Məhkəmə qərarları › İş №2(003)-2275/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2275/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2275/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *6.09.*930-cu il təvəllüdlü X2 26.09.*990-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun qayın atasıdır. O, *6.09.*930-cu il tarixdə doğulmuş, 26.09.*990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X6 60 yaşında vəfat etmişdir. Həkimə qədər ölüm baş vermişdir. Təcilli tibbi yardım çağrılsa da, onlar tərəfindən verilən sənəd baradə onda hər hansı bir məlumat yoxdur. Həmçinin “Tibbi ərazi bölmələrini idarəetmə birliyi”publik hüquqi şəxs “X25”publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya cavabdan görünür ki qayın atamın tibbi kartasından məlumat verə bilmirlər. Arxiv sənədləri 5 ildən sonra sənədlər məhf edilir. Hal-hazırda onun ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə üçün lazımdır. Bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, əri ölmüşdür. Mərhum ərindən miras qalmış və Bakı şəhəri Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu küçəsində istifadədə olan 0,0*254 ha torpaq sahəsində yerləşən * mərtəbəli, * otaqlı, 35.2 kv.m yaşayış sahədən ibarət 38a nömrəli fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müvafiq icra hakimiyyət orqanına müraciət etmiş, lakin oradan bildirmişdirlər ki, mərhum qaynatasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ üzrə hər hansı sənədləşmə işlərinin apara bilməməsi qeyd edilmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ölüm faktını müəyyən etdirməkdə məqsədi, evi öz adına keçirtməkdən ibarətdir. Buna görə də, iddianın təmin edilməsini xahiş edir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşuluqda yaşayırlar. Qəmbər 20 ildən çoxdur ki, olarki ölmüşdür. Onun yas mərasimində iştirak etmişdir. Mərhumu Şüvəlan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində X*0 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçinin qaynatası Qəmbər Cəfərov vəfat etmişdir. Onun vəfat etdikdən sonra Şüvəlan qəbirstanlığında dəfn etmişdirlər. Mərhumun hüzr və yas mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində X** ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır. Ərizəçinin Qəmbər Cəfərov isə onun babası olmuşdur. Mərhum onların evində vəfat etmiş və onu Şüvəlan qəbirstanlığında dəfn etmişdirlər. Mərhumun hüzr və yas mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində X*2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı arvadır. Qəmbər Cəfərov isə atasıdır. Mərhum atası 26.09.*990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhumu Şüvəlan qəsəbə qəbirstanlığında dəfn edilmişdirlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında “Elektron” Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqələrinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.*965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X* Nailə Xanbaba qızı ilə 27.0*.*987-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 78 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə sol mədəcik çatmamazlığı səbəbindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X24 “X25” X22 *8.04.2024-cü il tarixli, *8-*-*5/2-4**/2024 saylı məktubundan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu 38 a, ünvanında yaşamış X4 ölüm haqqında heç bir məlumat verə bilmirlər. Məlumat üçün bildiririk ki, saxlama müddəti 5 il olduğundan hər 5 ildən bir sənədlər milli arxiv tərəfindən məhv edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 60 saylı arayışdan görünür ki, qayın atası X6 26.09.*990-cı ildə vəfat edib və Şüvəlan qəbirstanlığında dəfn olunub. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X2 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, 0*6*220 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu küçəsində istifadədə olan 0,0*254 ha torpaq sahəsində yerləşən * mərtəbəli, * otaqlı, 35.2 kv.m yaşayış sahədən ibarət 38a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində *07 nömrəli reyestr kitabının 9750 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Maraqlı şəxsndə alınmış X3 doğumunun qeydiyyata alınmasına dair akt qeydindən görünür ki, o, 27 mart *960-cı ildə anadan olmuş, onun atası 30 yaşlı X6 və anası isə 24 yaşlı X9 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlunun həyat yoldaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qaynatasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mərhum X2 doğumna dair iş materiallarında məlumat olmasa da, onun oğlu mərhum X3 doğum akt qeydindən görünür ki, sonucunu *960-cı ildə doğulduğu zaman onun atasının 30 yaşı olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qaynatası XX.XX.*930-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 26.09.*990-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. XX.XX.*930-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 26.09.*990-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar