Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1815/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi ərizə ilə müraciət edərək X* ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X* xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, X3 *8.07.2022-ci il tarixdə anadan olmuşdur. Doğulduqdan 7 ay sonra xx.xx.2023-cü il tarixdə vəfat etmiş və qohumları ilə birlikdə onu Xəzər rayonu Binə qəsəbə qəbirstanlığında dəfn etmişlər. Oğlu uzun müddət xəstə olmuşdur. Belə ki, ölməmişdən bir müddət əvvəl ağır qrip virusuna tutulmuşdur. Bütün müalicələrin olunmasına baxmayaraq vəfat edən gün halı pisləşmiş və onu Sumqayıt şəhərinə apararaq həkimə göstərmişlər. Lakin, həmin gün oğlu yolda olarkən xəstəxanaya çatmamış vəfat etmişdir. Hal-hazırda onun məzarı Xəzər rayonu Binə qəsəbə qəbirstanlığında yerləşir. X* ölüm faktını hal-hazırda dəvət edilmiş şahidlər də təsdiq edə bilər. X3 xx.xx.2023-cü il tarixdə xəstəlik nəticəsində vəfat etmişdir. Onun ölməsini təsdiq edən tibbi şəhadətnamə olmadığından X3na ölüm haqqında şəhadətnamə almaq mümkün olmur. Xəzər rayon qeyiyyat şöbəsinə oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması üçün müraciət etsə də maraqlı şəxs ölüm barədə tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, Xankişiyevlər ailəsi ilə qonşuluqda yaşayır. Həmin gün axşam vaxtı digər qonşuları Vüsal zəng edərək ona Zamilin oğlunun vəfat etdiyini bildirmişdir. Daha sonra o, onların evinə getmiş və dəfn mərasimi üçün kömək etmişdir. Daha sonra dəfn mərasimində də iştirak etmişdir. Ona məlum olmuşdur ki, mərhum Sumqayıt şəhərində yerləşən xəstəxanadan gətirilib. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o da həmçinin ərizəçinin qonşusudur. Fevral ayında dayısı oğlu ona zəng edərək Zamilin oğlunun vəfat etdiyini bildirmişdir. Dəfn mərasimində iştirak etmişdir. Uşağın əvvəldən soyuqdəyməsi var idi. Teztez həkimə aparıb gətirərdilər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *8.07.2022-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası Ərizəçi, anası isə X2r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs *4.04.2023-cü il tarixli 3-*6-5/8-*5-x-543/2023 saylı məktubundan görünür ki, X4 ölümünün qeydiyyata alınması barədə *4.04.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. “Bakı Baş Səhiyyə Mərkəzi” X** 45 nömrəli şəhər poliklinikasından məhkəməyə daxil olmuş *8.05.2023-cü il tarixli *53 saylı məktubdan görünür ki, mərhum *8.07.2022-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində xəstəxanaya gedərkən ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin (AZS-*06) verilməsindən imtina edilmişdir. Binə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli *089 saylı arayışdan görünür ki, Ərizəçi X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *8.07.2022-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *8.07.2022-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1815/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1815/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver