Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1807/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs X2 iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *9.0*.2004-cü il təvəllüdlü oğlu X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu *9.0*.2004-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Oğlu ölən vaxta gədər onlarla birgə yaşayıb. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də bu mümkün olmamışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxs X3 məhkəmə iclasında iddianı təmin olunmasına etiraz etmədi. Məhkəmədə şahid qismində X** ifadəsində göstərmişdir ki, o mərhumun əmisidir. Səhər namazına duranda anası yığdı ki, uşaq yıxılıb, o isə tez gəldi onlara. Sultanın bədənində heç bir xəsarət yox idi. Təcili yardım gəldi, lakin kağız verməkdən imtina etdilər. Məhkəmədə şahid qismində X5 ifadəsində göstərmişdir ki, o ərizəçinin qonşusudur. Bir gün hay küy düşdü, gəldi gördü ki, Sultan yıxılıb hamamda, üzünə su çiləyirlər. Təcili yardım gəldi lakin kağız vermədilər. Polis və prokurorluq nümayəndələri də gəlmişdirlər. Ərizəyə etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X* Mehriban Bilal qızı ilə rəsmi xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, atası X*0 anası X6 olan *9.0*.2004-cü il təvəllüdlü X7 doğulmuşdur. Ölüm haqqqında şəhadətnamənin sürətindən görünür ki, X*0 07.*2.20*5-ci il tarixdə kəskin miokard infarkt səbəbi ilə ölmüşdür. - *4.04.2025-ci il tarixli 448 saylı Binə Bələdiyyəsinin arayışından görünür ki, X7 xx.xx.2025-ci ildə vəfat etmiş və Binə qəbirstanlığında basdırılmışdır. - Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. - 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbərliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi Leon Place şadlıq sarayının arxasında yerləşən nömrəsiz yaşayış ev ünvanında yaşamış *9.0*.2004-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxs 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığı üçün və onun haqqında məlumat olmadığına görə TQS№*06 verilməsindən imtina edilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarizli qərarından görünür ki, toplanmış C-40/25 nömrəli mterial üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - 6*4 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda qeydiyyatdadır. 46* saylı *8.04.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi oğlu X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*8.*. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə *93. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası Bənd 8.5. ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 8.2. ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi oğlu *9.0*.2004-cü il təvəllüdlü oğlu X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göründüyü kimi, ərizəçi müəyən sənədləri əldə etmək istəyir. Lakin oğlunun ölümü müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qaynatasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Hazırda baxılan mülki iş üzrə hüquq haqqında mübahisənin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum oğlu X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. *9.0*.2004-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1807/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1807/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver