Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1948/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 28 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01742 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 28 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01742 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediasiya prosesi nəticəsində mənimlə Maraqlı şəxs arasında Bakı 13 saylı mediasiya təşkilatında mediator X2 iştirakı ilə 28 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01742 nömrəli barışıq sazişi (bundan sonra - Barışıq sazişi) bağlanılmışdır. Barışıq sazişinə əsasən (2-ci bənd), o cümlədən, Tərəflərin 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi uşaqların saxlanılması ilə əlaqədar bir birlərinə qarşı aliment tələbləri yoxdur. Lakin, Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məndən uşaqların (13 iyun 2007-ci il təvəllüdlü X3 və 16 fevral 2016-cı il təvəllüdlü Talıbov Ayxan) alimentin onun xeyrinə ödənilməsini tələb edir. Beləliklə, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina edir. Aralarında bağlanılmış barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən məndən uşaqların (13 iyun 2007-ci il təvəllüdlü X3 və 16 fevral 2016-cı il təvəllüdlü Talıbov Ayxan) alimentin onun xeyrinə ödənilməsini tələb edərək barışıq sazişinin könüllü icrasından imtina edir. Odur ki, Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 28 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01742 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mediasiya prosesi nəticəsində mənimlə Maraqlı şəxs arasında Bakı 13 saylı mediasiya təşkilatında mediator X2 iştirakı ilə 28 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01742 nömrəli barışıq sazişinin (bundan sonra - Barışıq sazişi) 6-cı bəndinin birinci cümləsi ilə nəzərdə tutulmuşdur ki, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Aralarında mediasiya prosesi nəticəsində bağlanılmış, qüvvədə olan və məcburi xarakter daşıyan Barışıq sazişi tərəflərin hüquq və vəzifələrinin (öhdəliklərinin) yaranmasına, dəyişdilməsinə və ya xitam verilməsinə yönəlmiş könüllü razılaşmadır (mülki hüquqi əqddir). Həmin razılaşma (əqd) birtərəfli qaydada dəyişdirilə və ya ləğv edilə bilməz. Həmin müddəalar Barışıq sazişində də nəzərdə tutulmuşdur (11 -ci bəndin birinci cümləsi). Barışıq sazişinin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi də mümkün deyildir. Barışıq sazişinin 6-cı bəndinə görə Barışıq saziş könüllü şəkildə icra olunmalıdır. Tərəflər könüllü olaraq qarşılıqlı razılığa gəliblər ki, uşaqların saxlanılması ilə əlaqədar bir birlərinə qarşı aliment tələbləri yoxdur. Barışıq sazişinin 8-ci bəndinə əsasən Barışıq sazişinin könüllü icrasından imtina edildiyi təqdirdə tərəf Barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Aralarında bağlanılmış Barışıq sazişi ‘'Mediasiya haqqında” Qanunun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, məzmun baxımından qanunazidd deyildir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərdi ki, barışıq sazişinin alimentlə bağlı mübahisə yaranmışdır. Çünki barışıq sazişi bağlanan zaman Maraqlı şəxs ondan aliment tələb etməyəcəyi barədə öhdəlik götürmüşdür. Hazırda ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna görədə barışıq sazişinin məcburi icra edilməsini tələb edir. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etməyərək, izahatında göstərdi ki, ərizə ilə razı deyildir. Elman ürəyi istəyən uşaqları üçün aliment verir, ürəyi istəməyəndə isə aliment vermir. Hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Buna görə də, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Birgə nikahdan əldə olunmuş əmlakdan isə qanun üzrə payı vardır. Həmin əmlakın satılmasına etirazı yoxdur. Barışıq sazişi üzrə müəyyən edilmiş qaydada payına düşənin verilməsini xahiş etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində tərəflərə aid məlumatdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü Talıbov Ayhan XXX anadan olmuşdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində tərəflərə aid məlumatdan görünür ki, Ərizəçi adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, Tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər. 1.(nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə 25 aprel 1998-ci il tarixində Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağladıqları 205 sayı ilə qeydə alınan nikahı pozsunlar.Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər.2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü Talıbov Ayhan XXX xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşma çatana kimi 1-ci tərəf Maraqlı şəxs himayəsində saxlanılması barədə razılığa gəldilər. 3 .(əmlak tələbi) 1-ci tərəf Maraqlı şəxs bildirir ki, birgə nikah dövründə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fizuli küçəsi ev 3X, Yeni qaydalarda, ünvan 2 ünvanında yerləşən evi almışdırlar. Qeyd olunan ev xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş çıxarışa əsasən həyat yoldaşı 2-ci tərəf Ərizəçi adma rəsmiləşdirilmişdir. 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi adma rəsmiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi,Fizuli küçəsi ev 3X,Yeni qaydalarda,Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsi,50-ci Binə küçəsi,23 ünvanında yerləşən evin onun iştirakı ilə satılaraq,satışdan əldə edilmiş pul vəsaitindən onların ümumi 25.000(iyirmi beş min) borclarının ödənilməsini, evin satışından əldə olunan yerdə qalan məbləğin tərəflər arasında,hər tərəfə 50 faiz olmaqla bərabər bölünməsini tələb edir. 2-ci tərəf Ərizəçi 1-ci tərəf Maraqlı şəxs tələbini qəbul edir və onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu,Binə qəsəbəsi,Fizuli küçəsi ev 3X,Yeni qaydalarda, ünvan 1 ünvanında yerləşən evi 1-ci tərəfin iştirakı ilə sataraq,satışdan əldə edilmiş pul vəsaitindən onların ümumi 25.000(iyirmi beş min) borclarının ödənilməsinə istifadə edir və evin satışından əldə oluna yerdə qalan məbləğin tərəflər arasında, hər tərəfə 50 faiz olmaqla bərabər bölünməsinə razılıq verir. Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi uşaqların saxlanılması ilə əlaqədar bir birlərinə qarşı aliment tələbləri yoxdur. İş materiallarında olan Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsindən görünür ki, Maraqlı şəxs Ərizəçi qarşı nikahın pozulması, alimentin tələbi və uşağın himayəsində qalması barədə iddia ərizəsi ilə müraciət edərək, barışmaq üçün vaxt vermədən Ərizəçi ilə aralarında olan xx.xx.1998-ci il tarixli rəsmi nikahı pozaraq, birgə nikahdan olan övladları xx.xx.2007-ci il tarixli X3 və xx.xx.2016-cı il tarixli X5 18 yaşına çatanadək hər ay mənim xeyrimə 235 manat aliment məbləğinin kəsilməsi barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddia ərizəsinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində tərəflərə aid məlumatdan görünür ki, Ərizəçi adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında”Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, işin hallarından və qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və tərəflər arasında müəyyən edilmiş müddətdə könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Eyni zamanda Saziş mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Sazişin məhkəmə tərəfindən təsdiqindən imtina olunur. Barışıq Sazişindən görünür ki: - 1. (nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə 25 aprel 1998-ci il tarixində Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağladıqları 205 sayı ilə qeydə alınan nikahı pozsunlar.Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər. - 2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü Talıbov Ayhan XXX xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşma çatana kimi 1-ci tərəf Maraqlı şəxs himayəsində saxlanılması barədə razılığa gəldilər. - 3. (əmlak tələbi) 1-ci tərəf Maraqlı şəxs bildirir ki, birgə nikah dövründə Bakı şəhəri, Xəz.əı rayonu, Binə qəsəbəsi, Fizuli küçəsi ev 3X, Yeni qaydalarda, ünvan 2 ünvanında yerləşən evi almışdırlar. Qeyd olunan ev xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş çıxarışa əsasən həyat yoldaşı 2-ci tərəf Ərizəçi adına rəsmiləşdirilmişdir. 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fizuli küçəsi ev 3X,Yeni qaydalarda, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 50-ci Binə küçəsi,23 ünvanında yerləşən evin onun iştirakı ilə satılaraq, satışdan əldə edilmiş pul vəsaitindən onların ümumi 25000 (iyirmi beş min) borclarının ödənilməsini, evin satışından əldə olunan yerdə qalan məbləğin tərəflər arasında,hər tərəfə 50 faiz olmaqla bərabər bölünməsini tələb edir. 2-ci tərəf Ərizəçi 1-ci tərəf Maraqlı şəxs tələbini qəbul edir və onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu,Binə qəsəbəsi,Fizuli küçəsi ev 3X,Yeni qaydalarda, ünvan 1 ünvanında yerləşən evi 1-ci tərəfin iştirakı ilə sataraq,satışdan əldə edilmiş pul vəsaitindən onların ümumi 25.000(iyirmi beş min) borclarının ödənilməsinə istifadə edir və evin satışından əldə oluna yerdə qalan məbləğin tərəflər arasında, hər tərəfə 50 faiz olmaqla bərabər bölünməsinə razılıq verir. - 4. Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi uşaqların saxlanılması ilə əlaqədar bir birlərinə qarşı aliment tələbləri yoxdur. Həmin Sazişdən göründüyü kimi, tərəflər (ər-arvad) aralarındakı fikir ayrılığı və mübahisəli məsələləri, yəni aralarında qeydə alınmış nikahın pozulması, uşaqların kimin yanında qalması, aliment, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və s. məsələləri qarşılıqlı razılıqla həll etmişlər. Hazırda ərizəçi Maraqlı şəxs həmin hissədə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyini, bunun səbəbi kimi isə uşaqların yetkinlik yaşına çatana kimi ondan aliment tələb edilməsi kimi göstərmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin şərtlərindən görünür ki, Sazişin 2-ci bəndi və 3-cü bəndinin 1-ci və 2-ci abzasları üzrə ərizəçi, 3-cü bəndinin 3-cü abzası üzrə isə maraqlı şəxs öhdəlik götürməklə qarşılıqlı razılığa gəlmişlər. Hazırki ərizədəki tələb mediasiya qaydasında bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, Barışıq Sazişinin təsdiq olunması ilə bağlı məsələyə iki hal üzrə qiymət verilməlidir. Belə ki, maraqlı şəxs bir hal üzrə yəni Sazişin “Maraqlı şəxs və Ərizəçi uşaqların saxlanılması ilə əlaqədar bir-birlərinə qarşı aliment tələbləri yoxdur” hissəsində öhdəlik götürmüşdür. Məhkəmə barışıq sazişinin “Maraqlı şəxs və Ərizəçi uşaqların saxlanılması ilə əlaqədar bir-birlərinə qarşı aliment tələbləri yoxdur” hissəsini araşdıraraq hesab edir ki, barışıq sazişinin bu bəndi qanuna zidd olduğundan təsdiq edilə bilməz. Belə ki “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizəçi də barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə onun məcburi icrası üçün təsdiq edilməsinə görə məhkəməyə müraciət etmişdir. Ərizəçinin məhkəməyə müraciət etməsinə səbəb isə maraqlı şəxsin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ünvanlayaraq onunla Ərizəçi arasında olan xx.xx.1998-ci il tarixli rəsmi nikahı pozaraq, birgə nikahdan olan övladları xx.xx.2007-ci il tarixli X3 və xx.xx.2016-cı il tarixli X5 18 yaşına çatanadək hər ay onun xeyrinə 235 manat aliment məbləğinin kəsilməsi barədə qətnamə qəbul etməsi olmuşdur. Məhkəmə qeyd edir ki, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla tərəflər bu barədə razılığa gələ bilərlər, bu şərtlə ki, mediator tərəfindən qanunvericiliyin bu tələbləri tərəflərə izah edilsin. Lakin barışıq sazişinin bu bəndi Ailə Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanılması hər iki valideyinin ümdə vəzifəsidir. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş, bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Lakin tərəflərin aralarında bağladıqları barışıq sazişi bağlanan zaman ailə qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır. Ona görə ki, işin tədqiq olunan faktiki hallarından tərəflərin birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentin verilməsi ilə bağlı onlar arasında münaqişəli vəziyyətin mövcudluğu işin mübahisəsiz halıdır. Bundan başqa alimentlə bağlı məsələlər davamlı münasibət olmaqla şəxsin aliment almaqdan imtina etməsi onun gələcəkdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməsini aradan qaldırmır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Yuxarıda göstərilənlərə əsasən barışıq sazişinin qeyd olunan şərti uşaqların mənafeyinə uyğun olmamaqla qanuna zidd olduğundan, təmin edilməməlidir. Məhkəmə barışıq sazişinin 2-ci bəndi və 3-cü bəndinin 1-ci və 2-ci abzasları üzrə hissəsini araşdıraraq hesab edir ki, barışıq sazişinin bu bəndləri də təsdiq edilə bilməz. Beləki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmçinin MPM-nin 355-23.1-ci maddəsinin tələblərinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi Xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə o zaman müraciət olunur ki, barışıq sazişi könüllü surətdə icra edilmir və ya barışıq sazişinin icrasından imtina olunur. Hazırki iş üzrə isə müəyyən edilən hallar ondan ibarətdir ki, barışıq sazişinin qeyd olunan bəndlərinin icra olunması bağlı ərizəçi öhdəlik götürüb. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. AM-nin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göründüyü kimi, ər-arvad arasında ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunvericilik məhkəməyə müəyyən hallarda mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməmək hüququ versə də, bu hal imperativ deyildir və məhz məhkəmə araşdırması zamanı sübuta yetirilən halların mövcudluğu ilə bağlı ola bilər. Tərəflərin (ər-arvadın) məhkəmədən kənar qaydada qarşılıqlı razılığı əsasında əmlak üzərində payların bərabər müəyyən olunması halı isə onların sərbəst iradəsi əsasında həyata keçirilir. İş materiallarından da göründüyü kimi, maraqlı şəxsin barışıq sazişinin sözügedən bəndlərinin icraasından könüllü qaydada icra etməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina etməsi halları müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir, ərizə bu hissədə də, əsassızdır və təmin edilməməlidir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilməli, tərəflər Ərizəçi Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01742 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1948/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1948/2024
18.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver