Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1916/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçinın (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, *5.*2.*94*-ci il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun atasıdır. O, *5.*2.*94*-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Atası qohumların və qonşuların iştirakı ilə Qala qəbiristanlığında dəfn edilmişdir. Atası vəfat etdikdən sonra meyit yarılmadığı üçün forma *06 ala bilməmişlər. Həmçinin atasının ölüm tarixindən uzun müddət keçdiyindən və ölümü təsdiqləyən sənəd olmadığından şəhadətnamə vermək mümkün olmamışdır. Hal-hazırda atasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə üçün lazımdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, xx.xx.2024-cü il tarixli cavab məktubund bildirilmişdir ki, ərizənin təmin edilməsi mümkün deyildir, bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X7 ərizənin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə şahid qismində dindirilmiş X*3 ifadəsində bildirdi ki, ərizəçi onun dostudur. O, onun atasını da tanıyır. Sevindikov Zülqaydının əvvəl ayağı tutulmuş daha sonra isə halı pisləşmişdir. O, Zülqaydının ölən vaxtı yanında olmasa da, lakin dəfində iştirak etmişdir. Sevindikov Zülqaydı 2005-ci ilin mart ayında vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X*6 ifadəsində bildirdi ki, o, Qala qəsəbəsində yaşayır, ərizəçi onun qonşusu və qohumudur. Sevindikov Zülqaydının əvvəl ayağı tutulmuş daha sonra isə yataq xəstəsi olmuşdur. O, dəfində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-*5-S- 262/2024 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan AZƏRBAYCAN RESPUBLİKASİ "TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS "BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXS 45 NÖMRƏLİ ŞƏHƏR POLİKLİNİKASİnın 8 saylı Vəkil Bürosuna ünvanlanmış **.03.2024-cü il tarixli, *8-*-*-*00/3-*2/2024 saylı məktubunda qeyd edilmişdir ki, mərhum X4 ölüm tarixindən (xx.xx.2005-ci il) uzun illər keçməsini nəzərə alaraq və ölümü təsdiqləyən bir sənədi olmadığına görə Ölüm haqqında şəhadətnamə verilməsində köməklik edə bilmirik. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*984-cü ildə doğulmuşdur. X*, anası X8r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *5.*2.*94*-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. X2, anası X5r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X*0 *6.09.*983-cü il tarixdə nikah bağlamışlar. İş materiallarında olan qəbir daşının fotoşəkillərindən görünür ki, *5.*2.*94*-ci il təvəllüdlü X6 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə *5.*2.*94*-ci il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum X*nun xx.xx.2005-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *5.*2.*94*-cı il tarixdə doğulmuş X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərinda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1916/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1916/2024
23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver