Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1894/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əri –X* 3*.03.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 əridir. Onunla 26.08.20*6-cı ildə qanuni nikaha daxil olub ailə qurmuşdur. 3* mart 2023-cü il tarixdə əri X2 xəstəliyi ilə əlaqədar həkimə getmək məqsədilə qardaşı onu evə aparmış, evdə əri ölmüşdür. Təcili yardım ölümlə bağlı sənəd verməkdən imtina etmiş, göstərmişdir ki, həkim briqadası gələnədək xəstə vəfat etmişdir. Qeydiyyat şöbəsinə ölümün qeydiyyata alınması barədə müraciət etsələrdə ərizəsi təmin edilməyərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mərhum Lənkəran rayonu, Gəğiran kəndində dəfn edilmişdir.. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. İzhatında həmçinin bildirdi ki, əri ilə Binə Südçülük sovxozunda yaşamışlar və 3 uşaqları vardır. Əri istixanda işləmişdir. Sonra xəstələndiyindən ona pensiya və sosial yardım verilmişdir. Həkimlər ərinin ürəyində problemlərinin olduğunu bildirmişlər. 3*.03.2023-cü il tarixində əri özünü pis hiss etdiyindən xəstəxanaya aparmaqda köməklik etməsi üçün Xırdalan şəhərində yaşayan ərinin qardaşı ilə əlaqə saxlanmış, ərinin qardaşı Rufət gəlmiş və birlikdə xəstəxanaya aparmışlar. Orada müayinə olunduqdan sonra isə ərini Rufətin Xırdalan şəhərində yerləşən nın evinə aparmışlar. Orada olan zaman ərinin səhəti daha da pisləşmiş və bu səbəbdən təcili yardım çağırmışlar. Təcili yardım gələnə kimi əri ölmüşdür. Əri öldüyü vaxtı onun yanında o, ərinin qardaşı X4 və qardaşının arvadı X3 olmuşdur. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X4 ifadəsində bildirmişdir ki, X2 onun qardaşıdır. Qardaşının ürəyində problemlər olmuşdur. 3*.03.2023-cü il tarixdə ərizəçi onunla əlaqə saxlamış və Rüstəmin özünü pis hiss etdiyini bildirmişdir. Bundan sonra o, ərizəçinin yaşadığı evə gəlmiş və qardaşını xəstəxanaya aparmışlar. Xəstəxanda müayinə olduqdan sonra onun Xırdalan şəhərində yerləşən evinə getmişlər. Onlarda olan zaman qardaşının səhəti daha da pisləşmişdir. Buna görə də təcili yardım çağırmışlar. Təcili yardım gələnə kimi qardaşı ölmüşdür. Qardaşı öləndən sonra onu Lənkəran rayonuna aparmışlar və Gəgiran kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, o, mərhum Rüstəm Zəkiyevin qardaşı Rufətin arvadıdır. 3*.03.2023-cü il tarixdə ərizəçi əri Rufətlə əlaqə saxlamış və Rüstəmin özünü pis hiss etdiyini və xəstəxanaya aparmaqda köməklik etməsini xahiş etmişdir. Bundan sonra Rufət ərizəçinin yaşadığı evə getmişdir. Bir müddətdən sonra, Rufət, ərizəçi və Rüstəm onlara gəlmişlər. Rüstəm onlarda olan zaman səhəti pisləşmişdir. Bu səbəbdən təcili yardım çağırmışlar. Təcili yardım gələnə kimi Rüstəm ölmüşdür. Həmçinin bildirmişdir ki, həkimlərin dediyinə görə Rüstəmin ürək və ağ ciyər çatışmazlığı ilə bağlı səhətində problemlər olmuşdur. Rüstəmi Lənkəran rayonun Gəgiran kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, *6698366 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 0*.0*.*990-cı ildə Lənkəran rayonunun Gəgiran kəndində doğulmuşdur. İş materiallarında olan AZ-İİ serialı 087380 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X6 arasında 26.08.20*6-cı ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Zəkiyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən verilmiş *8.04.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Qala qəsəbəsi yeni yaşayış massivində yerləşən 300 kv.m torpaq sahəsində olan 24 kv.m tikilidə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi Təcili və X5 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 3*.03.2023-cü il tarixdə çağırış əsasında Xırdalan şəhəri 22 məhəllə Ş.Qurbanov küçəsində yerləşən evdə həkimə qədər ölüm, kişi cinsli meyit olduğu müəyyən edilmişdir. İş materiallarında olan 29 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş *2.04.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yaşamış 0*.0*.*990-cı il təvəllüdlü X* 3*.03.2023-cü il tarixdə ev şəraitində təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat etmiş şəxs 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığına görə AZS *06 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *8.04.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, əri- X* ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X* ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi əri - X* 3*.03.2023-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 0*.0*.*990-cı ildə Lənkəran rayonunun Gəgiran kəndində doğulmuş X* 3*.03.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0*.0*.*990-cı ildə Lənkəran rayonunun Gəgiran kəndində doğulmuş X* 3*.03.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-1894/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1894/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver