Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2269/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 05.03.*962-ci il təvəllüdlü X2 Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 05.03.*962-ci il təvəllüdlü X4 onun oğludur. Oğlu, X5 ilə evli olmuş və onların nikahlarından 2 uşaqları 04.02.*982-ci il təvəllüdlü X7 və 2*.04.*984-cü il təvəllüdlü X9 olmuşdur. X* ilə X5 arasında olan nikah 29.*2.200*-ci il tarixdə pozulmuşdur. Bundan sonra oğlu onunla birlikdə Binə qəsəbəsi Efendiyev küçəsi ev 5*-də yaşamışdır. Qeyd etmişdir ki, oğlunun ağ ciyərində problemlər olduğuna görə daimi ev şəraitində müailəcə olunmuşdur və bu səbəbdən də o, *3.*0.20**-ci il tarixdə yaşadıqları evdə ölmüşdür. Ölməmişdən əvvəl X*8 çağırılmış, həkim gəlmiş ağrılarının azalması üçün iynə vurub getmişdir. Həkim gedəndən sonra da oğlu ölmüşdür. Lakin ölümdən sonra təcili yardım çağırılmamışdır. Ona görə də həmin zaman ölümü ilə bağlı sənəd verilməmişdir. Oğlu, Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Onun ölümünü qohumlar və qonşular təsdiq edə bilər. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək məzmununa oxşar izahat verdi və ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin gəlnidir. X4 onun ərinin qardaşı olmuş və o, *3.*0.20**-ci il tarixdə yaşadıqları Binə qəsəbəsi Efendiyev küçəsi ev 5* ünvanında ölmüşdür. Həmin günü saat *4:00 radələrində evə gəlmiş və artıq Əlipənahın can verdiyini görmüşdür. Həmçinin bildirmişdir ki, həmin günü təcili yardım gəlmiş və Əlipənaha iynə vurub getmişdir. Təcili yardım gedəndən bir müddət sonra Əlipənah ölmüşdür. Əlipənah, Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qızı, mərhum Əlipənahın isə bacısıdır. Əlipənahın ağ ciyərində problemlər olmuş və o, daimi müalicə olunmuşdur. Buna görə də ölmüşdür. Əlipənah *3.*0.20**-ci il tarixdə günorta vaxtı ölmüşdür. Hazırda müəyyən sənədləşdirmə işlərinin aparılması üçün atasına qardaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Lakin həmin sənədi başqa qaydada əldə edə bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan АЗ 204635 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05.03.*962-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Ərizəçi, anası isə X6r. İş materiallarında olan AZ-İ 009796 nömrəli 29.*2.200*-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 arasında bağlanmış nikah 29.*2.200*-ci il tarixdə pozulmuşdur İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün ərizə təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi Xəzər rayonu 29 N-li Birləşmiş şəhər xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 yaxınlarının dediklərinə görə *3.*0.20**-ci il tarixdə saat *5:00-da ev şəraitində ölmüşdür. TQS *06 forma (ölüm haqqında tibbi şəhadətnamə) üçün vaxtında müraciət etmədiklərinə görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X*nun *3.*0.20**-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 05.03.*962-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş X2 *3.*0.20**-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05.03.*962-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş X2 *3.*0.20**-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2269/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2269/2022
30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver