Məhkəmə qərarları › İş №2(003)-2015/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2015/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2015/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxs) məhkəməyə ərizə ilə müraciət edərək *0.*2.*948-ci il təvəllüdlü X5 *3.*2.*974-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X*3 *3.*2.*974-cü il tarixdə avto nəqliyyat hadisəsi nəticəsində 26 yaşında Ermənistan SSR-nin Kalinino şəhərində vəfat etmişdir. Həyat yoldaşı X*3 *0.*2.*948-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunun Dəmirçilər kəndində doğulmuşdur. *972-ci ildə mərhum ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Qeyd edir ki, yoldaşının dünyasını dəyişdiyi avtoqəzada özü də zərər çəkmişdir. Həmçinin dəfn mərasimində qonşular və qohumlar da iştirak etmişdir. Qeyd olunanlara əsasən *0.*2.*948-ci il təvəllüdlü həyat yoldaşı X5 *3.*2.*974-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Ərizəçi dəqiqləşmə irizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı *0.*2.*948-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunun Dəmirçilər kəndində doğulmuş X5 *3.*2.*974-cü il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 izahatında bildirdi ki, o, mərhumun bacısıdır. Qardaşının ölümündən sonra Sürayə onlarla yaşayıb. Qardaşının 2 uşağı var. *3.*2.*974-cü il tarixdə qardaşı Əhməd Hacıyev motosikletlə qaynatasıgildən öz evinə qayıdanda Sürəyə Hacıyeva ilə qəza keçirtmiş. Qəzada qardaşı dünyasını dəyişmişdir.. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında bildirdi ki, o, mərhumun bacısıdır. Qardaşı *974-cü ildə qəzada ölüb. Qardaşı öləndə o 6-cı sinifdə oxuyurdu. Qardaşı Ermənistanda dəfn edilib. Qəzadan sonra Sürayə * il xəstəxanada qaldı. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22.**.*953-cü il təvəllüdlü Ermənistan SSR-nin Kalinino rayonunda doğulmuş X4 atası X*4, anası X6r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 ilə X7 *3.*2.*972-ci ildə rəsmi nikaha daxil olmuşlar, Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/*5-*33 saylı 0*.02.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin əri X5 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X* dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə şöbəsi tərəfindən verilmiş 3-36/2-3030/2023 saylı *8.07.2023-cü il tarixli arayışından görünür ki, X5 məcburi köçkün kimi statusu olmadığından onun müvəqqəti qeydiyyatı barədə məlumat aşkarlanmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20.09.*96*-ci il təvəllüdlü Ermənistan SSR-nin Kalinino rayonunda doğulmuş X2 atası X*0, anası X**r. İş materiallarında olan Ermənistan SSR-nin 25.*0.*97*-ci il tarixli AAA seriyalı 5**692 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X*3 *948-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X5 *3.*2.*974-cü il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *0.*2.*948-ci il təvəllüdlü X5 *3.*2.*974-cü il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar