Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2284/2020 25.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. 1993-ci il məlum hadisələr ilə bağlı məcburi köçkün düşməklə Bakı şəhərinə gəlmişdir. Hal-hazırda yuxarıda qeyd edilən ünvanda öz ailə üzvüləri ilə birlikdə yaşayır. Mərhum atası X9 xx.xx.1941-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Mərhum atası X10 xx.xx.2000-cü il tarixdə şəkər xəstəliyi ilə bağlı 59 yaşında evdə olaraq qəfil vəfat etmişdir. Atası vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üvüləri lazımi qədər bilmədiyindən evə həkim gələnə kimi onun mərhum atası artıq vəfat etmişdir. Atası vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda onun mərhum atasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada onlar ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X5 ifadəsində bildirmişdir ki, o, əriəçinin anasıdır. Mərhum əri Arif İsgəndərov uzun müddət şəkər xəstəsi olmuşdur. Belə ki, hələ Ağdam rayonunda yaşadıqları vaxtdan xəstə olmuş, buna görə bir ayağının pəncə hissəsi əməliyyat olaraq kəsilmişdir. Daha sonra onlar Bakı şəhərində yaşadıqları müddətdə ərinin vəziyyəti pisləşmiş, qara ciyərində və böyrəklərində problemlər yaranmışdır. Həmin problemlərə görə əri Respublika Klinik Xəstəxanasında müalicə olunmuş, lakin onu müalicə edən həkim tərəfindən müalicənin xeyri olmayacağı bildiriləndən sonra ərini yaşadıqları Bakı şəhəri Qaraçuxur qəsəbəsində yerləşən evlərinə gətirmişlər. Bir müddət həkimin yazdığı dərmanlarla ev şəraitində müalicə olunmuş, lakin xx.xx.2020-ci il tarixdə vəziyyəti kəskin pisləşmiş və həmin günü ölmüşdür. Həmin zaman yaxın qohumlar ərinin səhhətinin dahada pisləşdiyi bildiklərindən onlarda olmuşlar. Əri öləndən sonra Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X16 ifadəsində bildirmişdir ki, o, ərizəçinin xalasının əridir. X13 Ağdam rayonunda yaşadıqları vaxtdan şəkər xəstəsi olmuşdur. Hətta xəstəliyi ağır olduğundan onun bir ayağının pəncə hissəsi əməliyyat olaraq kəsilmişdir. Məcburi köçkün düşdükdən sonra Bakı şəhərində yaşadıqları vaxtı onun vəziyyəti pisləşmiş, qara ciyərində və böyrəklərində problemlər yaranmışdır. Buna görə də bacanağı Respublika Klinik Xəstəxanasında müalicə olunmuş, lakin onu müalicə edən həkim tərəfindən müalicənin xeyri olmayacağı bildiriləndən yaşadıqları Bakı şəhəri Qaraçuxur qəsəbəsində yerləşən evlərinə gətirmiş və bir müddət ev şəraitində müalicə olunmuşdur. Lakin, xx.xx.2020-ci il tarixdə onun vəziyyəti pis olduğunu bildiyindən digər qohumlar kimi onlara getmiş və həmin günü də ərizəçinin atası ölmüşdür. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, o, əriəçinin xalasıdır. Bacısın əri Arif İsgəndərov hələ Ağdam rayonunda yaşadıqları vaxtdan şəkər xəstəsi olmuşdur. Əvvəllər xəstəliyinə bir ayağının pəncə hissəsi əməliyyat olaraq kəsilmişdir. Daha sonra Bakı şəhərində yaşadıqları vaxtı Arifin səhhəti daha da pisləşmiş və o, bir müddət Respublika Klinik Xəstəxanasında müalicə olunmuş, lakin onu müalicənin xeyri olmayacağını biləndən sonra yaşadıqları Bakı şəhəri Qaraçuxur qəsəbəsində yerləşən evlərinə gətirmişlər. Arif bir müddət ev şəraitində müalicə olunmuşdur. Lakin, xx.xx.2020-ci il tarixdə onun səhhəti dahada pisləşmiş və həmin günü ölmüşdür. Həmin vaxtda o, özü 3 il olardı ki, ərizəçigildə yaşayırdı. Arifi Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ağdam şəhərində doğulmuş, atası X9, anası isə X3r. İş materiallarına əlavə edilmiş xx.xx.2000-ci il tarixdə X7, X11, Sahibə Ələskərova tərəfindən tərtib edilmiş aktda xx.xx.1941-ci il təvəllüdlü X4 xx.xx.2000-ci il tarixdə uzun sürən şəkər və böyrək xəstəliyinin kəskinləşməsi səbəbindən ölməsi göstərilmişdir. İş materiallarında olan X14 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X9 xx.xx.2000-ci il tarixdə Qaraçuxur qəbiristanlığında dəfn olunmuş, 2020-ci ilin mart ayında qəbir üstü abidə qoyulmuşdur. İş materiallarında olan 15 saylı X6 tərəfindən xx.xx.2020-ci il tarixdə ərizəçiyə ünvanlanan məktubunda X1 5 il ərzində həmin müəssisəyə müraciət etmədiyi üçün ona müəssisə tərəfindən ölüm haqqında tibbi arayışın verilməsinin qeyri-mümkünlüyü bildirilmişdir. İş materiallarında olan Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş xəstənin tibbi kartasından çıxarılışdan görünür ki, X9 xx.xx.2000-ci il tarixdə şəkərli diabet ağır forma, xroniki böyrək çatışmazlığı ağır mərhələ və ateroskleroz İİ dərəcə diaqnozu ilə həmin klinikaya daxil olmuş, xx.xx.2000-ci il tarixdə çıxmışdır. İş materiallarında olanBakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/15-568 saylı məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi atası X4 xx.xx.2000-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə şəhərində doğulmuş X4 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə Ağdam şəhərində doğulmuş X4 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2284/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2284/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver