Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2143/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyun 2022-ci il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi və aliment məbləğini həmin gündən hesablanaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında olan nikah Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 2 (003)-2938/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İşin halları ondan ibarətdir ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 mənim himayəmə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mediasiya prosesi keçirilərlən 23 iyun 2022-ci il tarixli “Barışıq sazişi”nə əsasən birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin ödənilməsi və həmin uşağın onun himayəsində saxlanılmasına razılaşmışdır. Daha sonra, o, Bakı şəhəri Xəzər rayon Məhkəməsində Maraqlı şəxs qarşı nikahın pozulması uşağın himayədə saxlanılması tələbinə dair iddia ərizəsi ilə mürüaciət etmişdir. İddia ərizəsi təmin edilmiş, nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaq onun himayəsində saxlanılmışdır. Lakin birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs ilə aralarında olan 23 iyun 2022-ci il tarixli “Barışıq sazişi”nə əsasən ödəməli olduğu 200 manat sabit pul məbləğində alimenti bu günədək ödəməmişdir. Belə ki, Maraqlı şəxs ilə aralarında 23 iyun 2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi” icra edilmir. Maraqlı şəxs 23 iyun 2022-ci ildən bu günədək aliment ödəməmişdir. Barışıq sazişi bağlandıqdan sonra cavabdeh tərəfindən sazişin şərtlərinə əməl edilməmiş, bu günə kimi barışıq sazişi icra olunmamışdır. Cavabdeh barışıq sazişinin könüllü icrasından qərəzli olaraq yayınması məhkəməyə müraciət etmək zərurətini yaratmışdır. Qeyd edir ki, bu günədək ödənilməli olan lakin ödənilməyən aliment məbləği 2200 (iki min iki yüz) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.2008-ci ildə doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah qeydi xx.xx.2022-ci ildə pozulmuşdur. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Maraqlı şəxs razılaşırlar ki, Əzizbəyov rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 yanvar 2009-cu il tarixdə 35 № ilə qeydə alınmış nikah pozulsun. Bunun üçün Birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. Tərəflər razılaşırlar ki, xx.xx.2008-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanılsın. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 üçün X2 xeyrinə hər ay 200 (iki yüz) manat sabit məbləğdə aliment ödəsin, Maraqlı şəxs övladı xx.xx.2008-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə və ya bazar günü ünsiyyətdə olmaqla görüşsün. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 200,0 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə Xəzər Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2143/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2143/2023
01.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver