Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2146/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi 03.*2.*967-ci il təvəllüdlü qardaşı X* 06.02.*996-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 03.*2.*967-ci il təvəllüdlü qardaşı X2 onun doğma qardaşıdır. Mərhum qardaşı vəfat etdiyi - 06.02.*996-cı il tarixə qədər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə *, ev 69 ünvanında yaşamışdır. Həmçinin qeyd etmişdir ki, qardaşı yaşadığı müddətdə subay olmuşdur. Mərhum qardaşında kəmağıllılıq və psixi xəstəliyinin olduğunu qeyd etmişdir. 06.02.*996-cı il tarixdə qonşular xəbər vermişdirlər ki, qardaşı X2 evlərinin yanından keçən tramvay yolundan piyada keçərkən və tramvayın onu vurması nəticəsində dünyasını dəyişmişdir. Həmçinin qonşular və qohumlar mərhumun dəfn mərasimində iştirak etmişlər. Mərhumu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hal-hazırda mərhumun və ərizəçinin atasına - Məmmədov Məhəmmədəliyə məxsus evin sənədləşmə işlərinin aparılması üçün X* ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qardaşının ölüm faktının müəyyən edilməsi ərizəçiyə və ailəsinə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də, qardaşı 03.*2.*967-ci il təvəllüdlü X2 06.02.*996-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Mərhum vəfat edən gün qonşuların səs-küyünü eşitdiyini bildirmiş və sonra öyrənmişdir ki, mərhum tramvay yoluna çıxmış və tramvayın onu vurması nəticəsində vəfat etmişdir. Daha sonra mərhumu dəfn etmək üçün qəbirstanlığa aparmışlar. Mərhum subay idi, mərhumda psixoloji xəstəlik və biraz kəmağıllılıq mövcud idi. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, mərhumun bacısıdır. Mərhum vəfat edən zaman işdə olmuşdur. Evdəkilər ona zəng edərək qardaşının vəfat etdiyini bildirdikdən sonra o, işdən çıxaraq evə getmişdir. Həmçinin mərhum qardaşının psixi xəstəliyinin olduğunu, subay olduğunu da qeyd etmişdir. Dəfndə iştirak etmişlər. Mərhum Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; A3 *466*54 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03.*2.*967-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-*6-5/8-*5-M-650/23 saylı məktubundan görünür ki, X* ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 29 nömrəli şəhər xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış *6.05.2023-cü il tarixli 2** saylı məktubdan görünür ki, mərhum 03.*2.*967-ci il təvəllüdlü X2 29 saylı BŞX-da tibbi qeydiyyatda olmadığına görə ona ölüm haqqında şəhadətnamə /AZS-*06/ verilməmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş qəbirüstü abidənin foto şəklində qeyd edilmiş yazlar: X2 3.Xİİ.*967 – 6.İİ.*996. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 03.*2.*967-ci il təvəllüdlü X* 06.02.*996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 03.*2.*967-ci il təvəllüdlü X* 06.02.*996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2146/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2146/2023
18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver