Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1806/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 5 saylı Bakı “Asan Xidmət” X4 maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi 5 saylı Bakı “Asan Xidmət” X9 maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 0* dekabr 1955-ci il təvəllüdlü X3 26 fevral 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun həyat yoldaşıdır. X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən həyat yoldaşının səhhəti ilə əlaqədar X15 çağırılmış, lakin həkim heyəti çağırılmış ünvana çatanadək həyat yoldaşı vəfat etmişdir. Daha sonra Təcili və X* Stansiyası tərəfindən ona ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. O və onun qohumları həyat yoldaşını yaxınlıqdakı məzarlıqda dəfn etmişlər. O, həyat yoldaşına ölüm şəhadətnaməsi almaq məqsədilə 5 saylı Bakı “Asan Xidmət” X5 müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın *.5-ci bəndinə əsasən ölüm qeydiyyatı olum faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Həyat yoldaşının ölümü haqqında şəhadətnamənin verilməsindən 5 saylı Bakı “Asan Xidmət” X9 tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*5.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, mərhumun qonşusudur. X1 26 fevral 2025-ci il il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mərhum Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, o, mərhumun qonşusudur. X1 26 fevral 2025-ci il il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mərhum Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA6163*22 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 0*.12.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ №731654 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında 1*.01.2012-ci il tarixdə Suraxanı Rayon Qeydiyyat Şöbəsində 63 saylı akt qeydi ilə nikah rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Əsədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 Suraxanı Sağlamlıq Mərkəznin xx.xx.2025-ci il tarixli, 3* saylı arayışdan görünür ki, X1 xx.xx.2025-ci il tarixində evdə naməlum səbəbdən vıfat etmişdir. X15 gəlib onu artıq meyid vəziyyətində aşkarlamışdır. Xəstənin ölümünün səbəbi məlum olmadığı üçün və X15 Stansiyasının çağırışda olu bildiriş vərəqəsinə ölümünü səbəbini yazmadığı üçün və həkimə qədər ölüm “kişi cinsli meyid” yazıldığı üçün müəssisə tərəfindən ona Forma 106 verilməsi mümkün deyil. Xəstənin poliklinikada olan ambulator kartasında araşdırma aparılmış və ölümə gətirib çıxara biləcək ciddi bir xəstəlik müraciətləri qeyd edilməmişdir. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” X4 xx.xx.2025-ci il tarixli, 3-16- 5/*-10-Ə-72/2025 saylı məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından X3 dövlət qeydiyyatına alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli Təcili və X* Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X2 həkimə qədər ölüm qeydə alınmış və demələrinə görə mütəmadi spirtli içki aludəçisi olmuşdur. İş materiallarında olan 04 mart 2025-ci il tarixli, 401 saylı Bakı şəhəri Yasamal bələdiyyəsinin arayışdan görünür ki, X6 Bakı şəhəri, X13 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 2-c sektorunda dəfn olunmuşdur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin həyat yoldaşı X7 26 fevral 2025-ci il il il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin mərhumun ailə üzvləri qanunları lazımı qədər bilmədiyindən ölümü ilə bağlı sənədləşmə işləri aparılmamışdır. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın *.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 30*-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın *.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 0* dekabr 1955-ci il təvəllüdlü X3 26 fevral 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 0* dekabr 1955-ci il təvəllüdlü X3 26 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1806/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1806/2025
23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver