Məhkəmə qərarları › İş №2(003)-2220/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2220/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2220/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəməiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə baxaraq müəyyən e t d i m: Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəməiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi ərizəsində ünvanının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi südçülük sovxozu olmasını göstərmişdir. Lakin, ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi Saatlı rayonu Soltanabad kəndində qeyyatdadır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr şəxsin yaşadığı yer üzrə məhkəməyə təqdim olunur. Ərizəçi ərizəsində poçt ünvanını (faktiki yaşadığı ünvanı) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanı kimi göstərsə də yaşadığı ünvanını (Xəzər rayonunda yaşamasına dair) təsdiq edən sənədləri ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Hesab edirəm ki, cavabdehin ünvanının ərizədə göstərilən ünvan olmasını təsdiq edən sənəd olmadığından, əriznin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün deyildir. Göstərilən qanunvericilik aktı normasına əsasən hesab edirəm ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəməiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar