Məhkəmə qərarları › İş №2(003)-2203/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2203/2020

31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2203/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasınadairərizəiləməhkəməyəmüraciətedərək, xx.xx.1952-ci il təvəllüldlü atası X7 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxx 1952-ci il təvəllüdlü atası X12 xx xxxx 2020-ci ildə ölmüşdür. Bu günə qədər ölümü təsdiq edən sənədi almamışdır. Lakin hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikasına və Maraqlı şəxsnə yazılı ərizə ilə müraciət etmiş, lakin poliklinika arayışı, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinim izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Təcili və X9 Stansiyasının ölüm haqqında xəbərdarlı vərəqəsindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1977-ci il tarixdə doğulmuşdur. Atası X12, anası X5r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X4 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Ramazanova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 504 nömrəli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüldlü X1 yerləşən Dağüstü 1 qəbristanlığında xx.xx.2020-ci il tarixdə dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx- 1217/15 məktubdan görünür ki, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və vətandaşa ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, o, Ərizəçi onun anası, X12 isə babasıdır. Babası onlarla bir yerdə yaşayıb, həmin günü o evdə öz otağımda olmuşdur. Səs eşitdi və otaqdan çıxdığı zaman babasının halının pisləşdiyini görmüş, təcili tibbi yardım çağırmışlar, lakin həkim gələnə kimi artıq babası ölmüşdür. X25 özü qarşılamışdı. Məhkəmə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır, X13 isə atasıdır. Ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar ailəsi ilə birlikdə atası və bacısı ilə birlikdə onların kirayələdiyi evdə yaşayıblar. Atası şəkər xəstəliyindən əziyyət çəkirmiş. Ölməmişdən 10 gün öncə həkimə getmişlər və ayaq damarlarının 30% tutulduğu müəyyən olmuşdur. xx xxxx 2020-ci il tarixdə atasının halı pisləşmiş, təcili tibbi yardım çağırmasına baxmayaraq atası vəfat etmişdir. Məhkəmə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, karantin rejimi ilə əlaqədar ailəsi ilə birlikdə qanatası ilə birlikdə onların kirayələdiyi evdə yaşayıblar. Qaynatası şəkər xəstəliyindən əziyyət çəkirmiş. Ölməmişdən 10 gün öncə həkimə getmişlər və ayaq damarlarının 30% tutulduğu müəyyən olmuşdur. xx xxxx 2020-ci il tarixdə qaynatasının halı pisləşmiş, təcili tibbi yardım çağırlmış, lakin onlar gələnə qədər qaynatası vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X7 xx.xx.2020-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçinun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X7 xx.xx.2020-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxx 1952-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X7 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar