Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2253/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 2*.08.*988-ci il təvəllüdlü oğlu X3 ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim etməklə 2*.08.*988-ci il təvəllüdlü oğlu X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, oğlu X6 xx.xx.2025-ci il tarixdə saat təxminən 06:50 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində işə getməyə hazırlaşarkən qəflətən səhhəti pisləşdiyi üçün X*0 xidməti çağırmışlar, lakin onlar gəldikləri zaman oğlunun vəfat etdiyini bildirmişlər. X4 Bərdə rayonunda dəfn etmişlər. Dəfn mərasimindən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən sənədin olmaması səbəbindən ona şəhadətnamə verilməsindən imtina olunmuşdur. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X* göstərmişdir ki, ərizənin təmin olunmasına etiraz etmirlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA5385946 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X6 2*.08.*988-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş *0.04.2025-ci il tarixli “Respublika Təcili və Təxirəsalınmaz tibbi yardım mərkəzi” publik hüquqi şəxsin məktubundan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 06:54-də Xəzər rayonu, Albalılıq qəsəbəsi, N.Əliyev ünvanından naməlum kişinin adına “halı pis” səbəbilə çağırış daxil olmuş, bölmənin həkimi ünvanda X3 vəfat etdiyini aşkarlamış və “həkimə qədər ölüm” diaqnozu qoymuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *8.04.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Bərdə rayonu Gərənə Bələdiyyəsinin arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Gərənə kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilən * ədəd fotoşəkildən görünür ki, X3 məzarının üzərindəki baş daşında onun 2*.08.*988-ci il anadan olduğu, xx.xx.2025-ci il tarixdə vəfat etdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, ərizəçi onun dostu və qonşusudur. Ərizəçinin oğlu X6 olmuşdur. X6 xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı Albalılıq yaşayış massivində vəfat etmiş, Bərdə rayonunda dəfn olunmuşdur. Mərhumun burdakı yas mərasimlərində iştirak etmiş, lakin Bərdə rayonundakı yas mərasimlərində iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, mərhum X3 dostu olub. X6 xx.xx.2025-ci il tarixdə saat 07:00-da evdə vəfat etmiş, Bərdə rayonu Gərənə kəndində dəfn olunmuşdur. Mərhumun burdakı və Bərdə rayonundakı yas mərasimlərində iştirak edib. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin oğlu olmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və araşdırılmış sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum oğlu X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. 2*.08.*988-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2253/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2253/2025
24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver