Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1810/2025 07.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (anası) X2, Maraqlı şəxs iştirakları ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər uşağa 246 manat olmaqla ümumilikdə 492 manat məbləğində alimentin onun xeyrinə ödənilməsi ilə əlaqədar onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli “barışıq sazişinin” təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Maraqlı şəxs ilə rəsmi nikahından xx.xx.2023cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X7 doğulmuşdur. Maraqlı şəxs ilə münasibətləri pozulduğuna görə aralarında uşaqların saxlanması üçün maraqlı şəxsdən hər uşağa 246 manat məbləğində pulun aliment şəklində ödənilməsinə dair “barışıq sazişi” bağlanmışdır. Mediasiya haqqında Azərbaycan Respublikasının qanunun 34.1-ci barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (anası) X5 ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin edilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2021-ci ildə tərəflər nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. Hazırda nikahları məhkəmə qaydasında pozulmuşdur. Maraqlı şəxs aralarında bağladıqları barışıq sazişinin tələblərinə əməl etmir və razılaşdıqları aliment məbləğini hissəhissə icra edir. Məhkəmə iclasında maraqlı şəxs (borclu) Maraqlı şəxs göstərdi ki, barışıq sazişi ilə razılaşmır, çünki mediator onu aldatmışdır. Heç bir yerdə işləmir. Kənd təsərrüfatı ilə məşğul olur. Mediator ona düzgün şərtləri izah etməmişdir. Barışıq sazişinin etibarsız və ya ləğv hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, anası Ərizəçi, atası Maraqlı şəxs olan xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. - MŞB/8/2025-00138 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı X8 ilə saylı 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixdə 2615 nömrəli qeydi ilə bağlanan nikahın (barışıq üçün vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: Ərizəçi ikinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X4 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf: Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dək hər uşaq üçün hər ay 246 manat ümumilikdə hər ay 492 manat sabit pul məbləğində aliment ödəyəcəyinə, dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəyəcəyi ilə razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X7 ilə İkinci tərəf: Maraqlı şəxs uşaqların mənafeyi nəzərə alınmaqla ayda iki dəfə 12:00-dən 14:00-dək atası Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına şərait yaradacağı ilə bağlı öhdəliklə götürür. Tərəflər bu mübahisənin məhkmədən kənar qaydada qarşılıqlı razılıqla həll olunduğunu təsdiq edirlər. Nikahın pozulması ilə bağlı aidiyyatı məhəkəməyə müraciət edəcəyinə dair öhdəlik götürürlər. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-1366/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2021-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2615 nömrə ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 34.1-ci və 34.3-cü maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2021-cü il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuşdurlar. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında qeydə alınmış nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-1366/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2021-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2615 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Tərəflər aralarında MŞB/8/2025-00138 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlamışdır və barışıq sazişinə əsasən xx.xx.2025-ci il tarixdən etibarən maraqlı şəxs X9 hər növbəti ayın 10-dək hər uşaq üçün hər ay 246 manat olmaqla, ümumilikdə hər ay 492 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürmüşdür. Hazırda ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2025-00138 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2025-00138 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: -“Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ikinci tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün hər ay 246 manat ümumilikdə hər ay 492 manat sabit pul məbləğində aliment ödəyəcəyinə, dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.” Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1810/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1810/2025
07.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver