Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-228/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ağalı oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ağalı oğluna və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1) çil-çıraq, yataq otağı üçün, k9 qaşlarla yığılmış və ya dəyəri 3825 manat, 2) çil-çıraq, uşaq yastağı üçün, k9 qaşlarla yığılıb və ya dəyəri 1620 manat, 3) çil-çıraq, qonaq otağı üçün, 32 şamlı və ya dəyəri 6500 manat, 4) çil-çıraq, koridor, K9 qaşlarla yığılıb və ya dəyəri 2400 manat, 5) televizor, qonaq otağı üçün, LG Led 77 (192sm) və ya dəyəri 5350 manat, 6) televizor, uşağ yataq otağı, LG Led 55 (140sm) və ya dəyəri 2350 manat, 7) televizor, yataq otağı üçün, LG Led və ya dəyəri 5700 manat, 8) televizor, mətbəx otağı üçün, “Panasonic“ 43 (108) və ya dəyəri 1550 manat, 9) uşaq otağı üçün yataq dəsti, Türkiyə istehsalı və ya dəyəri 4100 manat, 10) yataq dəsti, Türkiyə istehsalı və ya 13670 manat, 11) stol-stullar, qonaq otağı üçün, Türkiyə istehsalı və ya 9850 manat, 12) mətbəx otağı üçün stol-stullar, Türkiyə istehsalı və ya 4800 manat, 13) divan, 2 ədəd kreslo, qonaq otağı üçün, Türküyə istehsalı və ya 16900 manat, 14) divan-kreslo, uşaq yataq otağı üçün, Türkiyə istehsalı və ya dəyəri 1600 manat, HA, 15) qab-qacaq, 55 parça Karaca və ya dəyəri 3600 manat, 16) qab-qacaq, mətbəxt üçün, 86 parça Karaca və ya dəyəri 1700 manat, 17) xalçalar, qonaq otağı üçün, uşaq yatağı üçün, yataq otağı üçün, dəhliz üçün, ipək-yun qatışığından, cəmi 4 ədəd və ya dəyəri 11450 manat, 18) mətbəx mebeli, fıstıqdan və ya dəyəri 14860 manat, 19) Soyuducu “Samsung“ (192-79, 5-74,5) və ya dəyəri 3200 manat, 20)qabyuyan, LG tutum 14 və ya dəyəri 1580 manat, 21) qaz piltəsi, “ BOSH ", 4 gözlü elektrik və ya dəyəri 1230 manat, 22) soba mətbəx üçün, BOSH və ya dəyəri 2100 manat, 23) paltaryuyan, Samsung, 10 kq və ya dəyəri 2760 manat, 24) pərdələr, qonaq otağı üçün, yataq otaqları üçün, atlas və təbii ipəkdən və ya dəyərləri 5650 manat olmaqla, cəmi 128345 manat dəyərində əmlaklar cavabdehlərdən alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2220/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçılar iddia tələbinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əliheydər Qarayev küçəsi, döngə 1,ev 3-də yaşayan Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişlər. Cavabdeh3 cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 167 nömrəli binanın 16-cı mənzili mülkiyyətində olmuşdur. Onlar 2005-ci ildən 2009-cu ilə kimi ər-arvad kimi həmin mənzildə yaşamışlar. Təzə evləndiklərindən valideynləri tərəfindən verilmiş hədiyyə və cehiz əşyaları və birgə nikah dövründə aldıqları bütün əmlakları bu mənzildə olmuşdur. Təxminən 2010-cu ildə mənzili kirayə verərək özləri valideynlərinə məxsus evdə yaşamışlar. O, cavabdeh X7 ilə 30 may 2017-ci il tarixdə Bakı şəhəri, 53 saylı notariat Kontorunda 3M-1041 nömrə ilə reystrdə qeydə alınmışdır. Kredit Müqaviləsi əsasında 30 iyul 2017-ci il tarixədək qaytarmaq şərti ilə 22.000 ABŞ dolları məbləğində borc almışlar. Lakin müəyyən olunmuş müddət ərzində borcunu qaytara bilməmişlər. Bundan sonra Ramiz Hüseynov dostu Elmanla Samiri tanış etmiş və bildirmişdir ki, Elman faizə pul verir, ondan kreditə pul götür, onun pulunu qaytar. Samir də məcburiyyət qarşısında qalıb 22 fevral 2018-ci il tarixdə Cavabdeh3 46 saylı Bakı notariusu vasitəsi ilə 50000 ABŞ dolları məbləğində pulu 22 fevral 2019-cu il tarixdə qaytarmaq şərti ilə borc almış və Ramiz Hüseynovun borcunu qaytarmışdır. Ondan bir gün sonra, məhz Ramiz Hüseynov və Cavabdeh3 Samirlə görüşüb ondan tələb etmişlər ki, hər ehtimala qarşı mənzilini verdiyi pulun qarantı kimi onun adına keçirsinlər. Mənzildəki əşyalara toxunulmayacaq, kirayəçi mənzildə yaşamağını davam etdirəcəkdir. Ona görə də o, 250000 manat dəyərində olan mənzillərini 50000 dollar girov kimi 23 fevral 2018-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontoronda 4Ə-92 nömrə ilə reysterdə qeydə alınmış AN-İ nömrə ******* saylı Daışınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə 85000 manat qiymətləndirilərək müvəqəti olaraq girov kimi Ramiz Hüseynovun dostu Cavabdeh3 mülküyyətinə keçirmişdir. Bağlanmış bu Alqı-Satqı Müqavilələri formal xarakter daşımaqla görünüş yaratmaq üçün bağlanmışdır. Müqavilələrin formal xarakter daşımaqla görünüş üçün bağlanmasını təsdiq edən hallardan biri də odur ki, mənzil boşaldılmamış və alıcıya təhvil verilməmiş və mənzil 2019-cu ilə kimi onların istifadəsində olmuşdur. Video-görüntü ilə də sübuta yetəcəkdir ki, bu alqı-satqı müqavilələri bağlanılarkən onlara müqavilədə göstərilən 85.000 manat pul verilməmişdir. Sadəcə olaraq Ramiz Hüseynov onlara borc verdiyi 22.000 dolları almaq üçün Samiri məcbur etmişdir ki, Cavabdeh3 50.000 dollar borc pul alıb, onun borcunu qaytarsın. Bu az imiş kimi bir gün sonra isə Samiri məcbur etmişlər ki, mənzili müvəqəti olaraq” “həmin 50.000 dolların müqabilində Cavabdeh3la Alqı-Satqı Müqaviləsi bağlasın. Ramiz Hüseynov üzərinə belə bir öhdəlik götürdü ki, o 50.000 dolları Cavabdeh3 qaytardığı halda mənzilə olan hüququ ona qaytarılacaqdır. Mənzildəki əmlaklar yerində qalacaq və kirayəçi yaşamağını davam etdirəcəkdir. Lakin cavabdehlər Ramiz Hüseynov və Cavabdeh3 50.000 dollar verdiyi borcun müqabilində mənzilini 15 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariusda 4Ə-1458 reysterdə qeydiyyata alınmaqla, AN-1 ******* nömrəli Alqı-satqı Müqaviləsi ilə Cavabdeh2 100.000 manata (65.000 dollara) satmışdır. Bu zaman əmlaklar mənzildə olmuşdur. Cavabdeh2 də iddiaçıların əmlaklarının qorunub saxlanılmasına söz vermişdir. Cavabdeh2 mənzili 03 iyun 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariusu vasitəsi ilə 4Ə-460 nömrə ilə reysterdə qeydiyyat aparmaqla AN-1 ******* nömrəli Alqı-satqı Müqaviləsi ilə X5 75.000 dollara satmış və kirayəçini evdən çıxarmışdır. Mənzildəki əmlaklar onun istifadəsində qalmışdır. Bundan sonra Cavabdeh1 Ağalı oğlu xəbəri olmadan iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, iddiaçıları bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, mənzil 167-də yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmağını tələb etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsi iddia tələbinə onların iştirakı və məlumatı olmadan baxaraq özünün 2(006)-1087/2020 saylı, 13 mart 2020-ci il tarixli əsassız və qanunsuz qətnaməsi ilə iddia tələbini təmin etmiş və iddiaçıları əmlaklarından məhrum etmişdir. Mənzilin alqı-satqısı uydurma olduğundan əmlakları mənzildə qalmış, yəni mənzil boşaldılmamışdır. Halbuki, onların mənzilində olan əmlakları ümumi dəyəri təxminən 128345 manat manat olmuşdur. Həmin əmlaklar da cavabdehlərdədir və onlara qaytarmaqdan imtina edirlər. Lakin onların əmlakları mənzildə qalmışdır. Mənzili satılarkən mənzil boşaldılmamış və əmlakı onlara təhvil verilməmişdir. İddia ərizəsində göstərilən əmlaklar hazırda cavabdehlərin qanunsuz sahibliyindədir. Onlar əmlakların verilməsini bir-birlərinin üstünə atırlar. Halbuki əmlakları cavabdehlər bir qrup halında birləşib talan etmişlər. Mövcud qanunvericiliyin tələblərinə görə onlar məhrum olduğu əmlaklarını qanunsuz sahiblikdən tələb etmək hüququna malikdirlər. MM-nin tələblərinə görə əmlakdan məhrum edilməklə pozulmuş hüquqlar həmin əmlakın qaytarılması, ya da onun dəyərinin ödənilməsi yolu ilə bərpa edilə bilər. Öz əmlakından məhrum olmuş şəxsin hüququnun mülki hüquq müdafiəsi bu əmlakı qanunsuz sahiblikdən tələb etməsi ilə həyata keçirilir. Belə bir tələblə cavabdehlərə müraciət etsə də, onlar onun tələblərini rədd etmişlər. Ona görə də hesab edir ki, cavabdehlərdən müştərək qaydada aşağıda adları göstərilən 1) çil-çıraq, yataq otağı üçün, k9 qaşlarla yığılmış və ya dəyəri 3825 manat, 2) çil-çıraq, uşaq yastağı üçün, k9 qaşlarla yığılıb və ya dəyəri 1620 manat, 3) çil-çıraq, qonaq otağı üçün, 32 şamlı və ya dəyəri 6500 manat, 4) çil-çıraq, koridor, K9 qaşlarla yığılıb və ya dəyəri 2400 manat, 5) televizor, qonaq otağı üçün, LG Led 77 (192sm) və ya dəyəri 5350 manat, 6) televizor, uşağ yataq otağı, LG Led 55 (140sm) və ya dəyəri 2350 manat, 7) televizor, yataq otağı üçün, LG Led və ya dəyəri 5700 manat, 8) televizor, mətbəx otağı üçün, “Panasonic“ 43 (108) və ya dəyəri 1550 manat, 9) uşaq otağı üçün yataq dəsti, Türkiyə istehsalı və ya dəyəri 4100 manat, 10) yataq dəsti, Türkiyə istehsalı və ya 13670 manat, 11) stol-stullar, qonaq otağı üçün, Türkiyə istehsalı və ya 9850 manat, 12) mətbəx otağı üçün stolstullar, Türkiyə istehsalı və ya 4800 manat, 13) divan, 2 ədəd kreslo, qonaq otağı üçün, Türküyə istehsalı və ya 16900 manat, 14) divan-kreslo, uşaq yataq otağı üçün, Türkiyə istehsalı və ya dəyəri 1600 manat, HA, 15) qab-qacaq, 55 parça Karaca və ya dəyəri 3600 manat, 16) qab-qacaq, mətbəxt üçün, 86 parça Karaca və ya dəyəri 1700 manat, 17) xalçalar, qonaq otağı üçün, uşaq yatağı üçün, yataq otağı üçün, dəhliz üçün, ipək-yun qatışığından, cəmi 4 ədəd və ya dəyəri 11450 manat, 18) mətbəx mebeli, fıstıqdan və ya dəyəri 14860 manat, 19) Soyuducu “Samsung“ (192-79, 5-74,5) və ya dəyəri 3200 manat, 20)qabyuyan, LG tutum 14 və ya dəyəri 1580 manat, 21) qaz piltəsi, “ BOSH ", 4 gözlü elektrik və ya dəyəri 1230 manat, 22) soba mətbəx üçün, BOSH və ya dəyəri 2100 manat, 23) paltaryuyan, Samsung, 10 kq və ya dəyəri 2760 manat, 24) pərdələr, qonaq otağı üçün, yataq otaqları üçün, atlas və təbii ipəkdən və ya dəyərləri 5650 manat olmaqla, cəmi 128345 manat dəyərində əmlaklar cavabdehlərdən alınıb iddiaçılara verilməlidir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsi iddia tələbinə onların iştirakımız və məlumatımız olmadan baxaraq özünün 2(006)-1087/2020 saylı, 13 mart 2020-ci il tarixli əsassız və qanunsuz qətnaməsi ilə iddia tələbini təmin etmiş və onları əmlaklarından məhrum etmişdir. Mənzillərinin alqı-satqısı uydurma olduğundan əmlakları mənzildə qalmış, yəni mənzil boşaldılmamışdır. Halbuki, onların mənzildə olan əmlaklarının ümumi dəyəri təxminən 128.345 manat manat olmuşdur. Lakin onların əmlakları mənzildə qalmışdır. Mənzilləri satılarkən mənzil boşaldılmamış və əmilakları onlara təhvil verilməmişdir. İddia ərizəsində göstərilən əmlaklar hazırda cavabdehlərin qanunsuz sahibliyindədir. Onlar əmlakların verilməsini birbirlərinin üstünə atırlar. Halbuki əmlakları cavabdehlər bir qrup halında birləşib talan etmişlər. İşin məhkəmədə müəyyən edilən halları ilə iddiaçının və şahidlərin izahatları ilə müəyyən olunmuşdur ki, iddia ərizəsində göstərilən əmlaklar cavabdehlərdədir və iddiaçılara qaytarmaqdan imtina edirlər.Cavabdehlər hətta əmlakların onlarda olmamasına dair məhkəməyə etiraz belə təqdim etməmişlər. Cavabdehlər hesab edirlər ki, onların heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmələri iddianın rədd edilməsi üçün əsas olacaqdır. Mövcud qanunvericiliyin tələblərinə görə iddiaçılar məhrum olduqları əmlaklarını qanunsuz sahiblikdən tələb etmək hüququna malikdirlər. MM-nin tələblərinə görə əmalakdan məhrum edilməklə pozulmuş hüquqlar həmin əmlakın qaytarılması, ya da onun dəyərinin ödənilməsi yolu ilə bərpa edilə bilər. Öz əmlakından məhrum olmuş şəxsin hüququnun mülki hüquq müdafiəsi bu əmlakı qanunsuz sahiblikdən tələb etməsi ilə həyata keçirilir. Belə bir tələblə cavabdehlərə müraciət etsələr də onlar iddiaçıların tələblərinu rədd etmişlər. Cavabdehlərə rəsmi məhkəmə bildirişləri, sms mesajları göndərilməyinə və hakim köməkçisinin şəxsən onlarla mobil telefonla əlaqə saxlamalarına baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməkdən imtina etmişlər. Cavabdehlər iddia tələbinin predmetlərini özlərində saxlamaqla nəinki iddiaçıların, hətta məhkəmənin tələblərinə əməl etmirlər. Mövcud prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmənin bu vəziyyətdə işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur və iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və bu barədə yazılı çıxışını məhkəməyə təqdim etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı2 iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı2 dostudur. Samirin toyunda iştirak edib, 2005-ci ildə toydan əvvəl gətirilmiş cehizləri sözügedən mənzilə yığmaqda kömək edib. İddiaçı2 ailəsi ilə birlikdə həmin mənzildə təxminən 1,5-2 il yaşadıqdan sonra, sözügedən mənzili kirayə vermişlər və onlar Samirin atasına məxsus evə köçmüşlər. İddiaçılar evi kirayə verəndə onlara məxsus əşyalar həmin evdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 2016-2020ci illərdə sözügedən mənzildə kirayə yaşamış və hər ay İddiaçı2 600 manat məbləğində kirayə pulu ödəmişdir. 2020-ci ildə Cavabdeh1 ona evdən çıxmasını bildirdikdə o, Samirə bu barədə məlumat vermiş və evin açarlarını ona təhvil verərək həmin mənzildən çıxmışdır. Mənzildən çıxanda mənzildə olan bütün əşyalar orada qalmışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan 30 may 2017-ci il tarixdə Bakı şəhəri, 53 saylı notariat Kontorunda 3M-1041 nömrə ilə reystrdə qeydə alınmış kredit müqaviləsindən görünür ki, X7 44000 ABŞ dolları məbləğində pulu İddiaçı2 30.07.2017-ci il tarixədək qaytarmaq şərti ilə borc vermişdir. İş materiallarında olan 22 fevral 2018-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda 3M-188 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsindən görünür ki, Əhmədov X2 Samir Davud oğluna 22.02.2019-cu il tarixədək qaytarmaq şərti ilə 50000 ABŞ dolları məbləğində pulu borc vermişdir. İş materiallarında olan 23 fevral 2018-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda 4Ə-92 nömrə ilə reyestrdə qeydə alınmış AN-İ nömrə ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 167 nömrəli binanın 16-cı mənzilini 85000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1087/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı1, İddiaçı2, X3, X1 Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, mənzil 167-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilmiş, istifadə hüququnun itirilmiş hesab edilməsi cavabdehlər İddiaçı1, İddiaçı2, X3, X1 Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, mənzil 167-də yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04.11.2020-ci il tarixli məktubunda deyilir: “İddiaçı2 məxsus olmuş, sonradan digər şəxslərə satılmış Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 16-da yerləşən 167 saylı mənzilin alqı-satqısı ilə bağlı aparılmış notariat hərəkətlərinə dair məlumat verilməsi barədə təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, "Elektron notariat" informasiya sisteminə daxil olmuş məlumata əsasən sözügedən mənzilin alqı-satqısına dair Bakı şəhərinin 9, 11, 14 və 46 saylı notariat ofislərində müqavilə təsdiq edildiyi məlum olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq müvafiq məlumat və ya sənədin əldə edilməsi üçün həmin notariat ofislərinə müraciət oluna bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, hazırki mübahisə üzrə məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əmlakın onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar göstərilən əşyalarının onların mülkiyyətndə olmasını, qeyd olunan əşyaların məhz cavabdehlər tərəfindən götürülməsinə və qaytarılmamasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ağalı oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-228/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-228/2022
17.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver