Məhkəmə qərarları › İş №2(003)-2265/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2265/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2265/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23.06.*974-cü il təvəllüdlü X4 *6.02.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 23.06.*974-cü il doğum təvəllüdlü mərhum X7 onun əridir. O, 02 iyun *97*-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Mərhum əri X7 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış ünvanında yaşamışdır. 20 fevral 2024-cü il tarixdə əri X4 uzun sürən onkoloji xəstəlikdən vəziyyəti qəfil pisləşmiş, faktiki yaşadığı ünvanda vəfat etmişdir. Bu barədə həmin vaxt Təcili Tibbi yardım Stansiyasında qeydiyyat vardır. X20 Qəbirstanlığında dəfn edilmişdir. Hazırda mərhum ərinin ölüm haqqında şəhadətnaməsi olmadığından övladlarının təhsil aldığı müəssisəyə və digər aidiyyəti qurumlara ölüm haqqında şəhadətnamə təqdim edə bilmir. Bu səbəbdən də, məhrum ərinin ölümü haqqında şəhadətnamənin müvafiq qurumlara təqdim edilməsinə zərurət yaranmışdır. Mərhum əri X4 ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri, Maraqlı şəxsnə müraciət etmişdir. Ölüm faktı ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Bu sənədin başqa qaydada alınması mümkün deyildir. Ölüm haqqında şəhadətnamə isə vərəsəliklə bağlı hüquqi mübahisənin həlli üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X5 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmədə şahid qismində X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun atasıdır. X7 anası olmuşdur. Lakin anası azyaşlı qardaşını dərsdən evə gətirən zaman ürəyində problem yaranmış, onda su istəmiş, ona su vermiş, lakin anası vəfat etmişdir. Mərhum anasını hüzr və dəfn mərasimlərini keçirmişlər. Onu Buzovna qəsəbə qəbirstanlığında dəfn edilmişlər. Məhkəmədə şahid qismində X*0 oğlu ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. X* 4-5 ildir tanıyır. O, mağazaya getmiş, qayıdan zaman qonşusu Vüsalən Heydərovun həyətinin qarşısında təcili tibbi yardım maşının dayandığını görmüşdür. Təcili ora yaxınlaşmış və ona Azadənin vəfat etdiyini bildirmişlər. Mərhumun hüzr və dəfn mərasimlərində iştirak etmişdirlər. Mərhumu Buzovna qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında Elektron Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqələrinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.*976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında şəxsiyyət vəsiqələrinin surətindən surətindən görünür ki, X7 23.06.*974-cü il tarixdə Ağdaş rayonundan anadan olmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X7 ilə 22.*2.*998-ci il tarixdə Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon VVAQ Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 6*7 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Heydərov”, arvada “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan Təcili və X** Stansiyasının (BŞT və TTTYS) *0 saylı bölməsi həkimi tərəfindən verilmiş *6.02.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X*9 “Bakı Baş Səhiyyə Mərkəzi” X*9 4 nömrəli Şəhər Poliknikasının *2.04.2024-cü il tarixli, **3 saylı məktubundan görünür ki, *974-cü ıl təvəllüdlü mərhumə X2 qəsəbəsi G.Məmmədov küçəsi ev *6, mənzil 7-də qeydiyyatda olmasına baxmayaraq Şağan qəsəbəsi, yeni massiv ev B* ünvanında yaşayıb və orada vəfat etmişdir. Həmin ərazi 45 nömrəli Şəhər Poliklinikasının xidməti ərazisinə aid olduğu üçün ölüm haqqında tibbi şəhadətnamə (İUS-*06) verilməsi bizim müəssisənin səlahiyyəti daxilində deyildir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış *7.04.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X4 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23.06.*974-cü il tarixdə Ağdaş rayonundan anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi, anası X7 olan X8 23.06.*974-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum arvadlı X4 *6.02.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 23.06.*974-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş X4 *6.02.2024cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar