Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-223/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nərmian oğlunun ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılması, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X1 müharibəsi zamanı gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid ailəsi olduğu üçün Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyətinin başçısının 16.07.1997-ci il tarixli 664 saylı Sərəncama əsasən Mərdəkan qəsəbəsi, Mərkəzi avtobus dayanacağında 3x5 ölçüdə mağazanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 08.05.2007-ci ildə həmin mağazanı işlətmək üçün Cavabdeh 10 illik etibarnamə vermişdir. Etibarnamənin müddəti çoxdandır ki bitməsinə baxmayaraq cavabdeh ona məxsus əmlakdan çıxmaqdan və oranı boşaltmaqdan imtina edir. Bu səbəbdən mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, mübahisə predmeti olan Mərdəkan qəsəbəsi Mərkəzi avtobus dayanacağında yerləşən ona məsus mağazanın Cavabdeh başqa X15 adlı şəxs tərərəfindən işlədiyildiyi məlum olmuşdur. Odur ki, cavabdehlər X15 və Cavabdeh Nərmian oğlunun ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqısatqı köşkündən çıxarılması, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər X15 və Cavabdeh Nərmian oğlunun ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılması, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması və Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pulun onun xeyrinə tutulması bardə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, həmin köşk etibarnamə ilə Cavabdeh verilmişdir. Həmin köşk cavabdehlər X15 və Cavabdeh Nərmian oğlu tərəfindən birgə istifadə edilir və ordan gələn gəlir də öz aralarında bölünür. Cavabdeh nümayəndəsi və vəkili X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh icarəyə vermiş olduğu köşk X11 məxsus olan köşkdür. Həmin köşk Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının 14.07.1997-ci il tarixli 655 nömrəli sərəncam ilə X8 verilmişdir. Həmin köşk sonuncunun oğlu X16 tərəfindən icarəyə verilmişdir. İş üzrə digər cavabdeh X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq və işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının 16.07.1997-ci il tarixli 664 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Mərdəkan qəsəbəsi mərkəzi avtobus dayanacağında şəhid ailəsi İddiaçı Ziyəddin qızına alqı-satqı köşkü üçün 3x5 m2 ölçüdə mağaza tikintisnə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 08.05.2007-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh Əzizbəyov (indiki Xəzər) RİH16.07.1997-ci il tarixli, 664 saylı sərəncamına əsasən ayrılmış Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkünə dair Vergi orqanları ilə sənədləşmə işlərini aparmağı, kod, VÖEN, kassa aparatı almağı, ona çatası kommunal xərcləri ödəməyi Cavabdeh həvalə edilmişdir. Etibarnə 10 il müddətinə, yəni 08.05.2017-ci ilədək verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov (indiki Xəzər) rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 002842 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailəsidir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 24.08.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı qarşı müraciəti əsasında tədqiqat aparlmış və sonuncunun əməlində cinayət tərkibi olmadığından cinayəti işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın obyektlərin mənzillərin icarə qiymətləndirilməsi barədə X6 (VÖEN **********) mütəxəssis kimi vermiş olduğu rəydə Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən 15 m2 ibarət meyvə köşkünün hazırkı vaxta icarə qiyməti 450-550 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 04.03.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi köşk Rəsulov Elman adlı şəxs tərəfindən idarə edilir. Elman qeyd edir ki, bu köşkü 16-17 ildir ki, icarə əsasında Elşən adlı şəxs tərəfindən ona icarəyə verilmişdir. Aktın doğruluğu İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X14, Xəzər RİH-nin nümayəndəsi X17, köşkü icarəyə götürən Rəsulov Elman tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının 14.07.1997-ci il tarixli 655 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Mərdəkan qəsəbəsi mərkəzi avtobus dayanacağında X22 iştirakçısı kimi X8 3x5 m2 ölçüdə mağaza tikintisnə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 03.10.1998-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05.08.1948-ci ildə doğulmuşdur. X3r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinəəsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinəəsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmişəsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinəəsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının 16.07.1997-ci il tarixli 664 nömrəli sərəncamı ilə Mərdəkan qəsəbəsi mərkəzi avtobus dayanacağında şəhid ailəsi kimi İddiaçı Ziyəddin qızına alqı-satqı köşkü üçün 3x5 m2 ölçüdə mağaza tikintisinə icazə verilmişdir. Həmin köşkün istifadəsi ilə əlaqədar olaraq müvafiq hərəkətlərin aparılması sonuncu tərəfindən Cavabdeh həvalə edilmiş və buna dair 08 may 2007-ci ildə10 il müddətinə etibarnamə verilmişdir. Həmçinin məhkəmə tərəfində keçirilmiş yerli baxış zamanı qeyd edilən köşkdə Rəsulov Elman 16-17 il ərzində işləyir, həmin köşkün Elşən adlı şəxs tərəfindən ona icarəyə verildiyi müəyyən edilmişdir. Hazırkı iş üzrə İddiaçı qanunla qorunan hüquqları (adıçəkilən köşkə dair ona verilmiş istifadə hüququ) pozulmuş şəxsdir. İddiaçı onun iradəsi olmadan mübahisəli əmlak üzərində sahiblik hüququndan məhrum edilmişdir. O, cavabdehlər X15 və Cavabdeh Nərmian oğlunun mübahisəli köşk ərazisindən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə Cavabdeh vəkilinin dəlillərinə qiymət verərək qeyd edir ki, təqdim edilən dəlillər əsassızdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının X8 mağaza tikintisi üçün 14.07.1997-ci il tarixli 655 nömrəli sərəncamını təqdim etsə də, həmin köşkün sonuncunun oğlu X16 tərəfindən Cavabdeh istifadəsinə və ya icarəsinə verilmıəsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının iddia tələbinin Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pulun onun xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcm də şərait yaratması nəzərə alınmalıdır. Mülki işin materiallarında və tərəflərin vermiş olduğu izahatından müəyyən edilir ki, iddiaçı Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən istifadə nəticəsində məqsədi mənfəət əldə etmək olmuşdur. İddiaçı bu məqsədlə məhz Cavabdeh etibarnamə vermişdir. Soncu tərəfindən bu vəzifələrin icrası etibarnamənin müddəti ilə bağlı olduğunudan bu müddət 08.05.2017-ci il tarixdə bitmişdir. Belə nəticəyə gəlmək olara ki, həmin dövrdən iddiaçı əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Belə ki, bu müddət ərizində köşk ya istifadəçi İddiaçı qaytarılmalı, ya da müəyyənləşdirilmiş qayda üzrə icarə haqqı ödənilməli idi. Həmçinin yerli baxış zamanı cavabdehlərdən X12 izhatından müəyyən olunmuşdur ki, bu günədək köşkün icarə haqqını X10 ödəyir. Qanunvericiliyin tələblərinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışdan da görünür ki, mübahisəli ərazidə, qeyd edilən ölçüdə köşk üzrə icarə haqqı 450-550 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur və köşk üzrəində istifadə hüquqları təmin edilmədiyi üçün hazırkı müddətdə də əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olumaqdadır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X15 və Cavabdeh Nərmian oğlu İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılmalı, köşk boşaldılaraq iddiaçının mülkiyyətinə qaytarılmalı və Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər X15 və Cavabdeh Nərmian oğlu İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılsın və köşk boşaldılaraq İddiaçı qaytarılsın. Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-223/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-223/2021
02.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver