Məhkəmə qərarları › İş №2(003)-2104/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2104/2022

02.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2104/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *9 yanvar *96*-ci il təvəllüdlü X* 4 sentyabr 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mülki iş üzrə onun əsl ərizəçi X8 ilə əvəz edilməsini, onun X2 qanuni nümayəndəsi kimi işdə iştirak etməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, Xəzər rayonu, Türkan qəsəbəsində müvəqqəti qeydiyyatsız yaşayır. 20*2-ci ildən X9 ilə faktiki nikah münasibətində olmuşdur. 27.08.20*3-cü il tarixdə bu münasibətdən oğlum X8 dünyaya gəlib. X9 02.**.20*3-cü ildə atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən uşağın rəsmi olaraq atası olduğunu qeyd etmişdir. *2.09.202*-ci il tarixdə X9 ürək ağrısı səbəbindən ev şəraitində ölmüşdür. Onun ölümünü sübut edən sənəd yoxdur. Qeyd olunanlara əsasən, *9 yanvar *96*-ci il təvəllüdlü X3 4 sentyabr 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mülki iş üzrə onun əsl ərizəçi X8 ilə əvəz edilməsini, onun X2 qanuni nümayəndəsi kimi işdə iştirak etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi iddia tələbinə uyğun izahat verərək,bildirdi ki, mərhum 27.08.20*3-cü il təvəllüdlü X4 atası olduğundan onun ölümü kağızı uşağın sənədləşmə işlərinə lazımdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etdiyini, buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qaynı arvadıdır. Bəhlul onun qaynı olmuşdur. Pərvanə Bəhlulun qeyri-rəsmi arvadı olub. Bəhlul 4 sentybar 202*-ci ildə vəfat edib. O, yasda iştirak edib, Bəhlul Türkanda dəfn olunub, öləndə yanında olmamış, polis, təcili yardım yanında olmuşlar. Digər şahid X*2 məhkəməyə bildirmişdir ki, mərhumun bacısıdır. Pərvanə Bəhlulun ikinci ailəsidir, birinc ailəsindən dörd uşağı var idi. Bəhlul ata evində qalırmış, oğlu və gəlini ilə yaşamışdır. Ölənə yaxın bacısı Təranə zəng edib deyib ki, qardaşları vəfat edib. Polis, təcili yardım gəlmişdir, 04 sentyabr 22*-ci ildə vəfat etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.*-ci və *.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 27.08.20*3-cü il təvəllüdlü X4 atası X6r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə yönləndirilmiş cavabından görsənir ki, X*6 rayonunun Türkan qəsəbə icra nümayəndəliyində tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının X*3, anasının isə X** olduğu məlum olmuşdur. Zülfixarov Bəhlulun 06.03.0*984-cü il tarixdə Maraqlı şəxsndə *2.0*.*996-cı il təvəllüdlü X*5 ilə bağlanmış nikahının pozulması *9.*0.20*2-ci ildə həmin qurumda dövlət qeydiyyatına alınmışdır. Onların birgə nikahından *7.0*.*985-ci ildə Nüranə Zülfixarova, 0*.09.*986-cı ildə Tamilə Zülfiqarova, 0*.03.*988-ci ildə Bəhram Zülfiqarov,*4.06.*998-ci ildə Hüseyn Zülfiqarov doğulmuşdur. Zülfixarov Bəhlulun xx.xx.*980-ci il təvəllüdlü Ərizəçi ilə faktiki nikah münasibətindən doğulmuş 27.08.20*3-cü il təvəllüdlü Zülfüxarlı Bəhruzun doğumu və atalığının müəyyən edilməsi Astara rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 26.**.202*-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında həkim arayışı olmadığı üçün X7 ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *9 yanvar *96*-ci il təvəllüdlü X3 4 sentyabr 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 2*7.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. *9 yanvar *96*-ci il təvəllüdlü X3 4 sentyabr 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar