Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2231/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 06.03.*994-cü il təvəllüdlü mərhum X2 **.08.*994-cü il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, arvadı X3 ilə *8 avqust *983-cü il tarixdə Şamaxı rayon X*2 24 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 06.03.*994-cü il təvəllüdlü X5 doğulmuşdur. Uşaq doğulduğu vaxtdan Hepatit “B” xəstəliyi ilə doğulmuş və cəmi beş ay yaşadıqdan sonra, yəni **.08.*994-cü il ildə vəfat etmişdir. Sabunçu rayon Tibb Mərkəzi PHŞ 5 N-li X9 xəstəxanasının verdiyi arayışdan da göründüyü kimi o, həqiqətən 05.08.*994-cü il tarixdən **.08.*994-cü il tarixədək orada müayinə və müalicə almış və orada da vəlat etmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Sündü kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəsinin *88 N-li xx.xx.2023-cü il tarixli arayışından da göründüyü kimi oğlu X5 **.08.*994-cü il tarixdə Sündü kənd qəbrisanlığında dəfn edilmişdir. Sonradan ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-*6- 5/8-*5-K-648/2023 saylı məktubu ilə oğlu, X2 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərfindən müəyyən edilir. “Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq Qeydiyyat Şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil.” İşin baxılması zamanı ərizəçi ərizəsini dəqiqləşdirərək, 06.03.*994-cü il təvəllüdlü X2 **.08.*994-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi əridir. Onların birgə nikahlarından 06.03.*994-cü il tarixdə X5 doğulmuşdur. Elvin, hepatit “B” xəstəliyi ilə doğulmuşdur. Elvin bir müddət Sabunçu rayonunda yerləşən 5 nömrəli Uşaq yoluxucu Xəstəliklər xəstəxanasında müailəcə almışdır. Lakin müalicələrin nəticəsi olmamış və uşaq **.08.*994-cü il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X*0 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Belə ki, Zəngilan rayonu işğal olunandan sonra o, ailəsi ilə birlikdə *993-cü ilin oktyabr ayında Buzovna qəsəbəsində olan Albalılıq yaşayış massivində məskunlaşmış, hal-hazıradək orada yaşayır. Məskunlaşandan təxminən *0-*5 gün sonra qonşuluqda yaşayan ərizəçi ilə tanış olmuş, həmin vaxtdan ünsiyyət etmişlər və aralarında ailəvi dostluq münasibətləri yaranmışdır. Ərizəçinin *994-cü ildə oğlan uşaqları olmuş, adını Elvin qoymuşdular. Elvin doğulduqdan sonra ağır xəstəliyi olmuş və Bakı şəhəri Sabunçu rayonunda yerləşən xəstəxanada müaliəcə olmuşdur. Lakin sağalmamış və həmin xəstəxanada ölmüşdür. Elvini öləndən sonra Şamaxı rayonunun Sündü kəndində dəfn etmişlər. Hazırda həmin kənd Qobustan rayonunun ərazisinə daxildir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Ərizəçinin oğlu Elvin doğulduğu vaxtdan xəstə olmuş və xəstəliyi ilə əlaqədar **.08.*994-cü il tarixdə ölmüşdür. Elvin, Bakı şəhərində Sabunçu rayonunda yerləşən xəstəxanada ölmüşdür. Öləndən sonra Elvi Sündü kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - İİİ-ЖГ seriyalı 3077*9 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında *8.08.*983-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Kərimova” soyadı verilmişdir. -*** nömrəli *6.03.*994-cü il tarixli doğum haqqında akt qeydinin Maraqlı şəxs tərəfindən təsdiqlənmiş surətindən görünür ki, X5 06.03.*994-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Ərizəçi, anası isə X*r. -“X*4” Publik hüquqi şəxsin 5 saylı uşaq yoluxucu xəstəliklər xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 06.03.*994-cü il təvəllüdlü X2 05-** avqust *994-cü il tarixdə xəstəxanada vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin təqdim edə bilməmə səbəbi arxiv sənədlərinin 25 il müddəti bitdikdən sonra məhv edilməsidir. -“X*4” Publik hüquqi şəxsin 5 saylı uşaq yoluxucu xəstəliklər xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 06.03.*994-cü il təvəllüdlü X5, 05.08.*994-**.08.*994-cü il tarixdə hepatit “B” son mərhələ diaqnozu ilə stasionar müalicədə olmuş, **.08.*994-cü ildə tələf olmuşdur. -Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X5 **.08.*994-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Qobustan rayonunun Sündü kəndində dəfn edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, oğlu- X2 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi oğlu - X2 **.08.*994-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 06.03.*994-cü ildə Bakı şəhərində doğulmuş X2 **.08.*994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06.03.*994-cü ildə Bakı şəhərində doğulmuş X2 **.08.*994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-2231/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2231/2023
16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver