Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2113/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh1 İspəndiyar qızının nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İspəndiyar qızına, X6 və X5 qarşı əmlak tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İspəndiyar qızına, X6 və X5 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən mağaza kimi işlətdiyi tikilinin ona qaytarılması və ona məxsus olan, ərizəsində sadaladığı əmlakın 620 (altı yüz iyirmi) manat məbləğində dəyərini cavabdehlər X2, X3 və Cavabdeh3 onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 mart 2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 İspəndiyar qızı, X6 və X1 qəsəbəsində yerləşən istifadəsində olan mağazanın giriş qapısının qıfılını qıraraq qanunsuz mağazaya daxil olmuş və orada olan əmlakını talamışlar. Onların əməllərini cinayət kimi qələmə verdiyinə görə Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə şikayət ilə müraciət etmişdir. Araşdırma zamanı obyektə polis əməkdaşının iştirakı ilə baxış keçirən zaman müəyyən etmişdir ki, aşağıda sadaladığı əmlakı yoxdur: l ədəd istilik sobası — 250 manat; 1 ədəd tikiş maşını — 60 manat; 1 ədəd saç ütüsü — 60 manat; 6 ədəd dibçək — 22 manat; 1 ədəd böyük vanna — 18 manat; 12 ədəd işıqlandırma lampası — 60 manat; mağazanın reklamı — 100 manat; 17 ədəd lambir — 30 manat; 16 ədəd taxta reykası — 20 manat; cəmi 620 (altı yüz iyirmi) manat dəyərində Polis orqanına verdiyi şikayətinə cavab olaraq ona cinayət başlanmasının rədd edilməsi haqqında qərar təqdim olundu. Cavabdehlərdən ona məxsus əmlakını ona qaytarmağını tələb etmişdir, lakın əşyalarının könüllü qaytarmaq niyyətləri yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən mağaza kimi işlətdiyi tikilinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 İspəndiyar qızının nümayəndəsi X11 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, idiaçının qeyd olunan tikiliyə hər-hansı aidiyyatı yoxdur. Belə ki, iddiaçınıntələb etdiyi tikili Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanıdadır. Həmin ünvanda 2 qaraj vardır. Həmin qarajlardan biri mülkiyyət hüququ ilə Cavabdeh1yə məxsusdur. İddiaçını tələb etdiyi tikilidə (qaraj) cavabdeh Naziləyə aiddiar. İddiaçı cavabdeh Nazilənin qızı Cavabdeh3 keçmiş əridir. Sadəcə mübahisəli tikili (qaraj) Nazilən istifadəsində olmuş, o, oranı keçmiş kürəkəni- İddiaçı müvəqqəti istifadəyə vermişdir. Lakin, mübahisəli tikilinin (qaraj) hər-hansı sənədi yoxdur. Cavabdehlər X6 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, iddiaçını tanıyır, Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən qarajı təmir etmişdir. Təmir xərclərini İddiaçı çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, iddiaçıya Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən tikilinin təmiri üçün material satmışdır. Təmirdən sonra iddiaçı oranı mağaza kimi işlətmiş və ondan orada satmaq üçün mal almışdır. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər RPİ–nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru İman İmranov tərəfindən qəbul edilmiş 17.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında Cavabdeh1 İspəndiyar qızı və X6 barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* qeydiyyat nömrəli 19.01.2012-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 18.01.2012-ci il tarixli, **********70-10301 saylı texniki pasportun surətindən görünür ki, ünvan 3 Cavabdeh1 adına qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı mübahisəli tikilinin mülkiyyətçisi deyildir. Ona görə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmadığından, iddiaçının mövcud iddiası əsassızdır. Beləki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli tikilinin (qarajın) üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız mübahisəli tikilinin (qarajın) məhz ona məxsus olduğunu və ya tikili (qaraj) ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən tikilinin (qarajın) üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi tikiliyə (qaraj) dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tikiliyə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İspəndiyar qızına, X6 və X5 qarşı – Bakı şəhəri, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən mağaza kimi işlətdiyi tikilinin ona qaytarılması barədə iddiası təmin edilməsiin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2113/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2113/2021
02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver