Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1828/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X7 1970-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, 1940-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 23-də ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum anası X11 1900-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası 1970-ci ildə vəfat etmişdir. Anası həkim gələnə qədər vəfat etmiş, bundan sonra qohum və qonşuların iştirakı ilə Buzovna qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Hal-hazırda mərhum anasının ölüm haqqında şəhadətnaməsi miras mülkü sənədləşdirməkdən ötrü ona lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bu barədə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən, mərhum anası X7 1970ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə bildirmişdir ki, ərizəçi onun uzaq qohumudur. Şaiqgil 4 qardaş, 1 bacıdırlar. Şaiqin atası Zərbəli 1959-cu ildə, anası Zibaxanım 1970-ci ildə rəhmətə gedib. O, mərhumun dəfnində iştirak edib. X1 məhkəməyə bildirmişdir ki, ərizəçini 3 yaşından tanıyır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 17.03.2021-ci il tarixli arayışdan görünür ki, X9 1970-ci il tarixində dəfn olunmuşdur, qəbirüstü abidəsi vardır və üzərində X3 1900-1970 yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivinin 23.02.2021-ci il tarixli məktubunun surətindən görünür ki, 24 avqust 1940-cı ildə doğulan Ərizəçi atası X6, anası X8r. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivinin 29.04.2021-ci il tarixli məktubundan görünür ki, tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Buzovna kənd məscidinin 1889-1919-cu illərə dair doğum aktlarının qeydiyyat kitabında X7 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş X2 Reyestri Xidmətinin 08.05.2021-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş X2 Reyestri Xidmətinin 10.06.2021-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Zərbəli Cabarovun nikahı və övladları haqqında hər hansı məlumat aşkar olunmamışdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs 10.03.2021-ci il tarixli 05/15- 219№-li məktubundan görünür ki, ərizəçinin anası X7 ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin təmin olunmaması qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, ərizəçi öz ərizəsində anası X7 1970-ci il tarixdə Bakı şəhərində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin olunmasının sonrakı mərhələdə vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydin (ölüm qeydinin) aparılmasına zəmin yaradacağını xüsusi nəzərə alınaraq ərizə tam və hərtəfəli araşdırılmalıdır. Ərizəçinin iş materiallarına əlavə etdiyi sənədlərdə anasının adı fərqli (Cabarova Ziba, Cabbarova Ziba, X18) göstərilmiş, həmçinin təvəllüdü qeyd olunmamış, şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Eləcə də, məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilsə də, ərizəçinin doğum qeydi, atası Zərbəli Cabarovun nikahı və uşaqları, həmçinin Ziba Cabarovanın doğumuna dair heç bir məlumat əldə etmək mümkün olmamışdır. Hazırkı vəziyyətdə şəxsin doğumu barədə məlumat əldə etmək mümkün olmadığı üçün həmin şəxsin ölüm faktı məhkəmə tərəfindən müəyyən edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1828/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1828/2021
18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver