Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2188/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi”nin təsdiq edilməsinə və aliment məbləğinin həmin gündən hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında olan nikah Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 2(003)-1110/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2015-ci təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 onun yanında saxlanılması qət edilmişdir. İşin halları ondan ibarətdir ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mediasiya prosesi keçirilərkən xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”nə əsasən birgə nikahdan doğulmuş xx.xx.2015-ci təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin ödənilməsi məhkəmənin müəyyən edəcəyi gündən başlayaraq hesablanmasına razılaşmışdır. Daha sonra mən Bakı şəhəri Xəzər rayon Məhkəmsində Maraqlı şəxs qarşı nikahın pozulması uşağın himayədə saxlanılması tələbinə dair iddia ərizəsi ilə mürüaciət etmişdir. İddia ərizəsi təmin edilmiş, nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar onun himayəsində saxlanılmışdır. Lakin birgə nikahdan doğulmuş xx.xx.2015-ci təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs ilə aralarında olan xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”nə əsasən ödəməli olduğu 200 manat sabit pul məbləğində alimenti bu günədək ödəməmişdir. Belə ki, Maraqlı şəxs ilə aralarında olan “Barışıq sazişi” icra etmir. Maraqlı şəxs bu günədək aliment ödəməmişdir. Barışıq sazişi bağlandıqdan sonra cavabdeh tərəfindən sazişin şərtlərinə əməl edilməmiş, bu günə kimi barışıq sazişi icra olunmamışdır. Cavabdeh barışıq sazişinin könüllü icrasından qərəzli olaraq yayınması səbəbindən məhkəməyə müraciət etmək zərurətini yaratmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərk bildirdi ki, Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən ona 200 manat aliment verməlidir. Lakin Maraqlı şəxs alimenti ödəməyəcəyini bildirir. Ona görə də ərizəsinin təmin olunmasını xahiş etdi. Ərizəyə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının mediatoru X11 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs arasında birgə nikahdan doğulmuş övladları (ananın himayəsində olan) xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi Maraqlı şəxs Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə hər ay 200 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürməsinə razı olması barədə barışıq sazişi bağlanmışdır. Həmçinin həmin Sazişin 6-cı bəndindən görünür ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflə üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilmyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1110/2024 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2025-ci il tarixdə 289 nömrəli alt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması qət edilmişdir. -doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin alimentin ödənilməsindən ibarət olmasını, barışıq sazişi üzrə üzərinə öhdəlik götürümüş şəxsin bu öhdəliyin yerinə yetirməsindən yayınmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının mediatoru X11 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli, alimentin ödənilməsi barışıq sazişi imzalandığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının mediatoru X11 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin: - birgə nikahdan doğulmuş övladları (ananın himayəsində olan) xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi Maraqlı şəxs Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə hər ay 200 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürməyə razıdır. Alimentin ödənilməsi barışıq sazişi imzalandığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2188/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2188/2025
29.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver