Məhkəmə qərarları › İş №2(003)-1868/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1868/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1868/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi *7.08.*98*-ci il təvəllüdlü X5nun *6.02.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, *7.08.*98*-ci il təvəllüdlü X*0 onun oğludur və onlar birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Natəvan küçəsindəki nömrəsiz evdə yaşamışlar. X5 *6.02.2024-cü il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. O, X* dəfn edilmişdir. Oğlu vəfat edərkən baş qarışıq olduğundan və qanunları bilmədiklərindən müəyyən edilmiş müddət ərzində ölüm haqqında şəhadətnamə alınmasından məlumatsız olmuşdur. Şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə ölümün qeydə alınmasından imtina edilərək məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Hazırda oğlunun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi bəzi sənədləşmə işlərinin aparılması üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi R.H.Əskərova ərizənin təmin edilməsinə etiraz etmədi və bildirdi ki, ölümü təsdiq edən sənəd (forma *06) olmadığından qurumları tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynanasıdır. Vəfat edən şəxs isə onun qaynıdır. Vəfat edən gün ona xəbər verilmiş və o, da onların evinə getmişdir. Mərhum xəstəlikdən əziyyət çəkirdi. Hər zaman ürək nahiyəsindən şikayətləri olmuşdur. Mərhum Biləsuvar rayonunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Dəfndə o, da iştirak etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Vəfat edən gün gecə saatlarında ona zəng etmişlər. Onların xəstəxanaya getdiyini öyrəndikdən sonra o, da xəstəxanaya getmişdir. Orada onun vəfat etdiyini bildirdilər. Hər zaman ürək nahiyəsindən şikayətləri olmuşdur. Mərhum Biləsuvar rayonunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; AZE seriyalı *679*509 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*0 *7.08.*98*-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Biləsuvar rayon qeydiyyat şöbəsi (Puşkin rayon VVADQ) tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 *7.08.*98*-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Onun atası Əliyev Xudaş, anası X4r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs *3.03.2024-cü il tarixli 3-*6-5/8-*5-Ə-340/2024 №li məktubundan görünür ki, X6 ölümünün qeydiyyata alınması barədə *3.03.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli birləşmiş şəhər xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli *52 saylı məktubdan görünür ki, mərhum *7.08.*98*-ci il təvəllüdlü X*0 4 saylı BŞX-da tibbi qeydiyyatda olmadığına görə ona ölüm haqqında şəhadətnamə /TQS-*06/ verilməmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində aşağıdakı sözlər yazılmışdır: “X*0 *7.08.*98* - *6.02.2024”. Azərbaycan Respublikası Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsi tərəfindən verilmiş **.03.2024-cü il tarixli *49 saylı arayışdan görünür ki, X*0 *6.02.2024-cü il tarixdə X2 dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *7.08.*98*-ci il təvəllüdlü X6 *6.02.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *7.08.*98*-ci il təvəllüdlü X6 *6.02.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar