Məhkəmə qərarları › İş №2(003)-1800/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1800/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1800/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 24.10.1961-ci təvəllüdlü X4 21.09.2020-ci ildə ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş və Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsində yerləşən 1 saylı evdə yaşamış 24.10.1961-ci il təvəllüdlü X8 onun qardaşıdır. Qardaşı 21.09.2020-ci il tarixdə faktiki yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi, dalan 2-də yerləşən 4 saylı evdə vəfat etmişdir. 21.09.2020-ci il tarixdə faktiki yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi, dalan 2-də yerləşən 4 saylı evdə qardaşının halı pisləşdi. Onlar Təcili və X3 Stansiyasına müraciət etdiər. Evə həkim briqadası gəldi. Həkimlər qardaşına ilkin tibbi yardım göstərməsinə baxmayaraq, qardaşı vəfat etdi. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən onaxXəbərdarlıq vərəqəsi verildi. Həmin xəbərdarlıq vərəqəsinin əsasında mərhum qardaşı qeydiyyatda olduğu yer üzrə yəni Bakı şəhəri, Sabunçu rayonu üzrə 12 saylı Şəhər Polillinikasına ərizə ilə müracit etdi. Bakı şəhər Baş Səhiyyə İdarəsi 12 saylı şəhər Poliklinikası tərəfindən 12.10.2020-ci il tarixli, 401 nömrəli məktub əsasında ona bildirdilər ki, Sabunçu qəsbəsində yaşadığı üçün və poliklinikanın ambulator kartası olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Daha sonra ərizə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, maraqlı şəxs qimində qoyulmuş 12 saylı şəhər Poliklinikasının Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi ilə əvəz olunması, 24.10.1961-ci il təvəllüdlü X4 Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsində yerləşən 1 saylı fərdi yaşayış evində 21.09.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ASAN 2 tərəfindən 07.09.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Vətəndaşının seriya AZE 17187405 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 24.10.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 17.03.2021-ci il tarixli, 05/15-225 nömrəli məktubunda qeyd edilmişdir ki, X5 ölümünün qeydiyyatı ilə əlaqədar qeydiyyat şöbəsinə həkim arayışı təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi məsələsi ilə ilə əlaqədar məhkəməyə müraciə etməsi məqsədi müvafiq hesab edilmişdir. İş materiallarında olan 12 saylı şəhər Poliklinikasının 12.10.2020-ci il tarixli, 401 nömrəli məktubda qeyd edilmişdir ki, mərhum 24.10.1961-ci il təvəllüdlü X1 rayonu, Sabunçu qəsəbəsi, Qasımov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olmağına baxmayaraq Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi, ev 1 ünvanında yaşamışdır. Təcili və X3 Stansiyası mərhumun yaşadığı ünvanda öldüyünü təsdiq etmişdir. Mərhum Sabunçu qəsəbəsində yaşamadığı üçün və poliklinikada ambulator kartası olmadığına görə mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verə bilmərik. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi “İmam Cümə” məscidinin dini icması tərəfindən verilmiş 29.09.2020-ci il tarixli 01 nömrəli arayışında 24.10.1961-ci il təvəllüdlü X4 21.09.2020-ci ildə Əmircan qərsitanlığında dəfn edildiyi qeyd edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, X8 onun qardaşı olmuşdur. Qardaşı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qasımov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olmağına baxmayaraq ünvan 5 ünvanda da ölümşdür. 21.09.2020ci ildə Əmircan qərsitanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, X8 onun atası olmuşdur. Atası sağ olan ərəfədə həftədə bir dəfə onu ziyarət edirdi. Atası Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qasımov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olmağına baxmayaraq Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi, ev 1 ünvanında yaşamışdır. Ölən günü axşam ona zəng etdilər ki, atasının vəziyyəti ağırdır o çatanda artıq atası vəfat etmişdir. 21.09.2020-ci ildə Əmircan qərsitanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X4 21.09.2020-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X4 21.09.2020-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 oktyabr 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 21 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar