Məhkəmə qərarları › İş №2(003)-2003/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2003/2022

20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2003/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İş № 2(003)-2003/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ 20 iyun 2022-ci il Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, arvadı *3.*2.*965-ci il təvəllüdlü X3 08.*0.202*-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum arvadı *3.*2.*965-ci il tarixdə anadan olmuş, 08.*0.202*-ci il tarixdə 56 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində vəfat etmişdir. 24.06.*992-ci il tarixdə X* ilə birgə nikaha daxil olmuş və dünyasını dəyişənə qədər birlikdə yaşamışlar. Həmçinin dəfn mərasimində qonşular və qohumlar iştirak etmişdir. Hazırda arvadının ölüm haqqında şəhadətnaməsi ona müəyyən sənədləşdirmə işləri aparmaqdan ötrü lazımdır. Bu səbəbdən həmin şəhadətnaməni almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsindən isə ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən, arvadı *3.*2.*965-ci il təvəllüdlü X3 08.*0.202*-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmuna uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, X*nın dayısı qızıdır. X* uzun sürən onkoloji xəstəlikdən rəhmətə gedib. Tamara Əliyeva rəhmətə gedərkən evdə digər qohumlar da onun yanında idi. Ümumiyyətlə, Tamara ölənə yaxın qohumlardan qadınlar hər gün bir-bir onun yanında qalırdılar. Həmin gün də Tamaranın yoldaşı, uşaqları və bir neçə qohum yanında idilər. Tamara ölən kimi təcili tibbi yardım çağırdılar. X2 qəbirstanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əli-zadə Xanbala Ağabala qızı ifadəsində bildirmişdir ki, X* onun baldızı olub. Onlar qonşuluqda yaşayıblar. X7 ölümündən təxminən 6 ay əvvəl yataq xəstəsi olub, 08.*0.202*-ci ildə Bakı şəhərində ölüb və Zirə qəbirstanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, X*nın qardaşı Xanların arvadıdır. X* * il olardı ki, onkoloji xəstə idi, O, 08.*0.202*-ci ildə Bakı şəhərində təxminən axsam 20:00 radələrində ölüb. Həmin vaxtı o özü də mərhumun yanında olmuşdur. X2 qəbirstanlığında dəfn edilib. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.*-ci və *.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPMnin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında 24.06.*992-ci ildə nikah bağlanmış, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə Bakı şəhəri Təcili və X5 Stansiyasının *8 saylı bölməsi tərəfindən verilmiş 08.*0.202*-ci il tarixli arayışın surətindən görünür ki, 08.*0.202*-ci il tarixdə saat *9:00-da X7 adına çağırış olmuş, evə gələn təcili tibbi yardım briqadası tərəfindən qadın cinsində meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs *3.05.2022-ci il tarixli məktubundan görünür ki, X3 ölümünün qeydə alınması barədə Ərizəçi ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *3.*2.*965-ci il təvəllüdlü X3 08.*0.202*-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 2*7.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. *3.*2.*965-ci il təvəllüdlü X3 08.*0.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar