Məhkəmə qərarları › İş №2(003)-2191/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2191/2022

07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2191/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*967-ci il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. *984-cü ildə ünvan 1 ünvanında yaşamışdır. Mərhum qızı X5 *988-ci ildə Bakı şəhərində doğulmuşdur. X*3 epilepsiya xəstəliyindən əziyyət çəkirdi və o 34 yaşında xx.xx.2022-ci il tarixdə ölmüşdür. Hazırda mərhum qızının ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı ona lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X** ifadəsində bildirdi ki, X5 onun həyat yoldaşı olub. Onlar üç ildir ki, boşanmışdılar. Sahilə Şirinova epilepsiya xəstəliyindən əziyyət çəkirdi. O, 04 may 2022-ci il tarixdə evdə olarkən qəflətən vəfat etmişdir. Sahilə Şirinova həm də onun xalası qızıdır. Məhkəmədə şahid qismində dindirilmiş X** ifadəsində bildirdi ki, X5 onun bacısı idi. Bacısı Şirinova epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Onun 04 may 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyanmamış və vəfat etdiyini bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Velıeva Elnara ifadəsində bildirdi ki, Ərizəçi gəlinidir. Bir ildir ki, ailə qurmuşdur. Sahilə vəfat etdiyi gün səhər saatlarında o işə gedirdi, işə çatanayaxın xəbər çatdı ki, Sahilə vəfat edib və o geri dönmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, Ərizəçi qonşusudur. Sahilə Şirinova epilepsiya xəstəliyindən əziyyət çəkirdi. O, 04 may 2022-ci il tarixdə evdə olarkən qəflətən vəfat etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 2*.04.*988-ci ildə doğulmuşdur. X*, anası Ərizəçidır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTB-nin vətəndaşlara xidmət idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 26 nömrəli arayışında qeyd edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı Polis bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 064-7750Q-*222 nömrəli arayışda Sumqayıt şəhəri *7 mkrorayon ev 49 ünvanında qeydiyyatda olan Binəqədi rayonu 28 May qəsəbəsi fərdi ünvanda yaşayan X5 yaşadığı evdə epilepsiya xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 3*.05.2022-ci il tarixli, 05/*5-683 nömrəli məktubunda qeyd edilmişdir ki, ölüm haqqında həkim arayışı olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidr. İş materiallarında olan nikahın pozulması arədə şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 arasında bağlanmış nikah Sumqayıt şəhər Məhkəməsinin 08.0*.2020-ci il tarixli qətnaəsi ilə pozulmuş, nikah pozulduqdan sonra arvada Qurbaonva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X2 xx.xx.2022-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçinun mərhum qızı X2 xx.xx.2022-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 2*.06.*988-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 04 may 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar