Məhkəmə qərarları › İş №2(003)-2066/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2066/2024

15.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2066/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2003-cü il tarixdə 9 saylı X3 Sazişi bağlanmışdır. İşin halları ondan ibarətdir ki, Mediasiya prosesi keçirilərkən 04 oktyabr 2023-cü tarixli “Barışıq sazişi”nə əsasən tərəflər razılaşdılar ki, birgə nikahdan doğulmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək Ərizəçi himayəsinə verilsin. Tərəflər razılaşdılar ki, ikinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ona, yəni Ərizəçi alimenti işlədiyi zaman ödəyəcək. Barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs “AGROFEED” Məhdud Məsuliyyətil Cəmiyyətdə bölmə rəhbəri vəzifəsində işləyir. Yüksək əmək haqqı alır. Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə əməl edilməmiş, bu günə kimi barışıq sazişi icra olunmamışdır. Cavabdeh barışıq sazişinin könüllü icrasından qərəzli olaraq yayınması məhkəməyə müraciət etmək zərurətini yaratmışdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs ərizəni etiraf etməyərək öz izahatında bildirdi ki, iddiaçı dəfələrlə uşaqları və onu tək qoyaraq ölkəni tərk etmişdir. Daha sonra aralarında barışıq olmuşdur. Əmlakları satılmış və ailə borcları ödənilmişdir. İddiaçı uşaqları qoyub getmişdir. Ərizənin təmin olunmasına etiraz etdi. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş AZ-T seriylı 042557 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X4 xx.xx.2014cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Nikahdan sonra arvada “Bayramova” soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan MŞB/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, ... 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Ananın) himayəsinə verilsin. 1.3 Tərəflər razılaşdılar ki, İkinci Tərəf (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Birinci Tərəfə (Anaya) alimenti işlədiyi zaman ödəyəcək. ... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi himayəsinə verilmiş, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Ərizəçi alimenti işlədiyi zaman ödəyəcək. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri təsdiq edilməli, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi himayəsinə verilməli, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Ərizəçi alimenti işlədiyi zaman ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri təsdiq edilsin. xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi himayəsinə verilsin. Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Ərizəçi alimenti işlədiyi zaman ödəsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar