Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1921/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxs) məhkəməyə ərizə ilə müraciət edərək 0*.*2.*964-cü il təvəllüdlü əri Qasımov Vəkil Hacıkərim oğlunun 20.*2.20*9-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum həyat yoldaşı Qasımov Vəkil Hacıkərim oğlu ilə *3 may *965-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşuq. Əri Qasımov Vəkil Hacıkərim oğlu 20.*2.20*9-cu il tarixdə evdə vəfat etmişdir. Əri evdə vəfat etdiyindən onun ölümünün qeydiyyata alınması üçün Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Bir müddət əvvəl o, Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək ərinin ölümünün qeydiyyata alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etsə də ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3 maddəsini rəhbər tutaraq, ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum həyat yoldaşı Qasımov Vəkil Hacıkərim oğlu 20.*2.20*9-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında bildirdi ki, o, ərizəçinin qayını arvadıdır. Mərhum onun qayını olub. 20*9-cu ilin dekabr ayında rəhmətə gedib. İnsult keçirtmişdi, amma vəziyyəti yaxşı deyoldi, O, mərhumun yas mərasimində iştirak etmişdir. Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında bildirdi ki, o, ərizəçinin qayınıdır. Vəkil onun qardaşı olub. İnsult keçirtmişdi, bir müdət müalicə olundu, lakin vəziyyət yaşılaşmadı. Evə qayıdandan sonra vəziyyəti yenidən pisləşdi. Qardaşı Vəkil 20.*2.20*9cu il tarixdə Bakı şəhərində ölüb. Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımov Vəkil Hacıkərim oğlu ilə X6 *3.05.*985-ci ildə rəsmi nikaha daxil olmuşlar, ərə Qasumov, arvada Qasumova soyadı verilmişdir. İş materiallarında olan Təcili və X5 Stansiyası tərəfindən verilmiş 20.*2.20*9-cu il tarixli “Ölüm haqqında xıbərdarlıq” vərəsindən görünür ki, 20.*2.20*9-cu il tarixdə saat 09:55-də Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozuna çağırış olub və Qasımov Vəkil Hacıkərim oğlunun həkimə qədər ölümü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/*5-596 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin əri Qasımov Vəkil Hacıkərim oğlunun ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X* dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən və şəxsiyyət vəsiqəsinin məlumatları haqqında çıxarışın sürətindən görünür ki, Qasumova X2 rayonu, Vəng kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *755 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X7 qeydiyyatsız yaşayır və əri Qasımov Vəkil Hacıkərim oğlu 20.*2.20*9-cu il tarixdə vəfat edib və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X7 qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Qasımov Vəkil Hacıkərim oğlu ərizəçinin əri olmuşdur. 20.*2.20*9-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qasımov Vəkil Hacıkərim oğlu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X7 yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri Qasımov Vəkil Hacıkərim oğlunun 20.*2.20*9-cu il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. Gürcüstan respublikası, Dmanisi rayonunda doğulmuş 0*.*2.*964-cü il təvəllüdlü Qasımov Vəkil Hacıkərim oğlunun 20.*2.20*9-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhməiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1921/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1921/2022
20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver