Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2191/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi 09.02.*98*-ci il təvəllüdlü oğlu X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda yuxarıda qeyd edilən ünvanda öz ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum oğlu X5 09.02.*98*-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum oğlu xx.xx.2024-cü il tarixdə şəkər xəstəliyi ilə bağlı 43 yaşında evdə olaraq qəflətən vəfat etmişdir. Oğlu vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üzvüləri və o lazımı qədər bilmədiyindən evə həkim gələnə kimi onun mərhum oğlu artıq vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Yeni Suraxanı qəsəbəsində yerləşən qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda onun mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi dəfn pulu almaq ilə bağlı ona lazımdır. Oğlunun ölüm faktını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X* ifadəsində göstərmişdir ki, ərizəçi onun qudasıdır. Mərhumda şəkər xəstəliyi olmuşdur. Həmin gün komaya düşmüşdür. Həkimlər gələnə qədər vəfat etmişdir. X7 yerləşən qəbirtsanlıqda dəfn etmişlər. Yas və dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. Mərhum şəkər xəstəsi olmuşdur. İnsulin belə ona kömək etmirdi. Başqa xəstəliyi olmamışdır. Onunla eyni həyətdə yaşamışlar. Yeni Suraxanı qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Dəfndə iştirak etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; AA2*47577 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 09.02.*98*-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-*6-5/8-*5-A-459/2024 №li məktubundan görünür ki, X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2024-cü il tarixli *69 saylı məktubdan görünür ki, mərhum 09.02.*98*-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə X4 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin ölüm səbəbi naməlum olduğu üçün xəstəxanada TQS forma *06 verilməsindən imtina edilmişdir. Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 538 saylı arayışından görünür ki, 09.02.*98*-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 09.02.*98*-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 09.02.*98*-ci ildə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2191/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2191/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver