Məhkəmə qərarları › İş №2(003)-1865/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1865/2025

23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1865/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı *6 avqust *976-cı il təvəllüdlü X3 2* noyabr 2024-cü il tarixdə Rusiya Federasiyası Luqansk Xalq Respublikası, Starobelski rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 0, 0*.**.2022-ci il tarixdə X6 ilə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Həyat yoldaşı X6 ailədə maddi çətinliklər olduğundan 2024-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. X6 bir müddət Rusiya Federasiyasında işlədikdən sonra 2* noyabr 2024-cü il tarixdə müharibə şəraitində olan Rusiya Federasiyası Luqansk Xalq Respublikasının Starobelski rayonunda vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra o, Rusiya Federasiyasından Bakı şəhərinə gətirilmiş və ərizəçi həyat yoldaşını qohum və qonşuların iştirakı ilə Xaçmaz rayonu, Uzunoba kənd qəbirstanlığında dəfn etmişdir. Hal-hazırda həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı ərizəçiyə lazımdır. Ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnamənin verilməsindən Maraqlı şəxs tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, mərhumun qaynıdır. X* 2* noyabr 2024-cü il tarixdə vəfat etmiş və onun nəşi ailə üzvləri və yaxın qohumları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Aeroportunda qəbul edilmişdir. Mərhum Xaçmaz rayonu, Uzunoba kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid* izahatında bildirmişdir ki, o, mərhumun dostudur. X* 2* noyabr 2024-cü il tarixdə vəfat etmiş və onun nəşi ailə üzvləri və yaxın qohumları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Aeroportunda qəbul edilmişdir. Mərhum Xaçmaz rayonu, Uzunoba kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZE ******** saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE *4800432 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 *6.08.*976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Əzizbəyov (Xəzər) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №03*050 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 arasında 0*.**.2002-ci il tarixdə Əzizbəyov (Xəzər) Rayon Qeydiyyat Şöbəsində 598 saylı akt qeydi ilə nikah rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İş materiallarında olan Rusiya Federasiyası, Rostov vilayətinin Aksay rayonu VVAQ tərəfindən verilmiş 2* dekabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 2* noyabr 2024-cü il tarixdə Rusiya Federasiyası Luqansk Xalq Respublikasının Starobelski rayonunda vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs *4.0*.2025-ci il tarixli, 3-*6-5/8-*5-42/2025 saylı məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından X3 dövlət qeydiyyatına alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu, Uzunoba Bələdiyyəsinin *5.0*.2025-ci il tarixli, 03 saylı arayışdan görünür ki, X6 03.*2.2024-cü il tarixdə Xaçmaz rayonu, Uzunoba kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair *695909943 saylı mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *4.0*.2025-ci il tarixli, 49 nömrəli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə *56 ünvanında qeydiyyatdadır. İş materiallarında olan qəbirüstü abidənin daşının fotoşəklindən görünür ki, *6.08.*976-cı il tarixdə anadan olmuş X6 dəfn edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin həyat yoldaşı X6 2* noyabr 2024-cü il tarixdə Rusiya Federasiyası Luqansk Xalq Respublikasının Starobelski rayonunda vəfat etmiş, lakin mərhumun ailə üzvləri qanunları lazımı qədər bilmədiyindən ölümü ilə bağlı sənədləşmə işləri aparılmamışdır. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *6 avqust *976-cı il təvəllüdlü X3 2* noyabr 2024-cü il tarixdə Rusiya Federasiyası Luqansk Xalq Respublikasının Starobelski rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3** və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *6 avqust *976-cı il təvəllüdlü X3 2* noyabr 2024-cü il il tarixdə Rusiya Federasiyası Luqansk Xalq Respublikasının Starobelski rayonunda ölməsi faktı müəyyən edilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar