Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1977/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi və aliment məbləğini həmin gündən hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mediasiya prosesi keçirilərlən xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”nə əsasən birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 246 manat sabit pul məbləğində alimentin ödənilməsi məhkəmənin müəyyən edəcəyi gündən başlayaraq hesablanmasına razılaşmışdır. Lakin birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs ilə aralarında olan xx.xx.2025-cü il tarixli “Barışıq sazişi”nə əsasən ödəməli olduğu 246 manat sabit pul məbləğində alimenti bu günədək ödəməmişdir. Belə ki, Maraqlı şəxs ilə aralarında olan xx.xx.2025-cü il tarixli “Barışıq sazişi”nə əsasən bağlanmış “Barışıq sazişi” icra edilmir. Maraqlı şəxs xx.xx.2025-ci ildən bu günədək aliment ödəməmişdir. Barışıq sazişi bağlandıqdan sonra cavabdeh tərəfindən sazişin şərtlərinə əməl edilməmiş, bu günə kimi barışıq sazişi icra olunmamışdır. Cavabdeh barışıq sazişinin könüllü icrasından qərəzli olaraq yayınması məhkəməyə müraciət etmək zərurətini yaratmışdır. Daha sonra ərizəçi ərizəsinin dəqiqləşdirərək, xx.xx.2025-ci il tarixli "Barışıq sazişinin" 3cü bəndinin yəni, "3.Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf (həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən İkinci tərəf: Ərizəçi aylıq əmək haqqından 246 (iki yüz qırx altı) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məqsədlə bu barışıq sazişini və İkinci tərəfin ona təqdim edəcəyi özünə məxsus bank kartı hesabını könüllü şəkildə icra olunması üçün iş yeri üzrə mühasibatlıq təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür." hissəsinin təstiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X3 bildirdi ki, alimentin məbləği yüksəkdir, ona görə də gəlirlərin ¼ hissəsində alimentin tutulmasının xahiş etdi. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin şərtlərinin ərizəçi tərəfindən pozulduğunu qeyd etdi və bildirdi ki, o alimenti gəlirlərinin ¼ hissəsində ödəməyə razıdır. İş materiallarına əlavə olunmuş sənədlər Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs X5 ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1163 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli "Barışıq sazişinin" 3-cü bəndindən görünür ki, 3.Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf (həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən İkinci tərəf: Ərizəçi aylıq əmək haqqından 246 (iki yüz qırx altı) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məqsədlə bu barışıq sazişini və İkinci tərəfin ona təqdim edəcəyi özünə məxsus bank kartı hesabını könüllü şəkildə icra olunması üçün iş yeri üzrə mühasibatlıq təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür." Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, tərəflər aralarında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlamış, lakin barışıq sazişi üzrə maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-cü il tarixdə haqlı olaraq xx.xx.2025-ci il tarixli barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00101 saylı barışıq sazişi “Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf (həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən İkinci tərəf: Ərizəçi aylıq əmək haqqından 246 (iki yüz qırx altı) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məqsədlə bu barışıq sazişini və İkinci tərəfin ona təqdim edəcəyi özünə məxsus bank kartı hesabını könüllü şəkildə icra olunması üçün iş yeri üzrə mühasibatlıq təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür.” hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1977/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1977/2025
23.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver