Məhkəmə qərarları › İş №2(003)-1837/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1837/2024

18.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1837/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 134 manat olmaqla cəmi 402 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında olan nikahın pozulması barədə iddia üzrə mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatındadır, məhkəmənin qərardadı ilə barışıq üçün 3 ay müdət vaxt verilmişdir. İşin halları ondan ibarətdir ki, Mediasiya prosesi keçirilən xx.xx.2023-cü il tarixli “Barışıq sazişi”nə əsasən birgə nikahdan dogulmuş xx.xx.2013-cü il təvəllüdlü X2, 02 fevral 2017-ci il təvəllüdlü X3 və 01 fevral 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmarı üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dan növbəti ayın 10-na dək hər ay hər uşağa 134 manat olmaqla iddiaçı Ərizəçi bank hesabına cavabdeh Maraqlı şəxs ümumilikdə 402 manat aliment ödənilməsi, uşaqların ataları ilə ünsiyyətdə olmalarına (telefon əlaqəsi yaradılmasına) şərait yaradılması və iddiaçı Ərizəçi nikahın pozulması barədə aldiyyatı məhkəməyə müraciət etməyi barədə razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişinə əsasən ödəməli olduğu 402 manat alimenti bu günədək ödəməmişdir, barışıq sazişi icra olunmamışdır. Barışıq sazişi bağlandıqdan sonra cavabdeh tərəfindən sazişin şərtlərinə əməl edilməmiş, bu günə kimi barışıq sazişi icra olunmamışdır. Cavabdeh barışıq sazişinin könüllü icrasından qərəzli olaraq yayınması məhkəməyə müraciət etmək zərurətini yaratmışdır. Ərizənin təmi olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriylı 135235 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Əkbərova Güllü Hicran qızı xx.xx.2016-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Nikahdan sonra arvada “Sultanova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 841096 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 103993 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri 5 saylı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 420609 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan MŞB/8/2023-02436 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, ... 3. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2017-ci il təvəlludlu X8 oglunun və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən ona hər növbəti ayın 10-dan növbəti ayın 10-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşağa görə 134 (yüz otuz dörd) AZN olmaqla ümumilikdə 402 (dörd yüz iki) AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. ... ... 3.İkinci tərəf:Sultanov X5 imzalandıqdan sonra Birinci tərəf. Ərizəçi Hıcran qızı ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və birgə nikah münasıbətlənndən dünyaya gələn övladları xx.xx.2017ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəlludlu X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dan növbəti ayın 10-dək Birinci tərəf: Ərizəçi (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) hər ay hər uşağa görə 134 (yüz otuz dörd) AZN olmaqla ümumilikdə 402 (dörd yüz iki) AZN aliment ödəcəyl ilə bağlı öz üzərinə öhdəlik götürür. ... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs tərəflərin birgə nikahında olan xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dan növbəti ayın 10-dək Ərizəçi hər ay hər uşağa görə 134 (yüz otuz dörd) AZN olmaqla ümumilikdə 402 (dörd yüz iki) AZN aliment ödəcəyl ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/8/2023-02436 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 134 (bir yüz otuz dörd) manat olmaqla, cəmi 402 (dörd yüz iki) manat sabit pul məbləğində alimentin tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/8/2023-02436 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 134 (bir yüz otuz dörd) manat olmaqla, cəmi 402 (dörd yüz iki) manat sabit pul məbləğində alimentin tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar