Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2126/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək babası X3 28.03.*978-ci il tarixdə Bakı şəhərində, nənəsi X6 30.*0.*987-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, babası X7 28.03.*978-ci ildə Bakı şəhərində, nənəsi X*4 30.*0.*987-ci ildə Bakı şəhərində vəfat etdikdən sonra Nardaran qəbiristanlığında dəfn olunublar. O babasından ona qalan mirasa vərəsəlik hüququnu həyata keçirmək istəyir, lakin onun babasının və nənəsinin ölüm haqqında şəhadətnamələri yoxdur. O, babasının və nənəsinin ölüm haqqında şəhadətnamələrini almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm faktını təsdiq edən tibbi müəssisənin müvafiq sənədi olmadığından ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X8 bildirmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ T seriyalı 307396 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2* 23.08.*975-ci ildə Bakı şəhərində anadan olmuşdur. X*, anası X*5r. İş materiallarına əlavə edilmiş АЗ seriyalı *573265 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *9.*0.*953-cü ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası X*0r. İş materiallarına daxil olan AZ-İİ seriyalı **670* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28.*0.2020-ci il tarixdə Bakı şəhərində ağciyər emboliyası səbəbindən vəfat etmişdir. İş materiallarında olan 2 ədəd fotoşəkildən görünür ki, X3 qəbirinin baş daşı üzərində “*908-*978”, X6 qəbirinin baş daşı üzərində “*92*-*987” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan QMİ-nin Sabunçu və Pirallahı üzrə qazısı X*6 xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, X7 07.0*.*908-ci ildə Bakı şəhərində anadan olub, 28.03.*978-ci ildə vəfat edib və Nardaran qəbirstanlığında dəfn olunub. X*4 **.06.*920-ci ildə Bakı şəhərində anadan olub, 30.*0.*987-ci ildə vəfat edib və Nardaran qəbirstanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin babası X7 o oraya gəlin köçən vaxt *978-ci ildə Bakı şəhərində vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimində iştirak etmişdir. Ərizəçinin nənəsi X** tanıyırdı, *987-ci ildə Bakı şəhərində vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 bildirmişdir ki, ərizəçi onun 50 ildən çoxdur ki, qonşusudur. Ərizəçinin babası X5 tanıyırdı, *978-ci ildə Bakı şəhərində vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Ərizəçinin nənəsi X** tanıyırdı, *987-ci ildə Bakı şəhərində vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumların nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi babasının və nənəsinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi babası X3 28.03.*978-ci il tarixdə Bakı şəhərində, nənəsi X6 30.*0.*987-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. Ərizəçi babası X3 28.03.*978-ci il tarixdə Bakı şəhərində, nənəsi X6 30.*0.*987-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2126/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2126/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver