Məhkəmə qərarları › İş №2(003)-2049/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2049/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2049/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək arvadı *3.*2.*98*-ci il təvəllüdlü X* xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi göstərdi ki, arvadı X3 xx.xx.2025-ci il tarixdə təxminən gecə 00:00 radələrində yaşadıqları evdə vəziyyəti pisləşərək vəfat etmişdir. X9 gəlsə də, artıq gec idi, arvadı vəfat etmişdir. X3 xəstə deyildi. Onu Binə qəbirstanlığında dəfn ediblər. Baş daşı hələ qoyulmamışdır. Ölüm faktının qeydə alınması üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin arvadı X2 tanıyırdı, 2 aydan çoxdur ki, rəhmətə gedib. Gecə saatlarında rəhmətə getmişdir, Binə qəbirstanlığında dəfn olunmuşdur. Özü bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin arvadı X2 tanıyırdı, xx.xx.2025-ci il tarixdə gecə saatlarında rəhmətə gedib. Binə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Vİİİ-ЖГ seriyalı 354233 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 *3.*2.*98*-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı **3442 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 *4.07.2005-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayon VVADQ şöbəsində nikaha daxil olmuşlar. Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixli çağırışa əsasən həkim gələnə qədər X3 ölmüşdür. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X** “Bakı Baş Səhiyyə Mərkəzi” X** 4 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2025-ci il tarixli, *8-*-*-99/3-92/2025 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış *3.*2.*98*-ci il təvəllüdlü X* xx.xx.2025-ci il tarixdə Təcili və X4 tərəfindən həkiməqədər ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin ölüm səbəbi məlum olmadığına görə TSQ№*06 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Bakı şəhəri, Xəzər rayonu Binə Bələdiyyəsinin 40* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 30 mart 2025-ci ildə vəfat etmişdir. Mərhum Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-*6-5/8-*5- 47*/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, X3 ərizəçinin arvadı olmuşdur. Həmin şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara görə hesab edir ki, ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi arvadının ölüm faktının müəyyən edilməsindən asılıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum arvadı X* xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *3.*2.*98*-ci il tarixdə Bakı şəhərində doğulmuş X* xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar