Məhkəmə qərarları › İş №2(003)-1935/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1935/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1935/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *9*4-cü il təvəllüdlü mərhum nənəsi Hüseynova Fizzə (Fizə) Hənifə qızının *8.**.*99*-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi Hüseynova Fizzə (Fizə) Hənifə qızı *9*4cü ildə doğulmuşdur. O, *8.**.*99*-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Nənəsinin ölüm tarixi qəbirinin baş daşında qeyd olunmuşdur. Nənəsi rəhmətə gedəndən sonra dayısı da vəfat etmiş, ailə üzvləri baş vermiş hadisələrlə bağlı nənəsinin ölüm haqqında şəhadətnaməsini almamışlar. Hal-hazırda onun ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə üçün lazımdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, əvvəllər Ərizəçi ilə qonşu olmuşdur. Fizzə (Fizə) xala Aynurənin anası olan Elmira xanımın anası, Aynurənin nənəsidir. Ərizəçi ailə qurduqdan sonra yaşamaq üçün başqa yerə köçmüşdür. Onlar orta məktəbdı birlikdə çalışmışlar. O, *56 nömrəli tam orta məktəbdə qazanxana işçisi kimi çalışır. Ərizəçi nənəsi onun hərbi xidmətdən qayıtmasından təxminən 2 il sonra rəhmətə getmişdir. Həmin vaxt o, 238 nömrəli tam orta məktəbə məxsus olan yük maşınında işləyirdi. Həmin vaxt Ərizəçi hələ ailə həyatı qurmamışdı. Ərizəçi həmin vaxt anası, atası və qardaşı ilə birlikdə yaşayırdı. Ərizəçi anasının dayısının yoldaşı və dayısı, qardaşı həmin vaxt bir məhəllədə yaşayırdılar. Ərizəçi yaşadığı yer onların evindən təxminən *00 metr məsafə aralıda yerləşmişdir. X9 anası ilə birlikdə yaşamışdır. X4 anası 90-cı illərdə rəhmətə getmişdir. O, dəfn mərasimində iştirak etmişdir. O, Ərizəçi dayısı oğlu ilə birlikdə yas mərasiminə yardım etmişdir. Elşən Güləli müəllimin oğlu idi. Elşən 47 yaşında ürək çatışmazlığından dünyasını dəyişmişdir. Elşən və Yeganə bacı-qardaş olmuşlar. Onların anası Əsli xala onun yaxın qonşusudur. Ərizəçi digər dayısı Murtuz, dayısının arvadı Ülviyə və Esmira xala Şüvəlanda bir yerdə dəfn olunmuşlar. Güləli, Güləlinin oğlu Elşən və Aynurənin digər dayısı Şüvəlanda, digərlərinə yaxın ərazidə dəfn olunmuşlar. Sultan baba, Fizzə (Fizə) nənə, Ağa dayı, Əhməd və Nadir Maştağada dəfn olunmuşlar. O, həmin şəxslərin dəfn mərasimləri zamanı köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 qeyd etmişdir ki, Ərizəçi onun xalası qızıdır. Onlar bacı kimi yaxındırlar. Ərizəçi X4 qızıdır. Hüseynova Fizzə (Fizə) Hənifə qızı onun nənəsi olmuşdur. Hüseynova Fizzə (Fizə) Hənifə qızı *99*-ci ildə rəhmətə getmişdir. X*6 əri rəhmətə getdiyi üçün xalası ilə birlikdə yaşayırdılar. Onun Ağa adlı dayısı da həmin həyətdə yaşamışdır. Ağa adlı dayısı nənəsindən əvvəl rəhmətə getmişdir. Ağa adlı dayısının bir qızı və bir oğlu var. Ağa adlı dayısının qızı ailə həyatı qurduqdan sonra Şağana köçmüşdür, oğlu isə hələ də həmin həyətdə yaşayır. Bir həyətdə bir neçə həyət yerləşir. Lakin hər birinin ayrılıqda sənədi mövcuddur. Fizzə (Fizə) nənəsinin əri çox tez rəhmətə getmişdir. Onun * yaşı olanda babası rəhmətə getdiyi üçün babasını xatırlamır. Fizzə (Fizə) nənəsi *99*-ci ildə Güləli dayısı rəhmətə getdikdən sonra övladının ölümünə dözə bilməyərək övladının ölümündən bir neçə gün sonra rəhmətə getmişdir. Nənəsi vəfa edən zaman onun 33 yaşı var idi və bir qızı yenidən anadan olmuşdu. O, nənəsinin dəfnində iştirak etmişdir. Maştağa nənəsinin ata yurdu olduğu üçün nənəsi Maştağada dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X2, anası Xanımana Hımid qızı olan *9*4-cü il təvəllüdlü Hüseynova Fizzə (Fizə) Hənifə qızı doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası Hüseynova Fizzə (Fizə) Hənifə qızı olan 07.03.*95*-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Elmira Sultan qızı ilə 0*.07.*975-ci il tarixdə Bakı şəhəri Əzizbəyov VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 264 saylı qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X**, anası X9 olan xx.xx.*982-ci il təvəllüdlü Ərizəçi doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 ilə X9 *4.06.20**-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 479 saylı qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 2*.**.20**-ci il tarixdə qara ciyər fibrozu və sirrozu səbəbi ilə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin nənəsi Hüseynova Fizzə (Fizə) Hənifə qızının ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun nənəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi nənəsinın ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum nənəsi Hüseynova Fizzə (Fizə) Hənifə qızının *8.**.*99*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *9*4-cü ildə doğulmuş Hüseynova Fizzə (Fizə) Hənifə qızının *8.**.*99*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar