Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2030/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 24.02.*986-cı il təvəllüdlü X3 **.06.*987-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı X7 24.02.*986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, körpə ağciyərindən pnevmaniya xəstəliyinə tutulmuş, müalicələrin xeyri olmamış, **.06.*987-ci ildə Bakı şəhərində yaşadıqları evdə vəfat etmiş və Qobustan rayonu, Sündü kəndində dəfn olunmuşdur. Onun vəfatına dair *4 saylı uşaq poliklinikasından arayış verilib. Lakin bu günki günədək qızının ölüm haqqında şəhadənaməsini ala bilməyib. Hal-hazırda ölüm haqqında şəhadətnamənin müvafiq orqanlara təqdim edilərək onun evdən qeydiyyatdan çıxarılması zərurəti yaranmışdır. Ölüm haqqında tibbi arayışın alınması məqsədi ilə *4 saylı poliklinikaya, eyni zamanda ölüm haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət edilsə də, imtina cavabı alınmış və bildirilmişdir ki, bu iş ancaq məhkəmə yolu ilə həll edilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq bildirmişdir ki, Asan xidmət Mərkəzindən ailə tərkibi haqqında arayış alan zaman ona məlum olub ki, qeydiyyat sistem məlumatlarında qızının ölümü haqqında akt qeydi olmadığına görə qızı vəfat etmiş kimi qeyd olunmamışdır. Halbuki, uşaq öləndə kənd sovetinə müraciət edib və xəstəxanadan verilən arayışı və uşağın doğum haqqında şəhadətnaməsini ora təqdim edib, lakin *987-ci ilin ölüm jurnalında qızının adı yoxdur.
4. Məhkəmədə şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, ərizəçi onun dayısı oğludur, onlar *982-ci ildə Bakıya köçüblər, *986-cı ildə ərizəçinin uşağı olub, lakin körpə olarkən ağciyər xəstəliyinə tutulub, *987-ci ilin iyun ayında Bakıda yaşadıqları evdə vəfat edib, ancaq vəfat etdiyi günü dəqiq xatırlamır, Sündü kənd qəbirstanlığına dəfn olunub.
5. Məhkəmədə şahid qismində dindirilmiş X*0 izahatında bildirmişdir ki, o, ərizəçinin qardaşıdır, mərhum X2 doğulmuş, *987-ci ildə yaşadıqları evdə vəfat edib, ancaq Qobustan rayonunun Sündü kəndində dəfn olunmuşdu. Hadisə lap çoxdan baş verdiyi üçün öldüyü günü dəqiq xatırlamır. Dəfndə özü də iştirak edib, kəndə aparın atasının yanında dəfn ediblər.
6. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. Bakı şəhəri Maraqlı şəxs *5.05.2025-ci il tarixli məktubuna əlavə edilmiş *0 mart *986-cı il tarixli, **2 nömrəli doğum haqqında Akt qeydininin təsdiq olunmuş surətindən görünür ki, atası Ərizəçi, anası X8 olan X7 24 fevral *986-cı il tarixində Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında *0 mart *986-cı il tarixdə **2 saylı akt qeydi tərtib olunmuşdur.
8. *4 saylı şəhər xəstəxanasının uşaq poliklinikasından verilmiş 25.08.*987-ci il tarixli arayışdan görünür ki, Ərizəçi uşağı *986-cı il təvəllüdlü X7 pnevmoniya səbəbindən **.06.*987-ci il tarixində vəfat etmişdir.
9. Qobustan RİHB-nın Sündü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 326 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, *986-cı ildə doğulmuş mərhum X7 **.06.*987-ci il tarixdə vəfat etmiş və o, Qobustan rayon Sündü kənd qəbirstanlığında dəfn olunmuşdur.
10. * nömrəli Birləşmiş şəhər xəstəxanasından ünvan ünvanlanmış ** fevral 2025-ci il tarixli, *8-*-*-76/2-66/2025 saylı məktubdan görünür ki, 24.02.*986-cı il təvəllüdlü Bakı şəhərində anadan olan X3 **.06.*987-ci il tarixdə ölüm hadisəsi həmin müəssisədə qeydə alınmadığına görə yaxın qohumlarının məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur.
11. Bakı şəhəri Maraqlı şəxs 06 fevral 2025-ci il tarixli, 3-*6-5/8-*5-*7*/2025 saylı məktubundan görünür ki, X3 ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
12. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 3-*6-5/8- 69-*63 saylı arayışdan görünür ki, 24.02.*986-cı ildə Bakı şəhərində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
13. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış ** mart 2025-ci il tarixli 3-*6-5/8-*5-345/2025 saylı məktubda qeyd olunmuşdur ki, X3 doğumu haqqında arayışın alınması üçün həmin şəxs özü və ya notariat qaydasında təsdiq olunmuş etibarnaməsi əsasında səlahiyyətli nümayəndəsi müraciət edə bilər. Bu səbəbdən X3 doğumu haqqında arayışın istənilməsi ilə bağlı müraciətə cavab verilməsi mümkün deyildir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
14. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.
16. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının
18. *.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
19. *.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 3*0.*-ci maddəsi).
20. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
21. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
22. 9.4-cü bəndinə əsasən, çəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, X7 24 fevral *986-cı il tarixində Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində doğulmuş, onun atası Ərizəçi, anası X4r. X7 **.06.*987-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Qobustan rayon Sündü kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin * nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən ölüm haqqında tibbi araryış verilməsindən imtina olunmuşdur. Həmçinin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından da Maraqlı şəxs tərəfindən X3 ölümünün dövlət qeydiyyatına alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. (§ 7-*3)
25. Həmçinin məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də 24 fevral *986-cı il təvəllüdlü X3 **.06.*987-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Qobustan rayon Sündü kənd qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır. (§ 4-5)
26. Beləliklə məhkəmə araşdırması nəticəsində sübut edilmişdir ki, 28 iyul *98*-ci il təvəllüdlü X6 ** iyun *987-ci il il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin onun ölümü ilə bağlı sənədləşmə işləri lazımi qaydada aparılmamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsi tərəfindən X3 ölümünün dövlət qeydiyyatına alınması mümkün olmamış və nəticədə ərizəçiyə qızının ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. X* ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsi onun vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsindən asılıdır.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 24 fevral *986-cı il təvəllüdlü X3 **.06.*987-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. 24.02.*986-cı il təvəllüdlü X3 **.06.*987-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov