Məhkəmə qərarları › İş №2(003)-1911/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1911/2020

01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1911/2020 01.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüldlü qardaşı X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X2 xx.xx.1968-ci il təvəllüdlüdür. Qardaşı xx xxxxx 2020-ci il tarixdə infarkt keçirtmişdir. xx xxxxx 2020-ci il tarixdə qardaşının vəziyyəti pisləşmiş, təcili yardım çağrılmış, lakin həkim gələnə kimi o yaşadığı ünvanda vəfat etmişdir və o xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişdir. X11 Stansiyasından verilmiş arayışa əsasən onun ölmünün səbəbi “ürək–damar çatışmanıazlığından” olmuşdur. Başları dəfnə qarışdığından onun ölümü ilə bağlı sənədləri almaq üçün bir neçə gündən sonra aidiyyəti qurumlara müraciət etsək də, bir nəticəsi olmamışdır. Bir müddət keçdikdən sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etdik, lakin şəhadətnaməni verməkdən imtina etdilər və bu barədə ona arayış verdilər. Bu səbəbdən də, ölüm haqqında şəhadətnamə almaq üçün X1 olüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ölüm faktının müəyyən edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X5 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Seyfullayeva soyadı verilmişdir. İş materiallarında olan Xəzər Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 ölməsi faktı ilə bağlı toplanmış materiallarda cinayət hadisəsi olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 05/15- 553 nömrəli məktubdan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və vətandaşa ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi onun qaynı, X2 isə mərhum əridir. O X2 ilə 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Vəfat edənədək bir yerdə yaşamışdılar. xx.xx.2020-ci il tarixdə səhər yataqdan qalxarkən onun yerə yıxıldığını görmüş sonra Təcili Tibbi yardım çağırdı, lakin onlar gələndə o artıq ölmüşdü. Məhkəmə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisidir. X2 isə atasıdır. O, anası və mərhum atası bir evdə yaşayıblar. Hadisəni ilk olaraq onun anası görmüşdür. Hadisə günü anası sübh namazına qalxarkən atasının yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş və onlar təcili tibbi yardıma zəng edib bu barədə məlumat vermişlər. Təcili Tibbi yardım gəldikdə artıq bildik ki, atası vəfat edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X1 xx.xx.2020-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qardaşı X1 xx.xx.2020-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1968-ci il tarixdə Masallı rayonunun Masaküçə kəndində doğulmuş X1 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar