Məhkəmə qərarları › İş №2(003)-182/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-182/2025

06.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-182/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Sahib oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sahib oğluna qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sahib oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binə qəsəbəsi 6-cı Binə, 5-ci göngə, giriş 13-də yerləşən 0,0305 ha torpaq sahəsi və icində tikilmiş ev onun xususi mulkiyyətidir. 2016-cı ildə qardaşının ölumundən sonra onun arvadı -cavabdeh Məmmədova Gulnarə oqlu Cavabdeh1 ailəsini daqıtmış, 2020-ci ildə də Anarla rəsmi nigaha girəndən sonra onun evini-mubahisəli evini zəbt etmişdilər. 2020-ci ildə pandemiya dövrundə "SMS"-lə icazə tətbiq edildiyindən,həmin ilin mart ayında qızının uşaqı xəstə doqulduqundan, uşaqa baxdıqına görə mubahisəli evinə tez-tez gedə bilmirdi. Təxmini həmin ilin 05-06 aylarında evinə gedib özundə olan acarla darvazanın qapısını aca bilmədi, başa duşdu ki, cavabdeh acarları dəyişib ki, evinə girməsin. Dəfələrlə cavabdehləri gedib evdən cıxartmaq istəsə də darvazadan icəri buraxmayıblar və həyətdə saxladıqı 2 dənə pitbul itini ustunə buraxmaqla ona hədə-qorxu gəliblər. Mubahisəli ev onun puluna tikilib və evimdə olan butun əşyalar ona məxsusdur,onun puluna alınıb, Cavabdeh1 məxsus olan ancaq onun əyin-başıdır. Pandemiya ilində cavabdehlərin evimdən cıxarılması barədə Xəzər rayon məhkəməsinə iddia ərizəsi verdi, lakin kupca olmadıqına görə iş baxılmamış qaldı. Cavabdehlər onun evini zəbt edən gundən ona məxsus olan aşaqıda qeyd etdiyi əmlakının coxunu satıblar, bəzilərinə isə it saxladıqına görə elə pis hala duşub ki, işlətmək mumkun deyil. Seyf ev qapısı-1500-2000 manat, dəmir su bacoku qranit-40-50 manat, həm qaz,həm odunla işləyən dəmir pec, dəmir hamam samovar kolonka-130m, dəmir yuk araba, təmiz taxta stol-150-200m, buxarest qaz plitəsi- 400-500 m., ev telefonu-50-60m., seyf qapının fanerkası-50-60m, balaca dəmir qapı 1.20x1.20, antik təmiz taxtadan olan 3 laylı paltar dolabı,rusiya paltar dolabı, işıq qeneratoru-300-350m., böyük qaz balonu-80m., televizor altı şkaf,yay-qış paltarlarım və qab-qacaqlar olmaqla, təxmini 3000-3500m.dəyərində ona ziyan vurublar, evində ona məxsus hec nə qalmayıb. Yuxarıda qeyd etdiklərimə əsasən cavabdehlərin ona məxsus əmlakını satdıqlarına və zərər vurduqlarına görə əmlakının ona qaytarılması və yaxud dəyərinin ödənilməsi barədə qətramə çıxarılmasını xahiş edir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Sahib oğlu iddia tələbini qismən qəbul etdi və qismən təmin edilməsini xahiş etdi. Belə ki, seyf qapını, dəmir peçi, samovar kolonkanı, böyük qaz balonunu dəmirçiyə satdığını, taxta stolu dəyişdiyini, buxarest qaz plitəsini, ev telefonu, seyf qapının fanerkasını atdığını, 3 laylı paltar dolabını həyətə çıxarıblar, rusiy paltar dolabını mətbəxdə işlətdiklərini, qalan əşyaların yerində olduğunu bildirdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən 0,0305 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı “Məhkəmə qətnaməsi haqqında” qərarının 9.2-ci bəndinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər 2020-ci ildə rəsmi nigaha girəndən sonra iddiaçının evini zəbt etmişdilər və həmin evdə iddiaçıya məxsus əşyalardan istifadə etmiş və onları yararsız vəziyyətə gətirmişlər bəzi əşyaları isə satmışlar. Yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi göstərilən əmlaklarının ona məxsus olması, həmin əşyaların bir qisminin cavabdehdə olması sübut olunduğundan, iddia tələbi qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir, 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. “Mahmudovun Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə, qaytarılması tələb olunan digər əşylarının cavabdehlərin yaşadığı ünvanda qalmasına dair iddiaçının dəlillərini inandırıcı hesab edir. Belə ki, həmin əşyaların cavabdehin yaşadığı ünvanda olmasını sübuta yetirilib. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dəyəri 300 manat olan seyf ev qapısı, dəyəri 40 manat olan dəmir su bacoku qranit, dəyəri 50 manat olan dəmir yuk araba, həm qaz, həm odunla işləyən dəmir pec, dəmir hamam samovar kolonka, təmiz taxta stol, buxarest qaz plitəsi, ev telefonu, seyf qapının fanerkası, balaca dəmir qapı 1.20x1.20, antik təmiz taxtadan olan 3 laylı paltar dolabı, rusiya paltar dolabı, işıq qeneratoru, böyük qaz balonu-80m, televizor altı şkaf, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sahib oğlundan alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dəyəri 300 manat olan seyf ev qapısı, dəyəri 40 manat olan dəmir su bacoku qranit, dəyəri 50 manat olan dəmir yuk araba, həm qaz, həm odunla işləyən dəmir pec, dəmir hamam samovar kolonka, təmiz taxta stol, buxarest qaz plitəsi, ev telefonu, seyf qapının fanerkası, balaca dəmir qapı 1.20x1.20, antik təmiz taxtadan olan 3 laylı paltar dolabı, rusiya paltar dolabı, işıq qeneratoru, böyük qaz balonu-80m, televizor altı şkaf, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sahib oğlundan alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar