü il tarixli 628/8 saylı sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 1200 kv. m. torpaq sahəsi üzərində cavabdehlər tərəfindən qanunsuz zəbt və istifadə edilməsi, əsasssız varlanma nəticəsində iddiaçının məhrum olduğu ümumi 612.000 (altı yüz on iki min) manat, həmçinin 612.000 (altı yüz on iki min) manat pulun illik olmaqla 5 %-i həcmində, yəni 520.200 (beş yüz iyirmi min iki yüz) manat miqdarında faiz olmaqla ümumilikdə 1.132.200 (bir milyon yüz otuz iki min iki yüz) manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi” hissəsinə də qiymət verərək, hesab edir ki, iddianın hazırki hissəsi əsas hissəyə bağlı olub və ondan törədiyindən, iddianın əsas hissəsi isə rədd edildiyindən, iddia bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması, fərdi yaşayış evindən çıxarılması və maddi ziyanın ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar