Məhkəmə qərarları › İş №2(003)-2270/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2270/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2270/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, babası X*0 *983-cü il tarixdə və nənəsi X2 *976-cı il tarixdə Bakı şəhərində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, *902-ci il təvəllüdlü babası X*6 *983-cü il tarixdə Bakı şəhərində və nənəsi *9*3-cü il təvəllüdlü X4 *976-cı il tarixdə Bakı şəhərində vəfat etmişlər. X8 20*4-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Baba və nənəsinə qanunları bilmədiklərindən ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Maraqlı şəxsnə müraciət etmiş, qeydiyyat şöbəsindən ona cavab olaraq ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Baba və nənəsi qonşuların iştirakı ilə Bakı şəhəri Xəzər rayon Türkan qəsəbə qəbirstanlığında dəfn edilmişlər. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bu barədə məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Halhazırda baba və nənəsinin ölüm haqqında şəhadətnaməsi sənədləşmə işləri üçün ona lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o, ərizəçinin bibisidir. Mərhumların ölüm tarixi onun yadında deyil. Mərhumlar Türkan qəsəbəsində dəfn olunmuşlar.Anası daha əvvəl vəfat etmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X** ifadəsində göstərdi ki, o, ərizəçinin bibisidir. X*5 beyninə qan sızması nəticəsində vəfat etmişdir. Mərhumların ölüm tarixləri yadında deyil. Hər ikisi Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşlar. Məhkəmə iclasında şahid X*4 ifadəsində göstərdi ki, o, ərizəçinin anasıdır. O, *978-ci il tarixdə ailə həyatı qurmuşdur. X7 o, evə gəlin köçməzdən əvvəl vəfat etmişdir. X*9 həmin vaxtlar çox yaşlı olmuşdur. Hər iki mərhum Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Qaynatasının yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini tədqiq edib, məhkəməyə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Maraqlı şəxs tərəfindən *8.04.2024-cü il tarixdə verilmiş 3-*6-5/8-69-486 saylı arayışdan görünür ki, X3 barəsində qeydiyyat şöbəsində ölüm haqqında *976-cı ilə dair akt qeydi aşkar edilməmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən *8.04.2024-cü il tarixdə verilmiş 3-*6-5/8-69-487 saylı arayışdan görünür ki, X*6 barəsində qeydiyyat şöbəsində ölüm haqqında *983-cü ilə dair akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs *8.04.2024-cü il tarixli 3-*6-5/8-*5-P-449/2024 saylı məktubundan görünür ki, X4 və X*0 ölümünün qeydiyyata alınması barədə *8.04.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. “Bakı Baş Səhiyyə Mərkəzi” X22 *7 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, *9*3-cü il təvəllüdlü X4 və *902-ci il təvəllüdlü X*6 barəsində poliklinikanın arxivində heç bir arxiv sənədi yoxdur. Binə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli *9 saylı məktubdan görünür ki, X*6 və X* qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirüstü abidələrin fotoşəkilində aşağıdakı sözlər yazılmışdır: “X4 *9*3-*976”, “X*6 *902-*983”. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *902-ci il tarixdə doğulmuş X*0 *983-cü il tarixdə Bakı şəhərində və *9*3-cü il tarixdə doğulmuş X2 *976-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *902-ci ildə doğulmuş X*0 *983-cü il tarixdə Bakı şəhərində ölməsi və *9*3-cü ildə doğulmuş X2 *976-cı ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar