Məhkəmə qərarları › İş №2(003)-2077/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2077/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2077/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 04.03.*972-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı 04.03.*972-ci il təvəllüdlü X9 xx.xx.2024cü il tarixdə Bakı şəhərində qaraciyər xəstəliyindən vəfat edib. Evdə daimi müalicələr almışdır. Lakin polilinikada qeydiyyatda olmadığından həkim tərəfindən onlara ölüm şəhadətnaməsinin alınması üçün hər hansı sənədin verilməsi mümkün olmamışdır. Bu səbəbdən qanunla müəyyən olunmuş müddəti ötürdüyündən məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni qəbul edib mahiyyəti üzrə baxılmasını, 04.03.*972-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X* ifadəsində bildirdi ki, Əlzamin Maisin yanında yaşamışdır. O, qaraciyər xəstəliyindən əziyyət çəkmiş, hepatit C xəstəsi olmuş, qarnına maye yığılmışdır. Müalicə olunmuşdur. Əlzamin heç bir yerdə işləməmişdir. xx.xx.2024-cü il tarixdə Əlzamin vəfat edən zaman o, onun yanında olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Əlzamin qaraciyər xəstəliyindən əziyyət çəkmiş, qarnında ləkələr olmuş, ayağı şiş olmuşdur. xx.xx.2024-cü il tarixdə Əlzamin vəfat edən zaman o, onun yanında olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Maisin qonşusudur. Əlzamin qaraciyər xəstəliyindən əziyyət çəkmişdir. O, heç bir yerdə işləməmiş, təqaüd almışdır. xx.xx.2024-cü il tarixdə Əlzamin vəfat etmişdir. Həmin vaxt o, işdə olmuş və evinə gələn zaman hadisə barədə məlumatı olmuşdur Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 25.06.*97*-ci ildə doğulmuşdur. X3, anası X2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 04.03.*972-ci ildə doğulmuşdur. X3, anası X2r. İş materiallarında olan 5*/07 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan 494 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi qardaşı mərhum X9 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Təcili və X6 Stansiyası ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, X4 adına çağırış olmuşdur. İş materiallarında olan 3-*6-5/8-*5-M-440/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs X4 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil.Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının *62 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozu ünvanında yaşamış 04.03.*972-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə X*3 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. İş materiallarında olan qəbir daşının fotoşəkillərindən görünür ki, 04.03.*972-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə X4 xx.xx.2024cü il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum qardaşı X4 xx.xx.2024-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04.03.*972-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərinda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar