Məhkəmə qərarları › İş №2(003)-2210/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2210/2023

09.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2210/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/2-02109/2023 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 04 fevral 2023-cü il tarixli barışıq sazişinə əsasən X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1955/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay ödənilməli olan 103 manat sabit pul məbləğində alimentin 117 manat artırılaraq (103+117) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti 2-ci tərəf Ərizəçi xeyrinə ödəməyi və həmin 220 manat məbləğində alimenti 01 fevral 2023-cü il tarixdən hesablanmaqla uşağın yetkinlik yaşına çatana kimi hər ayın beşindən gec olmayaraq Ərizəçi Azərbaycan Beynəlxalq Bank ASC-də olan A7081B8A********************6 bank hesabına ödəməsini və ödəniş qəbzini müvafiq icra şöbəsinə təqdim etməsini öhdəsinə götürür. 2-ci tərəf Ərizəçi da bununla razılaşır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək izahatında barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1955/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay ödənilməli olan 103,0 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1955/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə icraata başlamaq qərarı alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/2-02109/2023 saylı barışıq sazişindən görünür ki, 1-ci tərəf Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-1955/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay ödənilməli olan 103 (yüz üç) manat sabit pul məbləğində alimentin 117 (yüz on yeddi) manat artırılaraq (1034117) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti 2-ci tərəf Ərizəçi xeyrinə ödəməyi və həmin 220 (iki yüz iyirmi) manat məbləğdə alimenti 01 fevral 2023-cü il tarixdən hesablanmaqla uşağın yetkinlik yaşına çatana kimi hər ayın beşindən gec olmayaraq Ərizəçi Azərbaycan Beynəlxalq Bank ASC-də olan AZ08İBAZ338010194**********6 bank hesabına ödəməsini və ödəniş qəbzini müvafiq icra şöbəsinə təqdim etməsini öhdəsinə götürür. 2-ci tərəf Ərizəçi da bununla razılaşır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli MŞB/2-02109/2023 saylı barışıq sazişindən görünür ki, 1-ci tərəf Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-1955/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay ödənilməli olan 103 (yüz üç) manat sabit pul məbləğində alimentin 117 (yüz on yeddi) manat artırılaraq (103+117) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti 2-ci tərəf Ərizəçi xeyrinə ödəməyi və həmin 220 (iki yüz iyirmi) manat məbləğdə alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 04 fevral 2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, 1-ci tərəf Maraqlı şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1955/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay ödənilməli olan 103 (yüz üç) manat sabit pul məbləğində alimentin 117 (yüz on yeddi) manat artırılaraq (103+117)=220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti 2-ci tərəf Ərizəçi xeyrinə ödəməyi və həmin 220 (iki yüz iyirmi) manat məbləğdə alimenti 01 fevral 2023-cü il tarixdən hesablanmaqla uşağın yetkinlik yaşına çatana kimi hər ayın beşindən gec olmayaraq Ərizəçi Azərbaycan Beynəlxalq Bank ASC-də olan AZ08İBAZ338010194**********6 bank hesabına ödəməsini və ödəniş qəbzini müvafiq icra şöbəsinə təqdim etməsini öhdəsinə götürür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 1-ci tərəf Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-1955/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay ödənilməli olan 103 (yüz üç) manat sabit pul məbləğində alimentin 117 (yüz on yeddi) manat artırılaraq (1034117) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti 2-ci tərəf Ərizəçi xeyrinə ödəməyi və həmin 220 (iki yüz iyirmi) manat məbləğdə alimenti 01 fevral 2023-cü il tarixdən hesablanmaqla uşağın yetkinlik yaşına çatana kimi hər ayın beşindən gec olmayaraq Ərizəçi Azərbaycan Beynəlxalq Bank ASCdə olan AZ08İBAZ338010194**********6 bank hesabına ödəməsini və ödəniş qəbzini müvafiq icra şöbəsinə təqdim etməsini öhdəsinə götürür. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar