Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2139/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, *947-ci il təvəllüdlü xalası X* 30.*0.*0**-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xalası X4 30.*0.*0**-ci il tarixdə 74 yaşında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq sahəsi * ünvanında yerləşən evdə ölmüşdür. Xalası onunla birlikdə yaşamışdır. Hadisə vaş verən gnü təcili yardıma müraciət etmişlər və onlar tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həmçinin dəfn mərasimində qonşular və qohumlar iştirak etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, xalası, əvvəllər evli olmuş, lakin uşağı olmadığına görə boşanmışdır. Xalası ömrünün son gününə kimi onunla yaşamışdır. Xalasının ölüm faktının müəyyən edilməsi ona istifadəsində olan əmlakın müəyyən sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X*0 bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin xalası X4 *0**-ci ilin oktyabr ayının son günlərində ölmüş, o da bir qonşu kimi yas mərasimlərində iştirak etmişdir. Süsən İsmayılovanın səhətində problemlər olmuş və hərəkət edə bilməmişdir. Mərhum, Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirdi ki, o, ərizəçinin əridir. Arvadının xalası X4 onlarla birlikdə yaşamış və şəkər xəstəsi olmuş, bu səbəbdən də ölmüşdür. Süsən İsmayılova 30.*0.*0**-ci il tarixdə ölmüşdür. Həmin vaxtı təcili yardım çağırılmışdır, lakin təcili yardım gələnə kimi Süsən İsmayılova artıq ölmüşdür. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs*nə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE 036*6*66 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 *5.04.*947-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuşdur. İş materiallarında olan Təcili və Təxirəsalınmaz Tibbi yardım stasniyasının *0 saylı bölməsi tərəfindən verilmiş 30.*0.*0**-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə Xəzər rayonu Binə Atçılıq İİ sahə ünvanı X* adına çağırış ilə əlaqədar həkimə qədər ölüm, qadın cinsli meyitin aşkar edildiyi qeyd edilmişdir. İş materiallarında olan *8 nömrəli Birləşmiş şəhər xəstəxansı tərəfindən verilmiş *7.0*.*0**-ci il tarixli “ölüm haqqında Tibbi şəhadətnamənin verilməsindən imtina” məktubundan görünür ki, son 3 ay ərzində ölümünə səbəb olan xəstəliklə poliklinikaının həkiminə müraciət etmədiyinə görə forma *06 verilməmişdir. Ölüm səbəbi olan diaqnoz poliklinikanın həkiminə məlum deyil. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs* tərəfindən verilmiş *5.0*.*0**-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Kəngərli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş **.0*.*0**-ci il tarixli çıxarışdan görünür ki, X3, 0*.0*.*955-ci il tarixdə doğulmuş, atası İsmayılov Həsən K.Hüseyn oğlu, anası isə X*r. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Kəngərli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş **.0*.*0**-ci il tarixli çıxarışdan görünür ki, X7 ilə X3 arasında *8.0*.*978-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Naxçıvan MR Ədliyyə Nazirliyinin Şərur rayon Nikah evi tərəfindən verilmiş *6.08.*0**-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, X* atası atası X5, anası isə X*r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.*-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.*.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** aprel *0*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.*.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X* ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi xalası X* 30.*0.*0**-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə *5.04.*947-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş X* 30.*0.*0**-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **6-**0 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *5.04.*947-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş X* 30.*0.*0**-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2139/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2139/2022
06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver