Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2094/2021 08.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mülkiyyətində olan “Reno Tondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan olan “Reno Tondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh aralarında olan razılaşmaya görə 22.01.2018-ci il tarixli 7E-995 nömrəli etibarnamə əsasında 8000 manat pula satmış 8000 manatdan 1000 manat pul vəsaitini ödəsə də, 7000 manatın bu günə kimi ödəməmişlər. Cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq 7000 manat pul vəsaitini ona ödəməkdən imtina etdiyinə görə 22.01.2018-ci il tarixli 7E-995 nömrəli etibarnaməni 14.03.2018-ci il tarixdə ləğv elətdirsə də, nə qalan pulu, nə də “Reno Kondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini ala bilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdhə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şıhadıtnamısindən görünür ki, “Reno Tondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili AB 968887 nömrəli şəhadətnamə əsasında İddiaçı sahibliyindədir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 02.10.2019-cu il tarixli 016-89394Ə-3219 nömrəli məktubunda qeyd edilmişdir ki, Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində həmin avtomobilə dair verilmiş etibarnamənin ləğvi barədə məlumat mövcuddur. Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminin məlumtına əsasən həmin avtomobil etibarnamə ilə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında yaşayan vətəndaş X1 verilməsi nəzərə alınaraq müraciətiniz səlahiyyət daxilində baxılıb tədbir görülməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinəəsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinəəsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmişəsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı sahibliyində olan “Reno Tondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh satmışdır. Tərəflər arasında olan razılşma əsasında sonuncu ilik olaraq 1000 manat ödəniş etmişdir. İddiaçı “Reno Tondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 22.01.2018-ci il tarixli 7E-995 nömrəli etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. Sonuncu 7000 manat qalıq borcu ödəmədiyi üçün İddiaçı tərəfindən verilmiş 22.01.2018-ci il tarixli 7E-995 nömrəli etibarnaməni 14.03.2018-ci il tarixdə ləğv etdirmişdir. Lakin Cavabdeh tərəfindən ona nə “Reno Tondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, nə də qalıq borc qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Reno Tondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Reno Tondar” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2094/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2094/2021
08.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver